Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 29

Borçalı Çar Rusiyasının işğalı dövründə

1828 - ci ildə Qacarlarla Rusiya arasında imzalanmış Türkmənçay barışığı ilə Azərbaycanın Arazdan şimaldakı torpaqlarının Rusiya tərəfindən işğalı rəsmən başa çatdı.Lakin bu proses heç də keçmiş sovet alimlərinin iddia etdikləri kimi yerli əhalinin «könüllü şəkildə daha mütərəqqi olan Rusiya tərəfinə keçməsi», «nifrət etdikləri Qacarlara qarşı döyüşməyə can atmaları» ilə müşayiət olunmurdu. Artıq həqqında bəhs etdiyimiz A.S.Qriboyedovun etirafına görə Azərbaycan torpaqlarının işğalı zamanı «hər addıma rus qanı çilənmişdi».

Çar hökuməti Şimali Azərbaycanda, o cümlədən Borçalıda möhkəmlənmək üçün bir neçə üsuldan istifadə edirdi :

1. Əhalinin ruslara qarşı mübarizəsinə başçılıq etmiş yerli ağa və bəyləri sıxışdırmaq; Buna görə də «etibarsız bəylərin cəzalandırılması, sədaqətli bəylərin isə mükafatlandırılması asiyalılara qarşı ən etibarlı üsul» sayılmışdı. Borçalı ağa və bəylərini iqtisadi gücdən məhrum etmək məqsədilə Rusiya hökuməti hələ 1802-ci ildə onlar üzərinə «murovlar» adlı nəzarətçilər qoymuşdu. Murovlara «imperatora qulluq işinə ziyan vuran ağaları» həbs edib Tiflisə - Rusiyanın Qafqazdakı Baş komandanının sərəncamına göndərmək hüququ verilmişdi.Görünür bununla bağlı indi də Borçalı Türkləri həddindən artıq qudurğanlıq edən adama «moyroy (murov)» deyirlər. 31 mart 1818 - ci ildə Borçalı və ona qonşu bölgələrin ağalarının hüquqları və vəzifələri adlı «Əsasnamə» imzalandı. Bu sənəddə ağaların mülkiyyət hüququ kobud şəkildə pozulur, onlara «dövlət qulluqçusu» statusu verililrdi. Əslində bu «Əsasnamə» Borçalı ağa və bəylərini çar hökumətindən tam asılı vəziyyətə salmaq məqsədini güdürdü.Onların vergi toplamaq hüququ da əllərindən alınmış və çarizmə yaltaqlanan kovxalara həvalə olunmuşdu. 1818 - ci ildə Borçalı ağaları bu haqsızlığa qarşı ayağa qalxmışdılar. Bundan qorxuya düşən çar hökuməti II Rusiya - Qacar müharibəsi başlanan kimi öz qəddarlığı ilə Cənubi Qafqazda «ad çıxartmış» Yermolovu vəzifəsindən kənarlandırmış və təhqiramiz şəkildə, yəni heç bir zabitin müşayiət etmədiyi halda Peterburqa gəlməyə məcbur etmişdi.

13 iyul 1830 - cu il fərmanı ilə çar hökuməti Borçalı əsilzadələrinin torpaqlarının bir hissəsinin varislərə ötürülməsini rəsmən tanımağa razı oldu. Xəyanət, eləcə də Rusiya hökumətinə qarşı bədxahlıq üstündə və siyasi mülahizələrinə görə bu ölkədən geriyə və ya başqa yerlərə məhkəməsiz sürgün edilənlərin hamısı əvvəlki yaşayış yerlərinə qaytarıldı, onların müsadirə olunmuş malikanələri keçən illər üçün heç bir əvəzi ödənilmədən özlərinə qaytarıldı.

