Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 6

Xəzər-Slavyan münasibətləri

Xəzər xaqanlığı Şərqi Avropa tarixində böyük rol oynamışdır. Bu dövlət təkcə adları çəkildikdə qonşu xalqları lərzəyə salan ərəb sərkərdələrinin şimala doğru hücumlarının qarşısını alan sipərə çevrildi. Eyni zamanda Xəzər xaqanının yazdığı kimi «əgər xəzərlər vəhşi urusların qarşısını almasalar, onlar Bağdada kimi bütün müsəlmanları məhv edərdilər». Xəzər xaqanlığının ən qüdrətli dövrü olan VIII-IX əsrlər  Şərqi Avropa tarixində «Xəzər asayişi dövrü» adlanır. Bu dövrdə sıx meşələrdə yaşayan barbar slavyan qəbilələri Xəzər xaqanından Desna və Dnepr çayları arasındakı əraziyə köçmələrinə icazə alaraq, bu bölgəyə yerləşdilər. Xəzər xaqanlığının  cənubda  ərəb orduları ilə  uzunsürən müharibələr aparması xəzərlərin şimala doğru çəkilmələrinə səbəb olurdu. Buradakı meşələrdə yaşayan şərqi slavyan tayfaları polyanlar, severyanlar və vyatiçlər xəzərlərə tabe olaraq, hər ev başına bir gümüş sikkə pul və dələ dərisi vergi ödəməyə razılıq verdilər. Rus salnaməçinin yazdığına görə, «xəzərlər dağlarda, meşələrdə yaşayan polyanları tapdılar və vergi ödəmələrini tələb etdilər. Öz aralarında xeyli məsləhətləşən polyanlar hər ev başına bir  qılınc düzəldib verməyə boyun oldular». Şərq slavyanları ilə yanaşı marilər, mordvalar və udmurtlar da xəzərlərə vergi ödəyirdilər.

Barbar şərq slavyanlarının mədəniyyət və ticarətin çiçəkləndiyi Xəzər xaqanlığının tərkibinə daxil olan ərazilərdə yerləşmələri onların inkişafında mühüm rol oynadı. Belə ki, şərq slavyanlarının 839-cu ildə qurulmuş ilk tayfa birliyinin başçısı xəzərlərdə olduğu kimi xaqan titulu daşıyırdı. 882-ci ildə Kiyevi işğal edən norman mənşəli Oleq öz dövlətinin qurulmasında Xəzər xaqanlığını nümunə kimi götürmüşdü.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net