Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 24

Borçalı  XVII  yüzilliyin II yarısında

1642 - ci ildə hakimiyyətə gələn Səfəvi hökmdarı II Şah Abbas babası I Abbas kimi Borçalıya xüsusi diqqət yetirirdi. O, hər vasitə ilə Borçalı türklərinin öz yurdlarında möhkəmlənməsinə çalışırdı. Bu məqsədlə Baxtrion və Allahverdi qalaları daha da möhkəmləndirildi. 1660-cı ildə Əhmədlidə (Axmeta) öz qüvvələrini birləşdirən Araqvi və Ksani eristavları (Şalva və Elizbar) Baxtrion qalasını mühasirəyə aldıqda Zezva Qaprindaulinin başçılıq etdiyi tuşinlər, Qoqalaurinin başçılıq etdiyi pşavlar və Nadir Xoşaraulinin başçılıq etdiyi xevsurlar da onlara qoşuldular. Qaxet gürcüləri isə Bidzina Çolokaşvilinin başçılığı altında Allahverdi qalasını mühasirəyə aldılar. Sayca çox olan gürcülər hər iki qalanı tutaraq dağıtdılar və müsəlmanlara qanlı divan tutdular. Bundan xəbər tutan II Şah Abbas (1642-1666) dərhal Şahnəvaz xandan cinayətkarların cəzalandırılmasını tələb etdi. 18 sentyabr 1662- ci ildə Şah II Abbasdan aman istəməyə gedən Şalva, Elizbar və Bidzina borçalıların ixtiyarına verildi. Onların hər üçü edam olundu. Bu çıxışın əsas «ilhamvericisi» Zaal Eristavı isə Şahnəvaz xan özü edam etdirdi. Şah Qaxetin də idarəsini Şəhnəvaz xana həvalə etdi.Bundan ruhlanan Şahnəvaz xan özbaşınalıq edərək 1639-cu ildə Səfəvilərlə Osmanlı arasında imzalanmış Qəsri - Şirin müqaviləsinə əsasən Osmanlının təsir dairəsinə daxil olan Meqreliyaya öz oğlu Arçili hakim qoydu. Şahnəvaz xanın bu addımını Osmanlının daxili işlərinə qarışmaq kimi dəyərləndirən sultan, Səfəvi şahından öz canişişinini belə hərəkətlərdən çəkindirməyi tələb etdi. Arçil dərhal Meqreliyadan geri çağrıldı. Bu zaman Teymurazın Rusiyadan qayıdan nəvəsi İrakli Qaxeti ələ keçirməyə təşəbbüs göstərsə də, Şahnəvaz xan tərəfindən geri oturduldu. Darmadağın olunmuş İrakli Torqa qalasında gizləndi.

İraklinin anasının aman istəyəni nəzərə alan Şahnəvaz xan 1664-cü ildə Torqa qalasını tutsa da İrakliyə toxunmadı. Şah II Abbas, Şahnəvaz xanın oğlu Arçili müsəlman edərək, Qivi adlı gürcünü də ona qoşub Qaxetə vali təyin etdi. İslamı qəbul etmiş Arçilə Şahnəzər adı verildi. Lakin İraklinin yenidən Qaxeti ələ keçirmək niyyətini eşidən Şahnəvaz xan oğlunun köməyinə gələrək,İraklin Tuşetə qovdu. Atskveri qalasında qalan vali qızılbaş ordusunun əsas hissəsini Tiflisə geri göndərdi. Qızılbaş ordusunun Tiflisə getmə xəbərini duyan Qaxet gürcüləri İrakliyə Şahnəvaz xana qarşı gecə hücumu etməyi məsləhət görərək, kömək edəcəklərini bildirdilər. Şahnəvazın yanında olan Qivi və Sisişvilinin dəstələri valini qoyub qaçsalar da, Baydar sultanı İraklinin gecə hücumunun qarşısının alınmasında mühüm rol oynadılar. Bu döyüşdə Təhmas Türküstanaşvili xüsusi igidlik göstərərək, Şahnəvazı gerçək ölümdən qurtardı. İrakli tərəfdarları qaçdılar. Qaçanları təqib edən Şahnəvaz xan onların kəsilmiş başlarından qüllə düzəltdirdi. Bu hadisədən sonra Şahnəzər xan Qaxetdə daha da möhkəmləndi. İrakli yenidən Rusiyaya qayıtdı. Qaxet tavadlarının rəğbətini qazanmaq istəyən Şahnəzər xan İraklinin bacısı Katevanla evləndi.

1666-cı ildə II Abbas vəfat etdi. Abbasqulu ağa Bakıxanovun yazdığına görə «Gürcüstan asilərini cəzalandırmaqla yanaşı, bu hökmdar özünün ədalətliliyi,ciddiliyi və şerə məhəbbəti ilə məşhur olmuşdur». II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman (II Səfi) çıxdı. Öz sələfləri kimi Borçalıya xüsusi önəm verən Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Qaxetə qayıdan İraklini yanına çağırtdırdı.

