Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Şeirlər
Şeirin adı Qızılgül
Müəllif Oruc Nikbin
Göndərən Oruc Əlizadə
Göndərilmə tarixi 8 Iyun 2013

Qızılgül

Dəvət etdi, qonağıyam bağbanın,
Gülüstanın, gül şahıdı, qızılgül.
Boy atıbdı, gül-çiçəklər içində,
Sanasan ki, surahıdı qızılgül.

Aprel-mayda qönçələnər, yarılar,
Budağında xar dəstəsi sarılar,
Ləçəyindən şəhd aparar arılar,
Şana baldı, gülabıdı qızılgül.

Bülbül ötür, heyran edir hər kəsi,
Gül çöhrəsi bürüyübdü naləsi,
Qızılgülsə xarla alır nəfəsi,
Sızlar bülbül, pənahıdı qızılgül.

Qızılgüldü, gül bağının sultanı,
Xəstə düşən ürəklərin dərmanı,
Bülbülə qəsd etməyə var gümanı,
Məhəbbətin qınağıdı qızılgül.

Bir dənədi, aşiqlərin dilində,
Bəzəyidi,gözəllərin telində,
Ətrin saçır,həzin səba yelində,
Sevənlərin mətahıdı qızılgül.

Səhər-səhər qönçələri açanda
Tər gülləri müşkü-ənbər saçanda,
Şeyda bülbül başı üstə uçanda,
Könüllərin rübabıdı qızılgül.

Gül bağımız sığınıbdı bağbana,
Dövran sürür bağban ilə yan-yana,
Bir dəstə gül hədiyyəmdi canana,
Nikbin, eşqin marağıdı qızılgül.

23.05.2013




Son şeirlər
Şahbuzlunun şəcərəsi - Hüseyn Faxralı
O YERLƏRDƏ MƏN YOXAMSA ÖLMÜŞƏM - Əlizadə Oruc
Faydası yox qocalara - Əlizadə Oruc
Qızılgül - Oruc Nikbin
Qocalığa səyahət - Oruc Nikbin
Yüküm - Aşıq Ələsgər
Bir-bir - Nizami Qəmli
Düşüncələr... - Nizami Qəmli
Qoynunu aç, ana vətən ! - Lalə Əliyeva
Ağlar - Aşıq Tərmeyxan
İnciməyə - Aşıq Tərmeyxan
Gərək - Aşıq Tərmeyxan
Sazımın - Aşıq Tərmeyxan
Deyirlər - Dədə Əmraha - Aşıq Tərmeyxan
Dünyadı - Aşıq Tərmeyxan
Ən çox oxunanlar