Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 19

Ağqoyunlular dövründə

XV əsrin 60-cı illərinin sonunda Azərbaycanda  idarəçilik Bayandur boyundan olan Ağqoyunlu xanədanına keçdi. XIV əsrin sonunda Ağqoyunlu siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Onun varisi Qara Yuluq Osman bəy mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoydu. Qara Yuluq Osman bəy öz adına pul kəsdirdi. Ondan sonra bəyliyə Əli bəy, sonra isə Cahangir Mirzə başçılıq etmişdilər.

1467-ci il Muş döyüşündə Qaraqoyunluları məğlub etmiş Həsən Padşah (1453-1478) Bağdada qədər olan geniş ərazidə nəzarəti ələ keçirdi. Cahanşahın ölümünü eşidən Teymuri Əbu Səid Qaraqoyunluları müdafiə məqsədi adı altında Azərbaycana qoşun yeritdi. Həsən Padşah yeni düşmənlə mübarizə aparmaq üçün Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi Şeyx Heydər Səfəvi ilə ittifaqa girdi.

Teymurilərin Azərbaycanda ənənəvi müttəfiqi sayılan Şirvanşah Teymuri Əbu Səidi ərzaqla təmin etməkdən boyun qaçırtdı. Əlacsız qalan Əbu Səid Həsən Padşaha sülh təklif etdi. Bu təklifi qəbul etməyən Həsən Padşah Mahmudabad yaxınlığında Teymurilər üzərində qələbə qazandı.

Ağqoyunlu dövləti özünün ən qüdrətli çağlarında Kürdən cənubdakı Azərbaycan torpaqlarını, indiki İran İslam Respublikasının qərb hissəsini, İraqın, Gürcüstanın şərqini və Ermənistanı, Türkiyənin şərqini və cənub-şərqini əhatə edirdi.

Teymuri Əbu Səid üzərində qələbə qazanandan dərhal sonra Həsən Padşah Borçalıya ordu göndərdi. Gürcü mənbələrində Həsən Padşahın Tavreş-Gilan adlandırılan sərkərdəsi Ağqoyunlu-Qaraqoyunlu savaşlarından istifadə edərək, Tiflisi ələ keçirmiş gürcü çarı Georgini darmadağın edəndən sonra yenidən Təbrizə qayıtdı.

Həsən Padşah Kiçik Asiyanın şimal-şərqində yerləşən Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohannın qızı Azərbaycan tarixində Dəspinə xatun adı ilə tanınmış Teodora ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı. Həsən Padşah Trabzondan qayıdarkən Tiflisə gəldi və Konstantini gürcülərə hakim təyin etdi.

Azərbaycanın Qara dənizə yeganə çıxış yolu olan Trabzonun Osmanlılar tərəfindən işğalı Həsən Padşahı narahat etməyə bilməzdi. O, Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ilə diplomatik əlaqələr yaratmağa başladı. Osmanlılar Azərbaycanın Avropa ticarətinə mane olurdu. Avropanın xristian dövlətləri Osmanlı dövləti ilə bağlı «arxadan zərbə vurmaq» siyasəti yeridirdilər. Əslində Avropa ölkələri Həsən Padşahdan Osmanlıya qarşı istifadə edirdilər. Həsən Padşah Osman bəyliyi, Kipr, Rados kimi xırda dövlətlərlə ittifaqa girmişdi. Venesiya ilə Ağqoyunlu dövləti arasında Osmalıya qarşı hərbi ittifaq bağlanmışdı. Venesiya ilə Ağqoyunlu arasında bağlanan anlaşmaya görə 1472-ci ilin yazında Ağqoyunlu ordusu Osmanlıya qalib gələrək, Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssisləri gətirəcək gəmilər gəlib çıxmadı. Çünki Venesiya bu zaman Ağqoyunludan gizli şəkildə Osmanlı ilə separat danışıqlar aparmış və ondan ticarət imtiyazları qopara bilmişdi.

Osmanlı şahzadəsi Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı qoşunu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.

1473-cü ilin baharında osmanlılarla ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı. Nəhayət, 1473-cü il avqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Həsən Padşah qalib gələrək, Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Həsən Padşah odlu silahlarla təchiz olunmuş Osmanlılar tərəfindən məğlub edildi. Mənbələrin yazdığına görə, «Ağqoyunlular ona görə məğlub oldular ki, onlar belə top-tüfəng davası görməmişdilər».

1472-1473-cü illər savaşlarında ağqoyunlular məğlub olsalar da, II Mehmetin Azərbaycan torpaqlarını işğal etməsinə imkan vermədilər.

Həsən Padşah osmanlılara qarşı müharibədə ağqoyunlulara kömək etmədiyi üçün 1474-77-ci illərdə özünün vassalı, gürcü hakimi Konstantin üzərinə yürüş etdi. Gürcüləri darmadağın edən Həsən Padşah öz sərkərdəsi Xəlil bəy Bəkdaşini Tiflis də daxil olmaqla, Borçalı hakimi təyin etdi. 1478-ci ildə Həsən Padşah vəfat etdi. Onun ölümündən xəbər tutan Konstantin hakimiyyət boşluğundan istifadə edərək, Borçalı torpaqlarını çapıb-taladı.

Həsən Padşahın ölümündən sonra taxta çıxan oğlu Yaqub (1478-1490) borçalıların köməyinə gəldi və Xəlil bəy Bəkdaşi fərasətsizlikdə suçlandı. Sultan Yaqub Dmanisidə möhkəmləndikdən sonra Ahıskanı da yenidən Ağqoyunlu dövlətinə qatdı. 1485-ci ildə Dədəm Qorqud dövrünün yadigarı olan Türk qalası Ağcaqala yenidən təmir edildi və möhkəmləndirildi (Bu qala indi də Arıxlı kəndində qalır).

Atasının siyasətini davam etdirən Sultan Yaqub Şirvanşahlara yaxınlaşıb qohum olsa da, Ərdəbil şeyxləri ilə münasibət pisləşdi. Yaqub Mirzənin ölümündən sonra taxta çıxan oğlu Bəysundur 1492-ci il Rüstəm Mirzə tərəfindən Bərdə yaxınlığında məğlubiyyətə uğradıldı və taxta Rüstəm Mirzə (1492-1497) çıxdı. Ana babası Şirvanşah Fərrux Yasardan kömək alsa da, Bəysundur 1493-cü ildə Əhər döyüşündə Rüstəm Mirzənin qoşunları tərəfindən məğlub edilərək öldürüldü.

1497-ci ildə Rüstəm Mirzə, Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Osmanlı sultanı II Mehmetin qızından olan oğlu Gödək Əhməd tərəfindən taxtdan salındı. Gödək Əhməd islahat keçirərək şəriətə uyğun olmayan yeri və mülkiyyətləri ləğv etdi. Əbih Sultan və Qasım bəy başda olmaqla onun siyasətindən narazı qalan iri feodallar Gödək Əhmədi taxtdan saldılar. Taxt-tac uğrunda iki əmioğlu – Əlvənd və Murad arasında çəkişmə başladı.

1500-cü ildə Baba Xeyrulla dərvişin vasitəçiliyi ilə onların arasında Əbhər sazişi bağlandı. Sazişə görə Qızılüzən çayı sərhəd olmaqla Azərbaycanın Kürdən cənubdakı torpaqları, Qarabağ və İrəvan Əlvənd Mirzəyə, Ərəb İraqı, Fars, Kirman isə Murad Mirzəyə çatdı.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net