Şahın İraklini Qaxetə hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda,atası Rüstəm xanın yanında dəfn etdilər.

Süleyman şah Şahnəvaz xanın böyük oğlu XI Georgiyə də İslamı qəbul etdirərək Şahnəvaz (II) adı ilə vali təyin etdi. Qaxetin idarəçiliyi isə yerli qızılbaş əyanlarına həvalə olundu. Bu dövrdə Qaxetin şərq hissəsinə və ona bitişik Azərbaycan torpaqlarına - Car - Balakənə xeyli Dağlı xalqlar (ləzgilər,avarlar və s.). Atasından fərqli olaraq qızılbaşlara o qədər də sədaqətli olmayan II Şahnəvaz xan səfəvilərə qarşı ittifaq bağlamaq məqsədilə Osmanlı ilə, bəzi Avropa dövlətlərilə,hətta Roma papası ilə danışıqlar apartırırdı. Onun bu xəyanətkar hərəkətlərinə cavab olaraq Süleyman şah 1688-ci ildə II Şahnəvazı vəzifəsindən uzaqlaşdıraraq, İslamı qəbul edərək Nəzərəli xan adını alan İraklini Tiflisə canişin göndərdi.

30 il qürbətdə yaşamış Nəzərəli xan (I İrakli) ömrünün xeyli hissəsini Rusiyada yaşamış və burada şahzadə Nikolay adlandırılmışdı. Çar Aleksey Mixayloviçin yanında nüfuz sahibi olsa da,1674-cü ildə onu Moskvadan qovdular. Yalnız Səfəvi şahının mərhəməti nəticəsində o öz doğma vətəninə qayıda bildi. Canişinlikdən uzaqlaşdırılmış II Şahnəvaz xan 4 il Nəzərəli xanla mübarizə aparsa da özbaşına heç nəyə nail ola bilmədi. Əvvəlcə İmeretidə dolaşan Nəzərəli xan Səfəvi taxtına yenicə çıxmış Şah Sultan Hüseynin (1694-1722) yanına gəldi. Başı əfqan qiyamçıları ilə mübarizəyə qarışan Səfəvi şahı II Şahnəvaz xanın təqsirindən keçdi və 1703-cü ildə verdiyi fərmanla Tiflisin idarəsini II Şahnəvaz xanın qardaşı oğlu Vaxtanqa həvalə etdi. II Şahnəvaz xan isə qızılbaşların Qəndəhar əyalətinə bəylərbəyi təyin olundu. Həmin ildə Nəzərəli xanı da İsfahana gətirtdirən Şah Sultan Hüseyn onu sarayın qullarağası təyin etdi. Nəzərəli xanın oğlu Davuda isə Qaxetin valiliyi tapşırıldı.

Tiflisə canişin təyin edilən VI Vaxtanq Səfəvi qanunları əsasında «Dəstur əl-əməl» adlı qanunlar külliyatı hazırlatdı. 1709-cu ildə Vaxtanqın əmisi II Şahnəvaz xan Əfqan əmiri Mir Veys tərəfindən öldürüldü. Mir Veys öz hərəkətinə haqq qazandırmaq üçün onun yaxasında gəzdirdiyi xaçı Şah Sultan Hüseynə göndərdi. Şah Tiflisə rəsmi olaraq vali kimi II Şahnəvaz xanın o birisi oğlu Keyxosrovu təyin etsə də onu əfqanlarla müharibəyə göndərdi. Tiflisi isə əslində VI Vaxtanq idarə edirdi. Səfəvilərin başının əfqanlarla mübarizəyə qarışmasından istifadə edən VI Vaxtanq Tiflis qarnizonunun qızılbaş başçılarını sıxışdırmağa başladı.

Nəzərəli xanın ölümündən sonra Səfəvi şahı Qaxetə onun oğlu İmamqulu xanı (gürcü tarixçiləri onu II David adlandırır) vali təyin etdi.

1711 - ci ildə Keyxosrov da Qəndəharda əfqanlar tərəfindən öldürüldü. Şah Sultan Hüseyn VI Vaxtanqı yanına gətizdirirərək 1716-cı ildə ona İslamı qəbul etdirdi və vali olaraq Tiflisə göndərdi. Lakin, hiyləgər Vaxtanq hələ səfəvi sarayında olarkən rus elçisi Artemi Volınskinin vasitəsilə I Pyotrla əlaqə yarada bilmişdi. 1722 - ci ildə I Pyotr Azərbaycanın Xəzərsahili vilayətlərinə soxularkən gürcü knyazlarının toplantısını çağıran VI Vaxtanq rusları müdafiə etmək fikrində olduğunu bildirdi. Lakin Səfəvilərə sadiq qalmağı üstün tutan knyazlar onun fikrini rədd etdilər. Hətta Vaxtanqın oğlu Bakar da atasının fikrinə qarşı çıxdı. Heç kəsls hesablaşmaq istəməyən, «Dəli Petroya» hədsiz dərəcədə inanan VI Vaxtanq, öz süzereni - Səfəvi şahına xəyanət edərək guya Gəncəyə gələcək rus ordularını qarşılamaq məqsədilə 40 minlik qüvvə topladı.

