Xəzər–Bizans münasibətləri
Xəzər xaqanlığı özünün sələfləri saydığı Suvar
və Göytürk dövlətləri kimi Sasani İranına qarşı mübarizədə Bizansla
müttəfiqlik edirdilər. Xəzər xaqanlığı Azov və Qara dənizin şimal
sahillərindəki düzənlik əraziləri ələ keçirdikdən, Sasaniləri Cənubi Qafqazdan
sıxışdırmalarından sonra Bizansla həmsərhəd oldu. Xəzərlərin bu qələbələrinə
paxıllıq edən Bizans saray tarixçisi Abid Feofan yazırdı: «Qara dənizdən
şimaldakı bütün ərazilərdə Böyük Xəzər xalqı hökmranlıq etməyə başladı».
VII əsrin sonlarında Bizans hakimiyyəti uğrunda
gedən mübarizələr Xəzər xaqanlığını öz müttəfiqinin daxili işlərinə qarışmağa
vadar etdi. 695-ci ildə taxtdan salınan Bizans imperatoru II Yustinian Xəzər
xaqanı Əbuzər Qalavanın yanına qaçdı. Öz qızını II Yustiniana ərə verən xaqan
705-ci ildə ona öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Yenidən Bizans
imperatoru olan II Yustinian Xəzər xaqanının qızından oğlu Tiberini öz
şəriklisi elan etdi. 710-cu ildə Krım uğrunda Bizansla Xəzər xaqanlığı
arasında münaqişə başladı. Münaqişənin əsas səbəbi Bizans hakimiyyətini
istəməyən Krım əhalisinin yardım üçün Xəzər xaqanına müraciət etmələri oldu.
Üsyançılara başçılıq edən qaçqın erməni taciri Vardan Xəzər xaqanının etimadını
qazandı və onun köməyilə 711-ci ildə Flipp adı ilə Bizans imperatoru oldu. Taxta
çıxan kimi Flipp nəinki II Yustinianı, həm də onun Xəzər xaqanının qızından
olan azyaşlı oğlu Tiberini edam etdirdi. Xaqanın qız nəvəsinin erməni əsilli
Bizans imperatoru Flipp tərəfindən xaincəsinə öldürülməsi yenidən Xəzər–Bizans
münasibətlərini pisləşdirdi. Lakin Cənubi Qafqaz istiqamətində daha güclü
rəqibin – Ərəb xilafətinin fəallaşması Bizansı yenidən Xəzər xaqanlığı ilə
yaxınlaşmağa məcbur etdi. Krım məsələsi dinc yola həll edildi. Bizans
yarımadanın şərq hissəsini və qərbdəki geniş düzənlikləri xəzər xaqanlığına
güzəştə getdi.
VII əsrin sonlarında Bizans hakimiyyəti uğrunda gedən
mübarizələr Xəzər xaqanlığını öz müttəfiqinin daxili işlərinə qarışmağa vadar
etdi. 695-ci ildə taxtdan salınan Bizans imperatoru II Yustinian Xəzər xaqanı
Əbuzər Qalavanın yanına qaçdı. Öz qızını II Yustiniana ərə verən xaqan 705-ci
ildə ona öz hakimiyyətini bərpa etməkdə köməklik göstərdi. Yenidən Bizans
imperatoru olan II Yustinian Xəzər xaqanının qızından oğlu Tiberini öz şəriklisi
elan etdi. 710-cu ildə Krım uğrunda Bizansla Xəzər xaqanlığı arasında münaqişə
başladı. Münaqişənin əsas səbəbi Bizans hakimiyyətini istəməyən Krım əhalisinin
yardım üçün Xəzər xaqanına müraciət etmələri oldu. Üsyançılara başçılıq edən
qaçqın erməni taciri Vardan Xəzər xaqanının etimadını qazandı və onun köməyilə
711-ci ildə Flipp adı ilə Bizans imperatoru oldu. Taxta çıxan kimi Flipp nəinki
II Yustinianı, həm də onun Xəzər xaqanının qızından olan azyaşlı oğlu Tiberini
edam etdirdi. Xaqanın qız nəvəsinin erməni əsilli Bizans imperatoru Flipp
tərəfindən xaincəsinə öldürülməsi yenidən Xəzər-Bizans münasibətlərini
pisləşdirdi. Lakin Cənubi Qafqaz istiqamətində daha güclü rəqibin - Ərəb
xilafətinin fəallaşması Bizansı yenidən Xəzər xaqanlığı ilə yaxınlaşmağa məcbur
etdi. Krım məsələsi dinc yolla həll edildi. Bizans yarımadanın şərq hissəsini və
qərbdəki geniş düzənlikləri xəzər xaqanlığına güzəştə getdi.
VIII əsrin 30-cu ilərində
ərəb-xəzər müharibələrinin qızışması xilafət ordularının Bizansın ərazilərinə
olan hücumlarının səngiməsinə səbəb oldu. Xəzərlərlə münasibətləri daha da
yaxşılaşdırmaq məqsədilə Bizans imperatoru Lev İsavr 732-ci ildə Xəzər xaqanının
qızı Çiçək xatını oğlu Konstantinə aldı. 775-780-ci illərdə hakimiyətdə olmuş
Bizans imperatoru Çiçək xatının oğlu idi və hamı onu «Xəzər» adı ilə tanıyırdı.
|