Tanrı
Türkü qul yaratmır...
460-cı
ildə (miladi təqvimlə 1067-1068)
abxaz-gürcü
hakimi IV Baqratın Bərdəni qarət etməsi sultanın qərbə doğru yeni yürüşə
çıxmasına səbəb oldu.
Yürüşün önündəki qoşuna Savtəkin Alxas başçılıq edirdi. Rumluların ordusunun
içərisində ən döyüşkən dəstələr firəng süvarilərindən və Şəki piyadalarından
ibarət idi. Şəki vilayətində Axsartan hakimlik edirdi. Bu vilayətin sıx
meşələrində Rum və Abxazdan gələn quldurlar sığınacaq tapmışdılar.
Sultan bu meşələrin bir hissəsini məhv etdirdikdən sonra orada iki qala aşkar
olundu. Bu qalaların hakimlərilə Şəki hakimi arasında ədavət olduğundan onlar
sultanın hüzuruna gələrək,
islamı qəbul edib təslim oldular.
Sonra Şəki hakimi Axsartan sultanın yanına gəldi və doqqazda dayanaraq, onun
hüzuruna girməyə cəsarət etmədi. Sultan Alp Arslan qulluqçularına buyurdu: «Adlı-sanlı
nəsildən olan bu zatı içəri dəvət edin». Sultan çadırına buraxılan Axsartan
söylədi: «İnsana
xas olan yanlışlıqdan əl çəkərək sənin hüzuruna gəlməkdə mənim məqsədim
xristianlıqla tamamilə üzülüşmək
və
İslamı
qəbul
etməkdir». Taxtdan enən sultan onun alnından öpdü və ikisi
də
göz yaşlarını saxlaya bilməyərək ağladılar. Məlik Axsartan şəhadət gətirdikdən
sonra ona sünnət edildi və yanına göndərilən fakih Quran surələrini izah etdi.
1067-ci
ilin dekabrında sultan Alp Arslan Tiflis əmiri Əli ibn Cəfər və Gəncə hakimi
Fəzlun ibn Əbüləsvarın müşayiətilə
Tiflis şəhərinə gəldi. O, burada Süleyman peyğəmbərin tikdirdiyi hamamı gördü.
Bu hamamın suyu yerdən isti çıxırdı.
Sultan burada Cümə məscidi inşa etdirdi (Tiflisdə ilk məscid,
ərəb mənbələrinə görə, hələ
Həzrət Əli dövründə
(656 -661)
tikilmişdir).
Beş ay Borçalıda
qalan sultan Gəncəyə, oradan Bərdəyə
da
gəldi. Araz
çayını keçən sultan onun sahilindəki Larcan kəndində yaşı iki yüzə
çatan şeyxi ziyarət etdi və ona min dinar verdi.
Sultan
Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə
Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər,
gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə
xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. İbn əl Vərdinin verdiyi
məlumata görə,
Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah,
400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 10
kintar ( 1 kintar 97,5 kq -
müəllif
) daş atan taran var idi. Bizans ordusunun yerlə-yeksan
etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər.
Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və
arvadına belə bir məktub göndərdi: «Mən ordumla düşmən üzərinə gedirəm. Əgər sağ
qalsam,
bunu Allahın mərhəməti sayacağam, şəhid olsam,
bu, Allahın lütfüdür. Mənim
varisim oğlum Məlikşah olsun».
14 avqust 1071-ci
ildə sultan Əhlətlə Malazgird əz–Zöhrə adlanan yerə gəldi və Savtəkin
Alxası
Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator
elçiyə belə söylədi:
«Bizim atlar axşam Təbrizdə
su içəcək, səhər isə Reydə danışıqlar apararıq!».
Savtəkin
imperatora
belə cavab verdi: «Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların
süvariləri siz olmayacaqsınınız!».
Sultanın faqihi əbu Nəsr Məhəmməd ibn Əbdülməlik əl Buxari əl Hənifi
danışıqların alınmamasından narahat olan Alp Arslana dedi: «Sən
Allah dini uğrunda döyüşürsən! Mən inanıram ki, uca Allah bu qələbəyə sənin
adını yazacaq.
Hücuma xətiblərin minbərlərdən allahsızlara qarşı
döyüşənlərə qələbə duaları etdikləri müqəddəs cümə günündə başla.