1722-ci ilin martında əfqanlar İsfahanı tutub, Şah Sultan Hüseyni taxdan saldıqdan sonra Rusiya daha da fəallaşdı və iyunun 18-də Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana yürüş başladı. Bu zaman qızılbaşlar səfəvi taxtına Şah Sultan Hüseynin oğlu II Təhmasibi taxta çıxartdılar.

Ruslar Dərbənd yolu üzərində qızılbaşların müqavimətini dəf edərək Azərbaycana soxuldular. I Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə məqsəd onları müsəlman zülmündən xilas etməkdir.

1722-ci il avqustun 23-də Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Osmanlının rus qoşunlarının Xəzəryanı bölgələr basqınına kəskin etiraz etməsi, Şirvanda hakimiyyəti ələ keçirmiş Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa hazırlaşması I Pyotru geri qayıtmağa məcbur etdi. 1722-ci ilin dekabrında polkovnik Şipov başda olmaqla ruslar Rəşt şəhərini tutdu. Şah hökumətinin Şirvanda rus konsulluğu açmasına etirazını nəzərə alan ruslar konsulluq Rəştdə açdılar.

1723-cü ilin iyulunda Bakı hakimi Məhəmməd Hüseyn bəyin rusların təslim olmaq təklifinə rədd cavabı alan general-mayor M.Matyuşkin iyulun 28-də Bakını işğal etdi. M.Matyuşkin Məhəmməd Hüseyn bəyin Hacı Davudla əlbir olduğunu bəhanə edərək onu əvvəlcə Həştərxana, daha sonra isə sonra Roqaçevskiyə sürgün etdirdi.

Bakıdan sonra Salyan da işğal edildi. 1723-cü il sentyabrın 12-də II Təhmasibin elçisi İsmayıl bəy şahdan icazəsiz Dərbənddən Gilana qədər olan Xəzəryanı ərazinin Rusiyaya verilməsi haqqında Peterburq müqaviləsini imzaladı. Rusiya guya bunun əvəzində əfqanlarla müharibədə Səfəvi şahına yardım edəcəklərini vəd etdilər.

Səfəvilərin paytaxtı İsfahanın əfqanlar tərəfindən işğalı və rusların Xəzərsahili vilayətləri tutması VI Vaxtanqı daha da cəsarətləndirdi. Lakin «Azov yürüşü» zamanı Osmanlıdan güclü zərbə yemiş Pyotr ona qarşı hərbi əməliyyat aparmaqdan çəkindi. 1724-cü il iyunun 12-də İstanbulda Rusiya-Osmanlı müqaviləsi imzalandı. Bu müqavilə Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini təsdiq etdi. Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan Osmanlılara keçdi. Şirvan Osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq elan edildi.

İstanbul müqaviləsini reallaşdırmağa başlayan Osmanlılar 28 dekabr 1725 - ci ildə müqavilənin şərtlərinə əsasən işğal zonasına daxil olmayan Ərdəbili də tutdular. Bakının tutulması şərəfinə Peterburqda, Ərdəbilin tutulması şərəfinə isə İstanbulda atəşfəşanlıq təşkil olundu.

Bu müqaviləyə əsasən Borçalı da Azərbaycan ərazisinin xeyli hissəsi kimi Osmanlı tərkibinə qatıldı. 1723 - cü ildə II Təhmasib tərəfindən Tiflisə vali təyin olunan Məhəmmədqulu xan (Konstantin) şəhəri osmanlıya təslim etməli oldu. Pyotra dərin ümid bəsləyən VI Vaxtanq 1200 nəfərlik heyətlə Peterburqa getsə də Rusiya sarayında çox soyuqqanlıqla qarşılandı. I Pyotr hətta Vaxtanqla görüşü rədd etdi. İvane Cavxaşvilintn sözləri ilə desək , «Rus imperatorunun Şərq xristianlarını himayə ilə bağlı vədi Gürcüstan üçün bədbəxtliklə nəticələndi.Öz maraqları xatirinə Gürcüstanı savaşa sürükləyən Pyotr onu düşmənə satdı və taleyin hökmünə buraxdı. O, hətta aldatdığı bədbəxt VI Vaxtanqa yanında sığınacaq da vermədi».

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net