Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Şeirlər
Şeirin adı Şahbuzlunun şəcərəsi
Müəllif Hüseyn Faxralı
Göndərən Hüseyn Faxralı
Göndərilmə tarixi 20 Mart 2014

Şahbuzlunun şəcərəsi

Başı Kilsəli dərəsi,
Öz keçidi, öz bərəsi,
Öz talası, öz təpəsi,
Leysan töküb, nur səpəsi.

Eniş - yoxuş, sıldırımlar,
Sıralanıb aşırımlar,
Şaqraq çaxan ildırımlar,
Şimşək yaxan Şişqayadı.

Şişqayayla qabaq-qənşər
Dayanıbdı Qaşqatala.
Ətir saçan müşkü ənbər
Bənövşələr, nərgiz, lala.

O nə Daşkənd, Astanadı,
Bir yanında Yastanadı,
Yolu dirrik, bostanadı,
Meyli saz-söz, dastanadı.

Bu kənd aylanıb, illənib,
Suyu durulub, lillənib,
Lilparına nəm çilənib,
Gözü Ləlvərə zillənib.

Qaçaq - quçaqlar atışan,
Bir yanı Maralyatışan,
Qarşısında şərqarışan,
Axşamlar ulduz sayrışan.

Qapqaradı dumanları,
Göz oxşayır ormanları.
Belnə kəmər qurşayıbdı
Quzey, qurdbasan yolları.

Güneyləri gündöyəndi,
Nə özün dartıb, öyəndi,
Nə zalımdı, nə söyəndi,
Nə də kimsəsiz döyəndi.

Məskunlaşdı kənddə vahid,
Şahbuzoğlu özü şahid.
Oğullar, qızlar yetirdi
Həm ziyalı, həmi zahid.

Hamı yazır, hax da yazır,
Boş da yazır, lax da yazır,
Şayət Şurəddin Məmmədli
Tariximi saxta yazır!

Neçə əsr bundan öncə
Beş – altıca öy olubdu,
Şaxə, budaq, şöy olubdu,
Böyüyübdü köy olubdu,
Şahidi də Göy olubdu.

Şahbuzlunun Şamil kimi
Misilsiz millət vəkili,
Filoloqu, alimi var.
Neçə - neçə yetirməsi,
Mühəndisi, müəllimi var.

Nə baş deyib, nə də ayaq,
Xeyir – şərdə bir - birinə
Daim olub arxa, dayaq,
Bilən bilir, hər vaxt oyaq,
Nə bəzəkdi, nə də boyaq.

Şirin – şirin dillər ilə,
Qohum olub ellər ilə,
Can deyibdi, calaq – culaq,
Təmiz sözüm, Təhməz bulaq,
Yaxşı eşit, ay kar qulaq!

Faxralımda məhəllədi,
Nə hüllədi, nə həllədi,
İşi mərd ilə, ərlədi,
Görmədim işi şərlədi,
Həqiqətdi, bu belədi!

Məhlənin kökü – kömənci
Məsimöyü, Nəsivöyü,
Bir yanında Havalardı,
Bir yanında Vəlxanöyü,
Bir yan Ayrım, Amaşdılar.

Quşu dimdiyindən vuran
Mahir ovçu Zuraflılar,
Bu gün üçün vuruşdular,
Sabah üçün savaşdılar,
Bir bölükdü Bavaşdılar.

Bir tərəfdə Çöllüöyü,
Bir tərəfdə Qıcılardı.
Əsmələrlə, Teşərələr,
Kamallarla da Təhlələr
Qonşulardı, qohumlardı.

Deməyə dilim gəlməyir
Dələver Talaver oldu,
Bu satqınlıq, bu xəyanət,
Bu siyasi al - ver oldu,
Dəlil, - Dələver dərəsi.

Şahbuzlunun şəcərəsi
Naxçıvanın Şahbuzundan
Şahbuzoğlu - Şalvızoğlu.
Nəql edərdi babam mənə
Tariximi dönə - dönə!




Son şeirlər
Şahbuzlunun şəcərəsi - Hüseyn Faxralı
O YERLƏRDƏ MƏN YOXAMSA ÖLMÜŞƏM - Əlizadə Oruc
Faydası yox qocalara - Əlizadə Oruc
Qızılgül - Oruc Nikbin
Qocalığa səyahət - Oruc Nikbin
Yüküm - Aşıq Ələsgər
Bir-bir - Nizami Qəmli
Düşüncələr... - Nizami Qəmli
Qoynunu aç, ana vətən ! - Lalə Əliyeva
Ağlar - Aşıq Tərmeyxan
İnciməyə - Aşıq Tərmeyxan
Gərək - Aşıq Tərmeyxan
Sazımın - Aşıq Tərmeyxan
Deyirlər - Dədə Əmraha - Aşıq Tərmeyxan
Dünyadı - Aşıq Tərmeyxan
Ən çox oxunanlar