Onda o dualar müstəcəb olacaq». İraq, Xorasan və Mazandaranda araqarışdıranların
baş qaldırmamaları üçün vəzir Nizamülmülk Həmədana gəldi. Döyüşə atılan sultan
öz döyüşçülərinə belə müraciət etdi: «Kim istəyirsə çıxıb gedə bilər,
çünki burada nəyəsə icazə və ya qadağa qoyan sultan
hakimiyyəti yox, Allahın hökmü keçir!» Ox-yayını
yerə atan sultan qılıncı əlinə aldı və atını dulladı (Qədim türk ənənəsinə görə,
döyüşdə öldürülmüş əsgərin atının quyruğu ya kəsilir, ya da
düyünlənirdi. Bu mərasim dullama adlanırdı -
müəllif).
Bizans imperatorunun ordusunun sağ və sol cinahlarında quzlar (xristian oğuzlar)
və peçeneqlər, aryeqardda (qoşunun arxasında) isə Andronik Dukanın başçılıq
etdiyi erməni-gürcü-yunan
və s. xalqlardan ibarət dəstələr yerləşdirilmişdi. Səlcuqlu ordusu döyüşə qədim
türk adəti üzrə «ura» və islam qaydası üzrə «Allah, Allah» nidaları ilə
başladılar. «Ura» sədalarını eşidən quz və peçeneqlər qarşılarında öz
soydaşlarının olduğunu bilərək, səlcuqlular tərəfinə keçdilər. Axşama yaxın
döyüş başa çatdı. Sultan ordusunda xidmət
edən məlüklərdən biri bizans imperatorunu əsir tutdu. Bu qulamı Nizamülmülkə
bağışlamış Sədəddövlə onu təriflədikdə, Nizamülmülk demişdi: «Əşi, sən də bu
qulamı elə tərifləyirsən ki, guya o bizə Rum hökmdarını tutub gətirəcək!».
Allahın hökmü ilə doğrudan da bu qulam Bizans imperatorunu
əsir tutdu. Gürcü mənbələrinə görə, əsir tutulan
Bizans imperatoru ilə sultan Alp Arslan arasında belə söhbət olmuşdu:
Alp Arslan:
-
Sən məni əsir
tutsaydın nə edərdin?
Roman IV
Diogen: -
Mən səni dəhşətli ölümə məhkum edərdim.
Alp Arslan:
-
Axı sizin
dininizə görə adam öldürmək günah sayılır.
Roman IV
Diogen: -
Bunun
müsəlmanlara aidiyyəti yoxdur.
Alp Arslan:
- Mən isə öz dinimə uyğun olaraq səni azadlığa buraxıram.
Gedə bilərsən.
Sultan Alp
Arslanın Roman IV Diogeni öldürməməsində hansısa bir siyasi məqsəd olduğundan
şübhələnən Bizans əyanları onun gözlərini çıxartdıraraq, monastra göndərdilər.
Sultan Alp Arslana əmirəlmömin əl Qaim Biəmrillahdan gələn təbrik məktunda
yazılmışdı: «Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların
sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən!».
1072-ci
ilin sentyabrında Tabğac hakimi Şəms əl–Mülkə qarşı hərbi əməliyyatlar zamanı
əsir tutulmuş Yusif əl Xarəzmi sultan Alp Arslanı ağır yaraladı. Onun bu
hərəkəti kimin tovlatması ilə etməsi hələ də məlum deyil. Çünki, sultanı ağır
yaralayan Yusif onun erməni fərraşı tərəfindən mızraqla öldürüldüyündən bu sui-qəsdi
tam araşdırmaq mümkün olmamışdır. Ağır yaralanmış sultan 465-ci
il rəbüiləvvəl ayının sonuncu şənbə günü ( miladi təqvimlə 8 dekabr
1072-ci
il) vəfat etdi və Mərvdə atası ilə əmisinin yanında dəfn olundu. Onun ölümündən
sonra 6 oğlu qaldı: Məlikşah, Təkiş, Ayaz, Tutuş, Börübars, Arslan Ərgün.
Müasirlərinin yazdığına görə,
ləyaqətlə həyat sürmüş böyük sultan ədalətli, mömin, din yolunda qalibiyyətli
ərən olmuş, hər gün kasıblar üçün 50 qoyun kəsdirmişdir.