Bununla belə çar Rusiyası hər vasitə ilə Borçalı əsilzadələrini sıxışdırmaq siyasətini davam etdirirdi. Gürcüstanın mülki işlər üzrə rəisi general - mayor Zavilyevski Qafqazın Baş hakimi qraf Paskeviçə 30 sentyabr 1830 - cu il raportunda «silahla alınmış torpaqlarda çoxlu vəsait tələb edən qoşunla möhkəmlənməyin mümkün olmayacağını, hökumətin yerli əsilzadələrə arxalana bilməyəcəyi bir şəraitdə,ən yaxşısı həmin ağaların torpaqlarının əllərindən alınaraq rus zadəganlarına paylanmasını» yeganə çıxış yolu hesab edirdi. Qafqazın Baş İdarə Şurasının 25 aprel 1841 - ci il qərarı ilə Borçalı, Qazax və Şəmşəddilin 59 ağasının 102 kəndi müsadirə edildi. 40-cı illərdə Şimali Azərbaycanın bir sıra bölgələrində (Şəmşəddil, Borçalı, Qazax, Yelizavetpol, Şuşa, Nuxa, Quba və s.) çarizmin müstəmləkə zülmü əleyhinə kəndli çıxışları baş verdi. Bu çıxışlar hökumətin yerli əsilzadələrlə yaxınlaşmaq meylini artırdı.I Nikolayın Qafqazdakı vəziyyətlə tanış olmaq üçün hərbi nazir Çernışevi və Qafqaz komitəsinin sədri Rozeni oraya göndərdi. Onlar azərbaycanlı əhalinin nümayəndələri ilə tanış olduqan sonra təkzibedilməz faktlarlla islahatın yerli şərait nəzərə alınmadan hazırlandığı üçün uğursuzluğuna inandılar. Aparılan təftiş nəticəsində 1842-ci ildə ağaların və bəylərin torpaqlarının müsadirəsi dayandırıldı, torpağa olan sahibkarlıq hüququ toxunulmaz elan edildi.1842-ci ildə hərbi nazirin sədrliyi ilə xüsusi Komitə yaradıldı. 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S.M.Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.

On iki maddədən ibarət olan bu reskriptin 10 maddəsi bəylərin torpaq hüquqlarına, qalan ikisi feodal kəndli münasibətlərindən bəhs olunurdu.

İlk dəfə olaraq bəy və ağalara məxsus torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunurdu. Azərbaycanda mülk - xalisə torpaqları kimi tiyul da rəsmi olaraq bəy və ağaların mülkiyyəti elan olundu.

Bu reskript bəy və ağalara kəndlilər üzərində polis idarə üsulunu həyata keçirmək hüququ da verirdi. 1846-cı il 6 dekabr fərmanı ilə hökumət yerli əsilzadələrlə ittifaqa doğru mühüm bir addım atdı, “ali müsəlman” silkini mərkəzi hakimiyyətə yaxınlaşdırdı.Reskriptin əsas mahiyyəti onun sonuncu bəndində aydın ifadə olunmuşdur. Beləki, Cənubi Qafqazın ali müsəlman silki ilk çağrışda ordu sıralarına qoşulmağa borclu idi. Kəndlilərin hüquqi cəhətdən rəiyyət, rənclər, elat, nökərə bölünməsi ləğv edildi. Əvəzində sahibkar kəndlilərinə mülkədar tabelisi adı verildi. 1847-ci il 28 dekabrda isə Qazax, Şəmşəddil və Borçalı nahiyyələrində yaşayan kəndlilərə aid “Əsasnamələr” verildi. “Əsasnamələr”ə görə bəyin ev işini görmək üçün 10 kəndli ailəsi bir kişi, 15 isə bir qadın qulluqçusu verməli idi. Bəy ailəsində işləmək üçün qadın qulluqçusunu ayrılması kəndlilər arasında narazılıqla qarşılandığı üçün bu qayda tezliklə ləğv edildi.Hər bir kəndli ailəsi bəy təsərrüfatında işləmək üçün bir kişi ayırmalı idi. Kəndin bütün kəndliləri isə iki gün hamılıqla bəy təsərrüfatında iməciliyə çıxmalı idi. “Əsasnamələr”ə görə ağalar kəndliləri üzərində polis və məhkəmə hüququ alırdılar. Çar Rusiyası 40 ildən çox bir müddətdə Borçalı əsilzadələrini özünə düşmən olan qüvvələrdən «təmizlədikdən sonra» bölgədə tam yerləşə bildi. Borçalı ağa və bəylərinin övladlarını Rusiyaya sədaqət ruhunda böyütmək üçün onlar üçün «təhsil müəssisələri» də təşkil olundu.

