Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 8

Xəzər xaqanlığının süqutu

Yəhudiliyin hakimiyyətin yuxarı dairələri tərəfindən qəbul edilməsi Xəzər xaqanlığının parçalanmasına və süqutuna gətirib çıxartdı. Xristianlığın mövqelərinin güclü olduğu Krım Xəzər xaqanlığından ayrılaraq Bizansla birləşdi. Müsəlman xəzərlər isə daha çox xilafətə meyl etməyə başladılar. Gürcü mənbələrinin yazdığına görə, «mənşəcə xəzər olan xilafət sərkərdəsi Buğa 843-cü ildə Dərbənd qapılarını açaraq 3 min müsəlman xəzər ailəsini Şəmkir və Dmanisidə yerləşdirdi».

Ölkə daxilində dayaqlarını itirən Xəzər xaqanı hakimiyyətini qorumaq məqsədilə öz rəqiblərini bir-birinə qarşı qaldırırdı. Güclü iqtisadi bazaya, zəngin mədəniyyətə, müxtəlif xalqları birləşdirmiş güclü mərkəzi hakimiyyətə malik olan Xəzər xaqanlığı xırda xanlıqlara parçalandı. Bundan istifadə edən Kiyev knyazı Svyatoslav xaqanlığın zəngin şəhərlərini qarət etmək məqsədilə 965-ci ildə 7 il davam etmiş yürüşə çıxdı. Xəzər xaqanlığının şəhərlərini talayaraq, çoxlu qənimətlə Kiyevə qayıdan Svyatoslav Dnepr astanalarında başqa bir türk xalqı - peçeneqlərlə döyüşdə  öldürüldü.

XII əsrə qədər adı bəzi mənbələrdə çəkilsə də, Xəzər xaqanlığı artıq öz keçmiş qüdrətini və siyasi əhəmiyyətini itirmişdi.

Borçalının xəzərlərlə bağlı toponomikası indiki Kazreti (Xazar + eti, yəni xəzər yurdu) qəsəbəsi hesab olunur.

Gürcü mənbələri indiki Borçalı ərazisində məskunlaşan Türk tayfalarından biri kimi tez-tez peçeneqlərin adını çəkirlər. III əsrdə Balxaş gölü sahillərində güclü Kanqlı dövlətini qurmuş peçeneqlər daha sonra Göytürk imperatorluğunun yaranmasında yaxından iştirak etmişdilər. Göytürk imperatorluğunun parçalanmasından sonra peçeneqlər Xəzər xaqanlığının mərkəzi əyalətlərində məskunlaşdılar. Xaqanlığın mühüm strateji əhəmiyyət daşıyan Ağ qala (Sarıkel) şəhərinin qorunması peçeneqlərə tapşırılmışdı. Xəzər xaqanlığı zəiflədikdən sonra peçeneqlər qərbə doğru irəliləyərək, macarları Don-Dnestr bölgəsindən sıxışdırıb çıxartdılar. X əsrin ortalarında peçeneqlər artıq Volqadan Dunay çayına qədər uzanan düzənliklərdə hakim oldular. Bizans mənbələrinə görə, peçeneqlər 8 qola ayrılırdılar. Onlardan çorlular, qullular, talmatlar, səpənlər Dnepr və Volqa çaylarının arasındakı düzənliklərdə, hopanlar Dunayın şimal sahilləri ətrafında,  irtımlılar Dnepr və Buq çayları arasında, gilalar indiki Macarıstanda, haravaylar isə Azov dənizinin şimal sahillərində yaşayırdılar. Bütün bu 8 tayfa kəngərlər tərəfindən idarə olunurdular. Peçeneqlərlə Qərbi Avropada da yaxşı tanış idilər. Məsələn, «Roland haqqında dastan»da «məğlubedilməz peçeneq orduları»ndan bəhs olunur.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net