Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 16

XIII əsrdə Misirdə faktiki hakimiyyət Burcoğlu (Borçalı) nəslindən olan qıpçaq türklərinin əlində idi

Monqol yürüşü ərəfəsində Azərbaycanda zəifləmiş Eldənizlər və Şirvanşahlar dövlətləri, Marağada isə Rəvvadi Ağsunquri nəsli hakimiyyətdə (1108-1227) idi. 1220-ci ildə Zəncan, Ərdəbil, Sərabı tutan monqollar Təbrizdən xərac alıb, Muğana getdilər. Muğandan keçən monqollar Arrana, oradan da Gürcüstan üzərinə yeridilər.

Atabəy Özbək ümumi düşmənə qarşı mübarizə aparmaq məqsədilə gürcü çarı IV Georgi Laşaya göndərdiyi məktubda yazırdı: «Bu gündən biz bir-birimizə kömək etməli, yardım göstərməliyik. Artıq bu qədər dağıntılar, ölümlər və xarabazarlıqlar bəsdir».

Lakin Atabəy Özbəyin xəbərdarlığına əhəmiyyət verməyən dikbaş gürcü çarı 1221-ci ildə Tiflis yaxınlığında monqollar tərəfindən darmadağın edildikdən sonra Atabəy Özbəklə ittifaq yaratmağa razı oldu. Bunu eşidən monqollar Şəmkirçayın sağ qolu olan Girdimançay sahilində müttəfiqlərin ordusunu məğlubiyyətə uğratdılar. 1221-ci ilin əvvəllərində geri qayıdan monqollar ikinci dəfə Təbriz hakimi Şəmsəddin Tuğrayidən xərac alıb, Marağanı talan etdilər. Sonra Beyləqanı talan edən monqollar müdafiəyə yaxşı hazırlaşmış, Gəncədən xərac alıb şəhərə girmədən Gürcüstana getdilər. Gürcüstandan dönüb Şirvana hücum etdilər. Ərəb tarixçisi İbn əl-Əsirin yazdığına görə, Şamaxı əhalisinin kökünü kəsən monqollar 1222-ci ildə Şamaxıdan şimala üz tutdular. Onlar Dərbəndin alınmazlığını görüb, bələdçilər vasitəsilə dağ cığırlarını keçib, 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qoşununu məğlub etdilər. Volqaboyunda bulqarlarla döyüşdə məğlub olan monqollar öz yurdlarına qayıtdılar.  Monqolların birinci yürüşü kəşfiyyat xarakteri daşısa da, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatına ağır zərbə vurdu.

Monqolların ardınca 1223-cü ildə gürcülər Azərbaycana hücum etdilər. Bu zaman Gəncə qarət olundu. Monqollar tərəfindən məğlub edilmiş qıpçaqlar əvvəlcə öz soydaşları Rəşidin hakim olduğu Dərbəndə, oradan da digər soydaşları Qaş-Qaranın hakim olduğu Gəncəyə pənah gətirdilər. Qaş-Qara onları Göyçə gölünün sahillərində öz soydaşlarının yanında məskunlaşdırdı.

1225–ci ildə Cənubi Qafqaza monqollar tərəfindən ölkəsi işğal edilmiş Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin  yürüş etdi. Onun məqsədi burada monqollara və onların müttəfiqlərinə çevrilən erməni-gürcü feodallarına qarşı müsəlmanların ittifaqını yaratmaq idi. Marağanı tutan Cəlaləddin əhalinin rəğbətini qazanmaq üçün şəhərdə bərpa işinə başladı. Cəlaləddin Marağadan Təbrizə hərəkət etdikdə Atabəy Özbək Gəncəyə, oradan da Əlincə qalasına qaçdı.

Atabəy Özbəyin ölümü ilə 1225-ci ildə Eldənizlər dövləti süqut etdi. Təbriz Cəlaləddinə tabe olduqdan sonra Atabəylərin Gəncədəki canişini şəhəri Cəlaləddinin sərkərdəsinə təslim etdi. Şirvanşah isə ildə 100 min dinar xərac vermək şərti ilə Cəlaləddinin vassalı oldu. 50 min çadırdan ibarət qıpçaq tayfası Cəlaləddinə xidmət etməyə razılıq verdi. Azərbaycanın vəziri Şərəf əl-Mülkə tapşıran Cəlaləddin 1226-cı ildə Qarni yaxınlığında erməni-gürcü ordularını darmadağın edərək, Tiflisi ələ keçirdi. İndiki Gürcüstanın qərbinə qaçan çariça Rusudan Daryal darvazalarını açaraq, şimal xalqlarını ona qarşı qaldırdı. Cəlaləddin indiki Bolnisidə düşərgə salmışdı. O, buradan Tiflis üzərinə yeriyərək gürcüləri pərən-pərən saldı.  Lakin Cəlaləddin monqollara qarşı müsəlmanların birliyini yarada bilmədi.

