Xəzərlərin ictimai quruluşu və mədəniyyəti
Geniş ərazilərə malik olan
Xəzər dövlətinin başında Göytürk hökmdarlarının mənsub olduqları Aşina (Qurd)
nəslindən olan xaqan dururdu. Xaqanın şəxsiyyətinin ilahiləşdirilməsi əslində
onun dünyəvi hakimiyyətinin məhdudlaşdırılmasına səbəb olurdu. Qədim türk
adətinə görə, xaqan olacaq adamın boynuna bir neçə yerdən kəmənd atıldıqdan
sonra onu sıxmağa başlayır və neçə il hökmranlıq edə biləcəyini soruşurdular.
Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalmaq fikrinə
düşərdisə onu edam edirdilər.
Xəzər dövlətində dünyəvi
hakimiyyət isə xaqanbəyinin əlində cəmləşmişdi. Xaqanbəyi xaqan qarşısında
sədaqət andı içdikdən və odla «arındıqdan» sonra öz vəzifəsinin icrasına başlaya
bilərdi. Xaqanbəyidən sonra Xəzər xaqanlığının idarəçiliyində şad və tarxan
adlandırılan hərbi başçılar mühüm rol oynayırdılar. Şəhərlərə tudun
adlandırılan qalabəyilər başçılıq edirdilər.
Xaqanlığın dövlət dili türk
dillərinin qərb qoluna aid edilən xəzər dili idi. Xəzər xaqanları bu dilin
onlara tabe olan xalqlar arasında yayılmasına xüsusi diqqət yetirirdilər.
Xəzərlər türk-run yazılarından istifadə edirdilər. Xəzər xaqanlığı ərazisində
aparılmış arxeloji qazıntılar zamanı üzərində xəzər dilində türk-run yazıları
olan yüzlərlə əşyalar tapılmışdır.
Xəzər xaqanlığının
iqtisadiyyatının əsasını inkişaf etmiş əkinçilik - maldarlıq təsərrüfatı,
sənətkarlıq, geniş daxili və xarici ticarətlə yanaşı, xaqanlığın ərazisindən
keçən karvan yollarından alınan gömrük haqqı, habelə tabe edilmiş xalqların
ödədiklərini vergilər təşkil edirdi.
Xəzərlər qalıqları dövrümüzə
qədər gəlib çatmış böyük şəhərlər salmışdılar. Xaqanlığın paytaxtları olmuş
Səməndər və İdillə yanaşı, tarixi mənbələrdə Sarıkel və ya Ağ qala, Xanbalıq,
Semizqaraqor kimi böyük şəhərlərin adları çəkilir. Bu şəhərlər hündür divarlarla
əhatə olunurdu. Bu şəhərlər yadellilərin işğalları zamanı dağıdılmış, ya da
yandırılmışdır. Nisbətən yaxşı saxlanılmış Sarkel (Ağ qala) şəhəri isə XX əsrin
ortalarında yaradılmış Simlyansk süni gölünün altında qalmışdır. Yalnız xaqanın
sarayının inşasında bişmiş kərpicdən istifadə edilməsinə icazə verilirdi.
Şəhərlərin əsas əhalisini Narın qalada (şəhərin mərkəzində) yaşayan türklər
təşkil edirdilər. Şəhər hasarlarının ətrafında isə slavyanlar məskən salırdılar.
Hər şəhərdə 7 nəfər üzvü olan dövlət məhkəməsi fəaliyyət göstərirdi. Bu yeddi
nəfərlik məhkəmə üzvlərinin ikisi müsəlman, ikisi xristian, ikisi yəhudi, biri
isə şaman idi.
Xəzərlər xaqanlığın ərazisində
xristianlıq, yəhudilik və islam dinləri yayılana qədər Tanrıya inanırdılar.
Xristianlıq Xəzər xaqanlığı ərazisinə iki istiqamətdən - qərbdən Bizans, və
cənubdan Cənubi Qafqaz vasitəsilə yayılırdı. Xəzərlərin öz qədim türk dini
inanclarını qorumaları xristianlğın yayılmasına mane olurdu. Digər tərəfdən bu
prosesin qarşısını xristianlığın yayılması ilə Bizansın ölkə ərazisinə nüfuz
edəcəyini başa düşən Xəzər xaqanları alırdılar.
737-ci il yürüşü zamanı
ərəblərin Xəzər xaqanına islamı zorla qəbul etdirmələri, xəzərlər arasında bu
dinə olan hörməti heçə endirdi.
VIII əsrin sonlarında
yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obidi bununla da dövlətini Bizans
imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla,
xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi.
Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi
hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin
yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə,
şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi.
Xəzərlər xaqanlığının ərazisində xristianlıq, yəhudilik və islam dinləri
yayılana qədər Tanrıya inanırdılar. Xristianlıq Xəzər xaqanlığı ərazisinə iki
istiqamətdən - qərbdən Bizans və cənubdan Cənubi Qafqaz vasitəsilə yayılırdı.
Xəzərlərin öz qədim türk dini inanclarını qorumaları xristianlığın yayılmasına
mane olurdu. Digər tərəfdən bu prosesin qarşısını xristianlığın yayılması ilə
Bizansın ölkə ərazisinə nüfuz edəcəyini başa düşən Xəzər xaqanları alırdılar.
737-ci il yürüşü zamanı ərəblərin Xəzər xaqanına islamı zorla qəbul etdirmələri,
xəzərlər arasında bu dinə olan hörməti heçə endirdi.
VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadi
bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla
yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu
nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin
məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini
aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər
xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə
yəhudi ailəsi köçüb gəldi.
|