Məlikşah
Böyük Səlcuq dövlətinin sultanı
elan olundu (1072-1092).
Onun hakimiyyətinin sonlarına yaxın
hakimiyyət uğrunda gedən didişmələr gücləndi.
Böyük Səlcuq
dövlətinin zəifləməsi nəticəsində Yaxın və Orta Şərqin siyasi xəritəsində
müəyyən dəyişikliklər baş verdi. Sır–
Dərya
çayından Aralıq dənizi sahillərinə qədər uzanan bir ərazidə yenə də türklərin
başçılığı altında bir çox dövlətlər–Xarəzmşahlar, Anadolu səlcuq sultanlığı və
s. meydana çıxdı. Bunlardan biri də tarixşünaslığımızda həm də Azərbaycan
Atabəyləri
adı ilə tanınan Eldənizlər dövləti idi. Bu dövlətin qurucusu Şəmsəddin Eldəniz
hesab edilir.
Orta
əsrlərdə qıpçaq ellərindəki qaydaya görə,
əgər bir nəfər tacir 40 qul alsaydı, onların 39-nun
pulunu verir, 40-cını
isə müftə alırdı. İraq səlcuq sultanı Mahmudun vəziri Əbu Həmid Əli bir
tacirdən 39 qul alır və 40-cı
qul olan Şəmsəddin Eldənizi müftə də olsa almaqdan imtina edir. Şəmsəddinin uzun
yalvarışlarından sonra vəzir onu da öz sarayına gətirməyə razı olur. 1122-ci
ilin mayında vəzir Əbu Həmid ismaillilər tərəfindən qətlə yetirildikdən sonra
onun varidatı, o cümlədən qulları da sultan Mahmudun ixtiyarına keçir. TANRI
TÜRKÜ QUL YARATMADIĞINDAN tezliklə Şəmsəddin Eldəniz at çapmaqda, ox atmaqda
bütün sarayda seçililir və sultanın diqqətini cəlb edir.
«Atabəy
Şəmsəddin Eldəniz III Georginin kiçik bir dəstə ilə Başkeçid dağlarında
gizləndiyini eşitdi. Dan yeri söküldükdə onun göndərdiyi azsaylı qoşun III
Georgini haqlasa da, çar birtəhər ata minib qaçmağa macal tapdı. Yaxın
adamlarının təkidilə yenidən geri qayıdaraq onu təqib edən Şəmsəddin Eldənizin
azsaylı dəstəsinə hücum etsə də, mənbələrin yazdığına görə,
«müsəlmanlar
elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi».
Sultan Mahmudun ölümündən sonra
hakimiyyətə gələn II Toğrul (1132-1135)
Şəmsəddin Eldənizi özünün şəxsi məmlükləri sırasına keçirir. Saray intriqalarına
qarışmayan, bir-birlərilə
ədavət aparan feodal qruplarına qoşulmayan Şəmsəddin Eldəniz vəzifə pillələrilə
sürətlə yüksələrək əmir rütbəsi alır.
Daha sonra II Toğrul Şəmsəddin
Eldənizi azyaşlı oğlu Arslanşaha atabəy təyin edir. II Toğruldan sonra
hakimiyyətə gələn sultan Məsud Şəmsəddin Eldənizi II Toğrulun dul qadını Mömünə
xatunla evləndirdi və 1136-cı
ildə Aranı ona iqta verdi. Şəmsəddin Eldənizin
Mömünə xatundan iki oğlu -
Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və bir qızı oldu. Arana gələn Şəmsəddin
Eldəniz buradakı çaxnaşmalara son qoydu və əhali arasında böyük hörmət qazandı.