6 dekabr 1846-cı il reskriptinə görə Borçalı ağa və bəyləri ilk çağırışda Rusiya ordusuna xidmətə getməli idi. Nəticədə Qacar sarayında xüsusi mühafizə dəstəsində xidmət edən Borçalı - qarapapaq ərənləri, Osmanlı ordusunda ruslara qarşı qəhrəmanlıqla döyüşən Borçalılı Həşimoğlu, sinəsindən aldığı yaradan şəhid olan Darvazlı Mehralı bəylə yanaşı, Borçalı torpağı çar Rusiyasının ordusunda yüksək rütbələr qazanmış Daşdəmir ağalar və İsrafil bəy Yadigarov kimi zabitlər də yetişdirdi. Təəssüf ki, Osmanlı - Rusiya savaşlarında vaxtilə ümumi düşmənə qarşı vuruşan borçalılır indi yad orduların tərkibində bir - birlərinə qarşı döyüşürdülər. Bununlə bağlı oxucuya gənc tədqiqatçı Fəxri Valehoğlunun «Qarapapaqlar və onların XIX əsr hərb tarixi» əsərini oxumağı məsləhət görürük.

2. Borçalıya qeyri-türk ünsürlərin köçürməklə yerli əhalini azlıqda qoymaq, onların iqtisadi gücünü zəiflədib yox etmək üçün torpaqlarını gəlmələrə - ermənilərə, rus bidətçi kəndlilərinə və yunanlara paylamaq;

Bu işdə çar Rusiyasının işinə daha çox ermənilər yarayırdı. Bəzi rus generalları çar Rusiyasının ermənilərə həddindən artıq imtiyazlar verməsinə narazılıq edirdilər. İmperatorun Baş Qərargah rəisi qraf Dubiçin Qafqazın Baş komandanı Paskeviçə göndərdiyi, Azərbaycan türklərinə məxsus torpaqlarda ermənilərə muxtariyyət verilməsini nəzərdə tutan «Qaydalar» Qafqazın mülki işlər üzrə hakimi general Velyaminov tərəfindən etirazla qarşılanmışdı. Velyaminov haqlı olaraq yazırdı : « Qara dənizdən Xəzər dənizinədək Rusiyanın sahib durduğu torpaqlarda əhalinin üçdən ikisini təşkil edən müsəlmanlar bu «Qaydalar»dan narazı qalacaq və onların Rusiyaya inamı sarsılacaq».

Bununla belə çar Rusiyası Borçalıya yad etnik ünsürləri köçürməyə davam edirdi. E.D.Eritsovun yazdığına görə «Borçalı ərazisinə ermənilərin köçləri bir neçə dəfə olmuşdur». Dağ Borçalısına - Loruya və Cəlaloğluna (indiki Stepanavan) ermənilər keçmiş İrəvan xanlığının ayrı - ayrı əyalətlərindən, Barmaqsıza (indiki Zalqa prefektliyi) Ərzurumdan, Xram çayı sahillərinə isə Qarabağdan gəlmişdilər. 1873 - cü ildə Cəlaloğlunda 107 erməni ailəsi (877 nəfər) yerləşmişdisə, 1887 - ci ildə bu rəqəm 232 ailəyə (1630 nəfər) çatmışdı.Ərzurumdan Barmaqsızın Tamala Xaraba kəndində məskunlaşan qaraçılar da sonradan erməniləşdilər.Ermənilər əsasən xəzinə torpaqlarında məskunlaşdırılırdılar. Bu torpaqlar əslində çar hökumətinə boyun əyməyən Borçalı əsilzadələrinə mənsub olmuşdu. Müxtəlif yerlərdən Borçalıya köçürülən ermənilər sonralar həyasızcasına Borçalı torpaqlarına iddia etməyə başladılar. Barmaqsızın Sabit axça kəndinə köçürülən 25 kürd ailəsi 1885-ci ildə buranın iqlim şəraitinə uyğunlaşmayaraq Qarsa köçüb getmişdilər.

Çar Rusiyasının ağır müstəmləkə zülmü, onun gördüyü bütün repressiv tədbirlər Borçalı Türkünün azadlıq eşqini, əyilməz ruhunu sındıra bilmədi. XX yüzilliyin əvvəllərində bütün Şimali Azərbaycanda, o cümlədən Borçalıda da milli-azadlıq mücadiləsinin yeni mərhələsi başladı.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net