Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 13

İlk müsəlman–türk dövləti Qaraxanlılar yox, Azərbaycan Sacilər dövləti olub. Bu dövlət erməni-gürcü feodallarının Borçalıya  hücumlarının qarşısını alıb

Azərbaycan hökmdarının tələbini yerinə yetirən erməni hakimi öz canını qurtara bildi. Qızının toyunda iştirak edən Şapur öz kürəkənindən xeyli hədiyyələr alaraq I Smbatın yanına qayıtsa da, erməni hakiminin arvadı və gəlini geri dönməkdən imtina etdilər. Məkrli I Smbat bu dəfə Azərbaycan hökmdarına qarşı İber knyazı Atrnersexlə ittifaq qurdu.

I Smbat Dəbil və digər müsəlman şəhərlərini, Atrnersex isə Tiflis müsəlman əmirliyini ələ keçirmək istəyirdi. Bu xəbəri eşidən Sacoğlu Məhəmməd 895–ci ildə Tiflisi, Dəbili və müsəlmanlara məxsus digər şəhərləri erməni–gürcü hərbi birləşmələrinin hücumlarından qorudu. Oğlu Divdadı Dəbilə hakim təyin edən, Atrnersexlə I Smbatı özündən asılı vəziyyətə salan Azərbaycan hökmdarı Marağaya döndü. Sacoğlu Məhəmmədin xacəbaşısını ələ alan I Smbat onun vasitəsilə oğlu Aşotu və Qars qalasında əsir tutulmuş gəlinini qaytara bildi. Xəyanətkar xacəbaşı bu hadisədən sonra Misirə qaçsa da, ələ keçirələrək edam olundu. I Smbatın məkrli siyasətindən bezmiş Sacoğlu Məhəmməd 901-ci ildə ermənilər üzərinə yeni yürüşə hazırlaşmağa başladı. Lakin həmin il Azərbaycanda geniş  yayılmış taun xəstəliyindən vəfat etdi.

Sacoğlu Məhəmməd Azərbaycan tarixində təkcə uğurlu qələbələri, böyük Azərbaycan dövləti qurması ilə yanaşı, həm də müstəqilliyin atributu kimi pul kəsdirməsi ilə də yadda qalmışdır. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan respublikası (əslində Qərbi Azərbaycanmüəllif ) ərazisindən 898-ci ilə aid edilən (hicri tarixlə 287-ci il), Bərdədə kəsilmiş və üzərində «Allah, Məhəmməd rəsulallah, əmirəlmöminin Mötəzid Billah, Afşin (Sacoğlu Məhəmmədin ləqəbi - müəllif)» yazılmış sikkə tapılmışdır. 

Beləliklə, dünya, xüsusilə də Türkiyə tarixşünaslığında qəbul olunduğu kimi, ilk müsəlman–türk dövləti Qaraxanlılar deyil,  ondan yarım əsr əvvəl  Sacoğlu Məhəmmədin başçılığı altında qurulmuş Azərbaycan Sacilər dövlətidir. Bu dövlət Bizansın və eləcə də onun havadarlıq etdiyi erməni-gürcü feodallarının qədim TÜRK YURDU olan BORÇALIYA, o cümlədən Tiflisə yiyələnmələrinin qarşısını aldı. Azərbaycan Sacilər dövləti ondan 200 il sonra qurulacaq Böyük Səlcuq dövlətinin Anadolunun içərilərinə doğru irəliləməsinə şərait yaratdı. Sacoğlu Məhəmməd Azərbaycanın sərhədlərinin qərbdə Malatyaya, Ərzuruma, Qarsa, şərqdə Xəzər dənizinə, cənubda  Həmədana, şimalda Dərbəndə qədər uzanmasına nail oldu. Onun ölümündən sonra Azərbaycanda hakimiyyətə qardaşı  Yusif Sacoğlu gəldi.

Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Sacoğlu Yusif 884-cü ildə bütün İslam dünyasının müqəddəs şəhəri olan Məkkənin valisi vəzifəsində çalışırdı. Qardaşı Sacoğlu Məhəmmədin hakimiyyəti dövründə Azərbaycana gələn Sacoğlu Yusif onun varisi elan olundu. 896-cı ildə qardaşların güclənməsindən istifadə edən xəlifə Sacoğlu Yusifi Samirə şəhərindəki türk qvardiyasının üsyanını yatırtmaq üçün Bağdada dəvət etdi. Öz soydaşlarına qarşı vuruşmaqdan imtina edən Sacoğlu Yusif Azərbaycandan Bağdada xəlifə Mötəzid üçün xərac aparan karvanın qarşısını kəsmiş, «Azərbaycanın varidatı Azərbaycanda qalmalıdır» prinsipi ilə davranaraq, bütün var-dövləti Marağadakı xəzinəyə təhvil vermişdi. Qardaşının ölümündən sonra 901-ci ildə Sacoğlu Yusif Azərbaycan hökmdarı oldu. 