1160-cı ildə 20
minlik ordunun başında Həmədana gələn Şəmsəddin Eldəniz oğulluğu Arslanşahı
sultan taxtına çıxartdı. Bundan sonra Şəmsəddin Eldəniz «böyük atabəy» titulunu
aldı, Məhəmməd Cahan Pəhləvan sultanın baş vəziri, Qızıl Arslan isə sultan
ordularının baş komandanı təyin edildi. Bağdada elçi göndərən Şəmsəddin Eldəniz
xəlifə Müstənciddən xütbəni yeni sultanın adına oxumasını tələb etdi. Xəlifənin
vəziri İbn Hübeyrə narazı hakimləri - Rey hakimi İnancı, Marağa hakimi Arslan - Abanı, Fars hakimi Sunquru, Qum hakimi Sökməni, Ərdəbil
hakimi Ağ Quşu, Qəzvin hakimi Alp Ərgünü Şəmsəddin Eldənizə və Arslanşaha qarşı
çıxmağa təhrik etdi. Onların birləşməsinə imkan verməyən Şəmsəddin Eldəniz bu
hakimləri ayrı-ayrılıqda
məğlub etdi. Şəmsəddin Eldəniz daha təhlükəli olan Rey hakimi İnancın qızını
oğlu Məhəmməd Cahan Pəhləvana aldı. Şərqdə və cənubda öz rəqiblərini tabe edən
Şəmsəddin Eldəniz 1161-ci
ildə Azərbaycanın qərb sərhədlərini tez-tez
pozan gürcülərə qarşı hərbi əməliyyata başladı. 1161-ci
ilin avqustunda gürcü çarı əvvəlcə Ani, sonra isə Dəbil şəhərini tutdu. Dəbilin
10 minə yaxın sakinini öldürtdürən III Georgi çoxlu qadın və uşağı çılpaq, ayaqyalın əsir apardı. Bu vəhşiliyə dözə bilməyən gürcü
qadınları dedilər: «Siz müsəlmanları məcbur edirsiniz ki, onlar da bizimlə belə
rəftar etsinlər». Yalnız bundan sonra qadınların paltarları özlərinə qaytarıldı.
Bir müddət sonra yenidən Azərbaycana soxulan gürcülər bu dəfə Gəncəni ələ
keçirərək, qarət etdilər. Quduzlaşmış gürcü çarı Şəmsəddin Eldənizə göndərdiyi
məktubda Beyləqanın
xəracını da ona göndərməyi tələb etdi. Atabəy Şəmsəddin Eldəniz gürcülərə cavab
məktubunda yazırdı: «Mən buraya ona görə gəldim ki, Tiflisi tutam (1121-ci
ildə Qərbi Avropa xaçlıları, qıpçaqlar, osetinlər, yezidi
kürdlər, ermənilər, gürcülər və Bizansın birləşmiş qüvvələri Didqori döyüşündə
səlcuq sultanını məğlub edərək, Tiflisi işğal etmişdilər - Müəllif).
Əgər sizdə qüvvə varsa meydana çıxın, onsuz da mən sizin ölkənizə hücum
edəcəyəm».
1163-cü
ilin iyulunda Azərbaycan ordusu Naxçıvandan hərəkətə başlayaraq,
Dəbili
azad etdi və Gəncə ətrafında düşərgə qurdu. Burada toplanan hərbi şurada
Borçalıya soxulmuş gürcülər üzərinə yürüş etmək qərara alındı. Yol boyu çoxlu tərəkəmə
birləşmələri də nizami orduya qoşuldular. Üçdişli nizələrlə silahlanmış, cins
atlar, yaxşı qatırlar və döyüş arabaları ilə təchiz olunmuş gürcülər Şəmsəddin
Eldənizin ordusuna hücum etdilər. ««Allahü-əkbər!» nidaları altında döyüşə girən mətanətli və cəsarətli
müsəlmanlar günortadan sonra kafirlərə qalib gələrək, onların on minini
qılıncdan keçirdilər». III Georgi qaçmaqla canını qurtardı.
Azərbaycan ordusu xeyli qənimət
ələ keçirdi. Şəmsəddin Eldəniz qızıl və gümüş su qablarını adamların su içməsi
üçün Həmədanın cümə məscidinə göndərdi. Belə ağır məğlubuiyyətə baxmayaraq,
gürcülər 1164-cü
ilin yazında yenidən Anini ələ keçirib onu taladılar. Özünü yetirən Şəmsəddin
Eldəniz onları qovdu və şəhərin bərpası haqqında göstəriş verdi.
