Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 4

Xəzər–xilafət münasibətləri

642-ci ildə  Nəhavənd döyüşündə  Sasaniləri  darmadağın edən xilafət ordularının  xəzərlərin nəzarəti altında olan Azərbaycana da girməsi  Xəzər xaqanını ciddi tədbirlər görməyə vadar etdi.

Uzun sürən  Ərəb-xəzər müharibələrinin  birinci mərhələsi  654-cü ildə xəzərləri Azərbaycan ərazisindən sıxışdırmağa nail olan ərəblərin  Dərbəndi tutaraq,  Bələncəri mühasirəyə almaları ilə başladı. Ərəblərin hücumlarını dəf edən Xəzər orduları  onları geri oturtdular. Döyüş zamanı 4 min ərəb döyüşçüsü, o cümlədən xilafət sərkərdəsi Əbdürrəhman öldürüldü. 684-cü ildə Xəzər xaqanlığının Cənubi  Qafqaz  üzərində tam  nəzarətini  bərpa etmək məqsədilə  yürüş edən Şad  ərəblərin tərəfinə keçmiş  Ərməniyyə hakimi Qriqori Mamikonyanı, gürcü və Şimali Azərbaycan feodallarını edam  etdirdi.  Yürüş zamanı Cənubi Qafqazın xristian feodalları ilə yaxınlıq edən xaqanlığın qərb hissəsinin hakimi, suvar xanı  Alp İlitver də cəzalandırıldı. VII əsrin  sonlarında-VIII əsrin əvvəllərində xilafətin Cənubi  Qafqazda   itirdiyi mövqelərini bərpa etmək niyyətləri  puça çıxdı. Xəzərlərin paytaxtı  Səməndəri mühasirə etdikdən sonra  Xəzər xaqanlığını tam məhv edəcəyini bildirən lovga ərəb sərkərdəsi  ilk toqquşmadan sonra gecə düşərkən nəinki  sursat dolu düşərgəsini, hətta özü ilə gətirdiyi arvad - uşağını da qoyub qaçdı. Yenidən Cənubi Qafqaza girən xəzərlər ərəblərin Qərbi Azərbaycan ərazisində yerləşdirilən ordusunu məhv etdilər.

Ərəb-xəzər müharibələrinin II mərhələsi  xəlifənin  Cənubi  Qafqaza əmir təyin etdiyi Cərrah ibn Abdullanın  güclü ordu ilə Xəzər xaqanlığının ərazisinə soxulması ilə başlandı. Xəzərləri Dərbəndə doğru sıxışdıran ərəblər sürətli yürüşləri  nəticəsində nəinki Dərbəndi, həm də Səməndər və  Bələncəri işğal edə bildilər. Əhalini qorxutmaq məqsədilə əmir Cərrah ibn Abdulla əsir tutduğu xəzərləri Sulak çayında boğdurdu. Ərəb işğalı təhlükəsi qarşısında öz soydaşları qıpçaqlarla birləşən xəzərlər xaqanın oğlu Börücülün (Börü–qədim türk dilində Qurd deməkdir.) başçılığı altında  724-cü ildə işğalçıları əvvəlcə Dərbənddən şimala, oradan da Azərbaycanın cənubuna çəkilməyə məcbur etdilər. 730-cu ildə Ərdəbil yaxınlığındakı  iki gün davam etmiş döyüşdə ərəbləri daha  ağır məğlubiyyətə uğradan xəzərlər əmir Cərrah ibn Abdullanı öldürdülər. Cənubi Azərbaycanı  da ələ keçirən xəzər ordusu Mosula qədər irəlilədi. Bütün qüvvələrini səfərbərliyə alan  xilafət 150 min  ordu toplaya bildi. Muğanda baş vermiş döyüşdən sonra  xəzər orduları  çoxsaylı  ərəb süvarilərinin təzyiqilə  şimala doğru çəkilməyə məcbur oldular. 732-ci ilin yazında Dərbəndi tuta bilməyən ərəblər şəhərin su kəmərini  zəhərlədilər. Yalnız bundan sonra şəhəri müdafiə edən xəzər döyüşçüləri  ərəblərə tabe oldular.

Ərəb-xəzər müharibələrinin III mərhələsi xəlifənin yaxın qohumu, «kar» ləqəbli Mərvan ibn Məhəmmədin başçılıq etdiyi  ərəb ordusunun  Bələncər üzərinə uğursuz yürüşü ilə başladı. Leysan yağışları  nəticəsində  yolların palçıq olması  ərəb atlılarının irəliləməsinə mane olurdu. Xilafət sərkərdəsi  öz əskərlərinə atlarının palçığa bulaşmış quyruğunu kəsməyi əmr etdi. Orta əsr tarixçilərinin «palçıqlı» adlandırdıqları bu yürüş əslində kəşfiyyat xarakteri daşıyırdı. Ərəblərin sülh təklifinə razılıq verən xəzərlər danışıqlar üçün onların düşərgəsinə elçilər göndərdilər. Lakin bu elçilər  Mərvan ibn Məhəmməd tərəfindən xaincəsinə əsir götürüldü. 150 minlik ərəb ordusu iki istiqamətdən Xəzər xaqanlığının ərazisinə soxuldu. Qara dəniz sahillərindəki Daryal keçidi ilə hərəkət edən ərəb ordusuna Mərvan ibn Məhəmmədin özü, Xəzər dənizi sahillərindən Dərbənd istiqamətində hərəkət edən orduya isə onun köməkçisi başçılıq edirdilər. Xəzər xaqanlığının içərilərinə doğru xeyli irəlilədikdən sonra Mərvan ibn Məhəmməd girov saxladığı xəzər elçilərini  azadlığa buraxdı. Elçilərin ölkəyə saysız-hesabsız ərəb ordularının  soxulduğunu bildirmələri, Xəzər xaqanını  daha yaxşı  müdafiə olunan Sarışenə çəkilməyə məcbur etdi. Ərəblərin Volqadan şimalda yerləşən Xəzər ordusunu qəfil hücumla darmadağın etmələri Xəzər xaqanını Mərvan ibn Məhəmmədlə danışıqlara başlamağa məcbur etdi. Xəzər xaqanına müsəlman olmağı  təklif edən Mərvan ibn Məhəmməd əks halda onun taxtdan salınacağını bildirdi. Fikirləşmək üçün üç gün möhlət istəyən  xaqan islam dini haqqında məlumat almaq üçün Mərvan ibn Məhəmməddən yanına müsəlman ruhanilərinin göndərilməsini xahiş etdi. Yeni dinlə tanışlıqdan sonra «indən belə donuz əti yeməkdən və çaxır içməkdən imtina edəcəyini  bildirən» xaqan müsəlman oldu. Bununla da öz vəzifələrini bitmiş hesab edən  ərəb orduları soyuq şimalda yaşamağa adət etmədiklərindən geri döndülər. Ərəb–xəzər  müharibələrinin III mərhələsi başa çatdı.

Ərəb–xəzər toqquşmaları  IX əsrin ortalarına qədər davam etsə də  daha geniş hərbi əməliyyatlar aparılmırdı.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net