Peçeneq-Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan
ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin
yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru
getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir
olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar.
944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi
ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq
üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək
məcburiyyətində qaldı».
Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci
ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3
il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa
gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar.
971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi
yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Çoxlu qənimətlə Dunay Bulqarıstanından qayıdan Svyatoslav Dnepr astanalarında
peçeneqlər tərəfindən mühasirəyə alınaraq, drujinası ilə birlikdə məhv edildi.
Peçeneq hökmdarı Kür xan Svyatoslavın başından piyalə düzəltdirdi.
Svyatoslavdan sonra Kiyevdə hakimiyyətə gələn
oğlu Vladimirin cənub sərhədlərini möhkəmləndirmək üçün gördüyü bütün tədbirlər
qəhrəman peçeneqlərin yürüşlərinin qarşısını ala bilmədi. Peçeneqlərdən vassal
asılılığını qəbul edən Vladimir öz oğlu Svyatopolku xan sarayına girov olaraq
göndərdi. Svyatoslavın ölümündən sonra Kiyev taxtına peçeneqlərin köməyilə, xan
sarayında türk tərbiyəsi görmüş Svyatopolk çıxarıldı.
Peçeneqlər Kiyev knyazlarının cənuba doğru yürüşlərinin qarşısını almaqla
slavyanların Qara dəniz sahillərini işğal etmələrinə imkan vermədilər.
|