1174-cü
ilin yanvarında Naxçıvandan Həmədana gələn Mömünə xatun gürcülərin Gəncəyə
basqın etmələri haqqında öz ərinə xəbər gətirdi. Öz oğulları ilə Naxçıvana gələn
Şəmsəddin Eldəniz 12 iyul 1174-cü
ildə qurban bayramı günü gürcüləri cəzalandırmaq üçün yürüşə başladı. Gürcülər
əlçatmaz dağlarda və meşələrdə gizlənməklə canlarını qurtara bildilər.
Ağcaqalanı (indiki Bolnisi rayonu ərazisindəki Ağ Qala -
müəllif)
düşməndən azad edən Şəmsəddin Eldəniz Naxçıvana qayıtdı.
1175-ci
ilin payızında gürcülərin yenidən Anini ələ keçirərək dağıtmaları Şəmsəddin
Eldənizin III Georgiyə qarşı hərbi əməliyyata başlamasına səbəb oldu. Loru
- Başkeçid (indiki
Dmanisi) düzənliyinə çatan Azərbaycan ordusu gürcüləri keçilməz sıx meşələrə
sıxışdırdı. Atabəy Şəmsəddin Eldəniz III Georginin kiçik bir dəstə ilə Başkeçid
dağlarında gizləndiyini eşitdi. Dan yeri söküldükdə onun göndərdiyi azsaylı
qoşun III Georgini haqlasa da, çar birtəhər ata minib qaçmağa macal tapdı. Yaxın
adamlarının təkidilə yenidən geri qayıdaraq onu təqib edən Şəmsəddin Eldənizin
azsaylı dəstəsinə hücum etsə də, mənbələrin yazdığına görə «müsəlmanlar
elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi».
Bu məğlubiyyətdən sonra III Georgi
Anini onun keçmiş hakimlərinin qohumlarına (Azərbaycan Şəddadilər dövlətini
idarə etmiş sülaləyə - müəllif)
qaytardı və ona «bir daha Anini görmək nəsib olmadı».
O dövrün hətta erməni və gürcü
mənbələrinə görə,
Atabəy Şəmsəddin Eldəniz Gürcüstan və onun xristian dinli havadarları ilə
arasıkəsilməz mübarizə aparmasına baxmayaraq, o «xristianları sevir, ölkəsinin
abadlığına qayğı göstərir, xeyirxah xasiyyəti və sülhsevərliyi ilə fərqlənirdi.
Onun hakimiyyəti illərində ... əmin – amanlıq hökm sürürdü».
Bu əmin-amanlığın hökm sürməsində Şəmsəddin Eldənizin həyat yoldaşı Mömünə
xatunun da böyük xidmətləri var idi. «Səlcuqlular tarixi» əsərinin müəllifi
Sədrəddin əl-Hüseyninin yazdığına görə, «sultan Alp Arslan öz atabəyi və atalığı
Şəmsəddin Eldənizdən şikayətləndikdə anası Mömünə xatun belə cavab verdi: Fikir
vermə! Bu adam öz həyatını təhlükə altına qoyaraq çoxlu amansız döyüşlərə
atılmışdır. Bundan başqa, o, səni sultan taxtına oturdana qədər öz var-yoxunu
xərcləmiş, öz qulamlarını və tərəfdarlarını ölümə göndərmişdir.Yaşda səndən
böyük olan neçə səlcuqlu şahzadəsi sıxışdıralaraq, həbsxanalara atılmışlar... O
isə iki oğlu ilə (Şəmsəddin Eldənizin Mömünə xatundan olan oğulları –
Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan nəzərdə tutulur – müəllif )» sənin
qulluğunda duraraq düşmənlərini xar edirlər. Sən isə sultan taxtındasan və bütün
bu işlərdən azadsan! Atabəyinin bütün etdikləri – aldıqları və verdikləri sənin
hakimiyyətini sənin qüdrətli dövlətini möhkəmlətmək xatirinə edilir. Qoy onun
hərəkətləri və cəhdləri sənə kədər və qayğı gətirməsin...!».
Bu uzaqgörən və tədbirli xatun 1175-ci ilin oktyabrında vəfat etdi. Onun qəbri
üzərində məqbərə tikdirən,
Azərbaycan və eləcə də Türk-İslam
tarixinin görkəmli şəxsiyyətlərindən olan Şəmsəddin Eldəniz həyat yoldaşı Mömünə
xatundan bir ay sonra, bu
məqbərəni tamamlatmadan, 571-ci
il rəbiülsani ayında (miladi təqvimlə1175-cü
ilin noyabrında)
vəfat etdi. Azərbaycan
memarlığının şah əsərlərindən olan bu məqbərənin tikintisini onların övladı
Məhəmməd Cahan Pəhləvan 1186-cı
ildə başa çatdırdı.