Monqollar 1231-ci ildə Azərbaycana  ikinci dəfə yürüş etdilər. Marağanı tutan monqollar Təbrizdən yenə xərac alıb, bir çox tanınmış sənətkarları paytaxt şəhəri olan Qaraqoruma göndərdilər. 1235-ci ildə monqollar Gəncə şəhərini mühasirəyə alıb, qala divarlarını dağıtdılar. Əhalinin güclü müqavimətini görən monqollar bir həftə şəhərə girməyə cürət etmədilər. Bir çoxları monqolların əlinə düşməmək üçün ailəsi ilə birlikdə özlərini yandırmışdı. 1235–ci ildə şəhər ələ keçirildi və sağ qalan əhaliyə divan tutuldu. Gəncə 4 il xaraba qaldı. Güclü müqavimətə baxmayaraq, Şəmkiri, Tovuzu və Bakını tutan monqollar 1239-cu ildə Dərbəndi də ələ keçirib, Azərbaycanın işğalını başa çatdırdılar.  Azərbaycan Batı xan tərəfindən əsası qoyulan Cuçi ulusunun tərkibinə qatıldı. Çox ağıllı və uzaqgörən dövlət xadimi olan Batı öz iqamətgahını Volqa çayının qolu olan Axtuba sahilində salmışdı. 1248-ci ildə Batının rəqibi, daha çox gürcülərə, yunanlara və ermənilərə arxalanan Quyuk xan zəhərlənərək öldürüldü. 1251-ci ildə onun yerinə Batının dostu Münke xaqan elan olundu. Münke xaqanın anası Suyurkuk – teni - bikə xristian dininə qulluq edirdi. Bütün dinləri «özünün beş barmağı kimi bərabər olmasını» iddia etməsinə baxmayaraq, Münkenin anasının səyi nəticəsində xristian gürcülər və ermənilər monqolların ən yaxın dostları elan olundu.

Hələ XIII əsrin 30-cu illərində monqol xaqanı Ugedeyin Qaraqorumdakı iqamətgahına gedən gürcü knyazlarından biri – Samsxe atabəyi onunla ittifaq bağlamışdı. Onu mehribanlıqla qəbul edən xaqan tatar qızı ilə evləndirdi. Bunun ardınca digər gürcü və erməni knyazları da Qaraqoruma gedərək, monqollara öz itaətkarlıqlarını bildirdilər. Nəticədə, müsəlmanlara qarşı monqol-erməni-gürcü ittifaqı yarandı.Erməni kilsə rəssamları hətta  monqollara xoş gəlmək üçün çəkdikləri ikonalarda Həzrəti İsanı  qıyıqgözlü və monqol kişilərinin hörüklü saçları ilə təsvir edirdilər. 1243-cü ildə Rum Səlcuq sultanının monqollar tərəfindən məğlub edilməsi xristian-monqol ittifaqını daha da möhkəmləndirdi. Müsəlmanlara qarşı müharibəni daha da şiddətlə davam etdirən monqollar özlərinin erməni-gürcü müttəfiqləri ilə birlikdə 1245-ci ildə Dəməşq (Şam) ətrafına qədər irəlilədilər. Mesopotamiyadan sıxışdırılan müsəlman türklər Misrə – öz soydaşları və dindaşları olan məmlüklərin yanına pənah apardılar. Bu dövrdə Misirdə faktiki hakimiyyət Burcoğlu (Borçalı) nəslindən olan qıpçaq türklərinin əlində idi. Cəlaləddinin kəngərlərdən təşkil olunmuş ordusunun qalıqlarını qəbul edən Burcoğluları 18 oktyabr 1244-cü ildə Qəzza yaxınlığında xaçlıları darmadağın etdilər. 1250-ci ildə isə Nil çayı mənsəbinə soxulmaq istəyən fransızlar məğlub edildi və onların kralı IX Lüdovik əsir alındı. Bundan sonra Misirdə Əyyubiləri hakimiyyətdən uzaqlaşdıran Burcoğluları öz nümayəndələrini taxta çıxartdılar.

Ali monqol xaqanı Minkenin qardaşı Hülakü xanın başçılığı ilə 1256-cı ildə monqolların Azərbaycana üçüncü yürüşü baş verdi və həmin ildə Azərbaycan tabe edildi. 1258-ci ildə Bağdadı ələ keçirən Hülakü  Abbasilər xilafətini süquta uğratdı. Şəhər beş gün qarətçilərin ixtiyarına verildi. Bütün xristianlar sevinc içərisində idilər. Hülakü xan xəlifənin sarayını nəsturilərə bağışladı. Məscidləri «xaç suyuna çəkən» keşişlər onları kilsələrə çevirirdilər. Kilikiyanın erməni çarı V Hetum və onun kürəkəni – Antioxiya knyazı VI Boemund monqollara qoşuldular. Müsəlmanların qəhrəmancasına müdafiə olunmalarına baxmayaraq, Dəməşq və Hələb 1260-cı ildə monqol-erməni-gürcü qoşunları tərəfindən işğal olundu. İndi onların əsas məqsədləri Qüdsü ələ keçirmək idi. Hülakü xanın sorağı İtaliya və Fransaya qədər gedib çatmışdı. Onu və arvadını xristianlığı Roma imperiyasının dövlət dini elan etmiş Konstantinə və arvadı Yelenaya bənzədirdilər.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net