Mənbələrin yazdığına görə,
Başkeçiddən (Borçalıdan)
Xorasana qədər, Dağıstandan Gəngər (indiki İran körfəzi –
müəllif)
körfəzinə qədərki ərazilər Şəmsəddin Eldənizin hakimiyyəti altında idi. O
dövrün tarixçiləri Azərbaycan atabəyinin «Cibəl (Dağıstan), İraq, Gilan,
Mazandaran, İsfahan, Reyə yiyələndiyini, Xilat, Fars, Xuzistan, Mosul və
Kirmanın hakimlərini özünə tabe etdiyini» xüsusi qeyd edirlər.
Şəmsəddin Eldəniz hələ
öz sağlığında böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sultanın hacibi,
yəni baş vəziri, kiçik oğlu Qızıl Arslanı isə
sultan qoşunlarının ali baş komandanı təyin etdirmişdi.
Şəmsəddin Eldənizin vəfatından sonra Eldənizlər Azərbaycanın qərb sərhədlərindən
çox ölkənin cənub torpaqlarının qorunmasına diqqəti artırmışdılar. Böyük Səlcuq
imperatorluğunun zəifləməsindən istifadə edən Şirvanşahlar dövləti
ümumazərbaycan maraqlarına xəyanət edərək, gürcülərlə yaxınlaşmış, hətta onlarla
qohumluq əlaqələrinə girmişdilər.
Səlcuqlara qarşı mübarizədə
Şirvan dövlətilə yaxınlaşmağa çalışan gürcü çarı IV David (1089-1125) bu
məqsədlə qızı Tamarı (1111) I Afridunun oğlu III Mənuçöhrə ərə vermişdi. Bununla
gürcü çarı həm də Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyirdi. IV
David səlcuqlara qarşı müttəfiq qazanmaq üçün Qipçaq hökmdarı Atrakın qızı ilə
evlənmiş və Səlcuqlulara qarşı vuruşmaq üçün Qafqazın şimalından 45 min Qıpçaq
türkünü Gürcustana köçürmüşdü. IV Davidin məkrli siyasətində əsas məqsəd erməni
feodalları ilə birlikdə Bizansa və Qərbi Avropa xaçlılarına arxalanaraq
türk-müsəlman amilini Qafqazdan çıxartmaq və Azərbaycan torpaqlarını bölüşdürmək
idi.
Şirvanşah I Afridunun
Səlcuqlar əleyhinə onunla ittifaqa girməməsini bəhanə edən IV David 1117 və
1120-ci illərdə Şirvana qarətçi yürüşlər etdi. 1121-ci ildə IV Davidin
rəhbərliyi ilə gürcülər, qıpçaqlar, osetinlər və Avropa xaçlılarının birləşmiş
qüvvələri Tiflis yaxınlığındakı Didqori (Didi Qori – böyük donuz deməkdir)
vuruşmasında səlcuqları məğlubiyyətə uğratdı. 1122-ci ildə IV David Tiflis
müsəlman əmirliyini Cəfərilər sülaləsinin əlindən aldı və əmirlik ləğv edildi.
Bir il sonra isə Dmanisi müsəlman əmirliyi IV David tərəfindən işğal olundu. İki
qardaş Türk etnosunun – Səlcuqların və Qıpçaqların qarşı-qarşıya qoyulmasından
«qara donlu kafirlər» qazandı. Borçalı, o cümlədən ərəb müəlliflərinin «Arranın
böyük şəhəri» hesab etdikləri Tiflis IV Davidin əlinə keçdi.
Şirvanşah III Mənuçöhr
(1120-1160) Səlcuq türkləri ilə ənənəvi əlaqəni pozub, onlardan üz döndərdi və
gürcülərlə yaxınlaşdı. Buna cavab olaraq Səlcuq hökmdarı Sultan Mahmud 1123-cü
ildə Şirvana hücum etsə də, Şirvanşahların, gürcü ordusunun özəyini təşkil edən
qıpçaqların birləşmiş qüvvələri tərəfindən məğlub edildi. IV David fürsətdən
istifadə edib, 1123-1124-cü illərdəki yürüşləri zamanı Şirvanda Gülüstan, Buğurd
qalalarını və Şamaxını ələ keçirdi. 1125-ci ildə IV Davidin ölümündən sonra
gürcülər Şirvanı tərk etdilər. III Mənuçöhr və yeni gürcü çarı I Demetrenin
(1125-1155) arasında münaqişə olmadı.
1160-cı ildə III Mənuçöhrün
ölümündan sonra Tamar Şirvanı Gürcüstana birləşdirməyə cəhd etdi. Lakin Atabəy
Şəmsəddin Eldənizin köməyilə III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196)
hakimiyyəti ələ keçirdi və Tamar Gürcüstana qaçdı. I Axsitan Atabəylərlə və
gürcülərlə dostluq əlaqəsini bərpa etdi. O, hətta 1173-cü ildə Gürcüstanda III
Georgiyə qarşı baş vermiş qiyamı yatırmaqda ona kömək etdi.
Azərbaycanın Kürdən cənubdakı
torpaqlarını əhatə edən Eldənizlər dövləti Məhəmməd Cahan Pəhləvanın
hakimiyyəti dövründə (1175-1186) daha da qüvvətləndi. O, eyni zamanda anabir
qardaşı Arslanşahın oğlu, Səlcuq sultanı III Toğrulun atabəyi idi. Təbrizi
Ağsunqurilərin əlindən alan Məhəmməd Cahan Pəhləvan, Azərbaycanın idarəsini
kiçik qardaşı Qızıl Arslana tapşırdı. Qızıl Arslan həm də Məhəmməd Cahan
Pəhləvanın oğullarının - Əbu Bəkrin və Özbəyin atabəyi elan olundu. Qızıl Arslan
Təbrizdə, Məhəmməd Cahan Pəhləvan isə Həmədanda otururdu. O, mərkəzi hakimiyyəti
möhkəmləndirdi, müstəqilliyə can atan iri səlcuq əmirlərinin müqavimətini qırdı.
Məhəmməd Cahan Pəhləvan Abbasi xəlifələrinin dövlət işinə qarışmasının qarşısını
aldı. O, deyirdi: «Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaq
olmalıdır, çünki namaz dinin əsası və işlərin ən gözəlidir. Bu sahədə üstünlüyü
və xalq üçün nümunə olması ona kifayətdir. Bu həqiqi padşahlıqdır...».
Orta əsr tarixçisi İbn əl-Əsir
Məhəmməd Cahan Pəhləvan haqqında yazırdı: «O İraqın, Azərbaycanın, Arranın,
Dağıstanın (Əl-Cibəlin), Kunşt, Şafhunın, Həmədanın və başqa vilayətlərin hakimi
idi. O, xoş xasiyyətli insan, ədalətli, müdrik və səbrli hakim idi. Onun
hakimiyyəti günlərində təbəələri əmin-amanlıq və dinclik şəraitndə yaşayırdılar».
Məhəmməd Cahan Pəhləvanın üç arvadından dörd oğlu və bir qızı oldu. Rey
hakiminin qızı İnanc xatundan Qutluğ İnanc və Əmir Əmiran Ömər adlı iki oğlu,
Küteybə xatundan Əbubəkr adlı oğlu, Zahidə xatundan isə Özbək adlı oğlu və
Cəlaliyyə adlı qızı olmuşdu. Orta əsr tarixçisi Sədrəddin əl-Hüseyninin
yazdığına görə, hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan «Azərbaycan və
Arranın idarə olunmasını Əbubəkrə tapşırır. Əbubəkrin tərbiyəsini isə əmisi (Məhəmməd
Cahan Pəhləvanın qardaşı – müəllif ) Qızıl Arslana həvalə edir». O,
uşaqlarına «Qızıl Arslana tabe olmağı, Sultan Toğrulun qulluğunda durmağı,
xəlifənin nəcib peyğəmbərlik əmrlərini həyata keçirməkdən boyun qaçırmamağı»
vəsiyyət edir.
Məhəmməd Cahan Pəhləvandan
sonra hakimiyyətə gələn Qızıl Arslan (1186-1191) Sultan III Toğrulun Səlcuq
əmirlərindən ibarət olan qüvvələrini və Məhəmməd Cahanın İnanc Xatundan olan
oğulları Qutluq İnanc və Əmir Əmiran Ömərdən ibarət olan müxalifəti
zərərsizləşdirdi. O, İnanc Xatınla evləndi, qardaşı oğulları Qutluq İnanc və
Əmir Əmiran Ömərlə barışdı. Qızıl Arslan 1190-cı il Həmədan vuruşmasında sultan
III Toğrulu və onun oğlu Məlikşahı əsir aldı. 1191-ci ildə Qızıl Arslan Xəlifə
Ən-Nasirin razılığı ilə sultan elan edildi.
Mərkəzi hakimiyyətin
qüvvətlənməsindən narazı qalan iri feodallar İnanc Xatunun başçılığı ilə 1191-ci
ildə sui-qəsd təşkil edib Qızıl Arslanı öldürdülər. Hakimiyyətə Əbu Bəkr gəlsə
də, onun ögey qardaşları Qutluq İnanc və Əmir Əmiran Ömər İsfahan, Rey və İraqı
Atabəylər dövlətindən ayırdılar. Eldənizlər dövlətində meydana gələn daxili
çəkişmələrdən Şirvanşah I Axsitan və gürcülər məharətlə istifadə etdilər. I
Axsitan öz qızını Əmir Əmiran Ömərə verib, onu qardaşı Əbu Bəkrə qarşı qaldırdı.
Şirvanşahın, gürcülərin və Əmir Əmiran Ömərin birləşmiş qüvvələri 1194-cü ildə
Şəmkir, sonra isə Beyləqan vuruşmalarında Əbu Bəkri məğlub etdilər.
Gəncə əhalisi gürcülərlə
birləşdiyinə görə Əmir Əmiran Öməri şəhərə buraxmasa da, o, hiylə ilə şəhəri
aldı. Lakin gürcülər çıxıb getdikdən sonra Əmir Əmiran Ömər əhali tərəfindən
öldürüldü. Bunu eşidən gürcü çariçası Tamar və I Axsitan Gəncəyə hücum etsələr
də, onu ala bilmədilər. Yezidi kürdlərin bəbirli qəbiləsindən olan Zakare və
İvane qardaşlarının başçılıq etdikləri gürcü-erməni hərbi dəstələri qədim Türk
yurdlarında – Göyçə və Borçalıda azğınlıq edir, görünməmiş vəhşiliklər
törədirdilər. Əhlət şəhərinin mühasirəsi zamanı İvane müsəlmanlar tərəfindən
əsir tutuldu. «Müsəlmanların pənahı» olan Misir məmlük sultanı Quduz İvaneni bu
şərtlə azadlığa buraxdı ki, o qızını sultana ərə versin. Bundan sonra gürcülər
Dəbil, Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər və Ərdəbili talan etdilər.Məhəmməd
Cahan Pəhləvanın arvadı, Təbrizin şəhər hakimi Zahidə Xatun xərac verərək
şəhəri xilas etdi. Düşmən Naxçıvanı tuta bilmədi. Ondan sonra hakimiyyətə gələn
Özbəyin dövründə (1210-1225) Atabəylər dövləti daha da zəiflədi.
Bu zaman Azərbaycan
sərhədlərində daha qorxunc bir qüvvə – monqollar görünməyə başladılar. Monqol
dövləti XIII əsrin əvvəllərində Mərkəzi Asiyada yaranmışdı. 1206-cı ildə monqol
noyonlarının və bahadurlarının qurultayında Timuçin Çingiz xan (1206-1227) adı
alaraq xaqan elan edildi. Çingiz xanın qoşunları 1211-ci ildə Şimali Çini,
1215-ci ildə Pekin və Şərqi Türküstanı, 1219-cu ildə Xarəzmi tutdu. Xarəzmşah
Məhəmməd və Cəlaləddin İrana qaçdı. Xorasan və İraqi-Əcəmi qarət edən monqol
qoşunu Cəbə və Subutayın başçılığı ilə 1220-ci ildə Azərbaycana ilk yürüş
etdilər.
|