Azərbaycanda hakimiyyət dəyişikliyini eşidən erməni hakimi Smbat yenidən öz məkrli siyasətinə başladı. «Qorxusuna dov  gələn Smbat, Azərbaycan taxtında Afşini (Sacoğlu Məhəmməd nəzərdə tutulur - müəllif) Yusifin əvəz etdiyini bilən kimi, müsəlmanların əmirəlmöminə (902-908-ci illərdə xəlifəlik etmiş əl-Müqtəfi nəzərdə tutulur - müəllif) elçilər və Azərbaycan hökmdarına verilməli olan xəracı göndərərək, onu Sacilərin «zülmündən» qurtarmağı xahiş etdi». Smbatın göndərdiyi xəracı məmnuniyyətlə qəbul edən xəlifə əl-Müqtədi onu özünün təəbəsi elan etdi, vergilərini azaltdı və hətta yanına dəvət etdi. Xəlifə Smbata hökmdara layiq libaslar, tac, daş-qaşla bəzədilmiş qızıl kəmər və iti qaçan atlar göndərdi. Bu hədiyyələri alan Smbat çox sevindi və ürəkləndi. Erməni mənbəyinin verdiyi bu bilgidən məlum olur ki, bununla da faktiki olaraq ərəblərlə ermənilər arasında  Azərbaycana qarşı ittifaq  yarandı.

Tədbirli hökmdar olan Sacoğlu Yusif «Smbatın onun itaətindən çıxmasını böyük bir bəla hesab edərək, dərin təfəkkürü ilə bu məsələni xeyli ölçüb-biçdi və xəlifədən ermənilərin  Azərbaycan hökmdarının ixtiyarına verilməsini tələb etdi». Xəlifədən cavab almayan Sacoğlu Yusif erməniləri yenidən Azərbaycana tabe etmək üçün Beyləqana, oradan isə Qarabağı sürətlə keçərək erməni quldur dəstələrinin toplaşdığı Dağ Borçalısında yerləşən Təşrətəpəyə gəldi. Bunu eşidən erməni hakimi Smbat Taşır istiqamətindəki dar dağ keçidlərinə pusqular qurdurdu. Smbatın hiyləsini başa düşən Sacoğlu Yusif dağ keçidlərinin qərbindəki düzənlikdən keçib Şiraka, oradan isə Dəbilə getdi.  Bununla da ordusunun sayı bir neçə dəfə çox olsa da, Azərbaycan türklərilə açıq savaşa girməkdən qorxan Smbat mühasirəyə alındı. Nahaq qan tökülməsini istəməyən  Azərbaycan hökmdarı Sacoğlu Yusif özünün suriyalı xristian katibilə Smbata «onu daha ittiham etməyəcəyini və qorxmamağı» tövsiyə edən məktub göndərdi. Smbatdan Azərbaycana qarşı daha xəyanət etməyəcəyi haqqında yazılı zəmanət alan Sacoğlu Yusif qışlamaq üçün Azərbaycanın qərb paytaxtı olan Dəbil şəhərinə getdi. Yazda öz təbəəsi Smbata tac, ermənilərin katolikosu İovannesə qızılı yüyənli qatır, Smbatın oğlu Aşota bər-bəzəkli paltar və bəylik titulu verən Sacoğlu Yusif yeni paytaxtı olan Ərdəbilə döndü.

907-ci ildə Sacoğlu Yusif Xilafətə vergi verməkdən imtina edərək, onun fərmanını camaatın ayaqları altına atdı. Bu hadisə  Azərbaycanın cənub sərhədlərində müharibə təhlükəsini artırdı. Sacoğlu Yusifin başının xilafətlə mübarizəyə qarışmasından istifadə edən Smbat Bizans imperatoru ilə ittifaq bağlayaraq Borçalı üzərinə (Tiflis və Dmanis əmirlikləri üzərinə) hücuma başladı. Eyni zamanda xəlifə Azərbaycana qonşu ölkələrin hakimlərinə məktublar göndərərək, onları Sacoğlu Yusifə qarşı müharibəyə başlamağı əmr etdi. Belə bir fərman Sacoğlu Yusiflə yenicə barışıq imzalamış erməni hakimi Smbata da göndərildi. Xəlifə elçisinin gözü qabağında Sacoğlu Yusifə qarşı göndəriləcək orduya baxış keçirən Sumbat eyni zamanda Sacoğlu Yusifə gizli məktub göndərərək, guya bu ordunun ona kömək üçün göndərildiyini bildirdi. Xilafətlə münaqişəni dinç yolla nizamlayan Sacoğlu Yusif xəyanətkar Smbatı cəzalandırmaq üçün qərbə doğru yürüşə çıxdı. Smbat Abxaziyaya qaçdı. Zəngəzur və Dəbildən keçən Sacoğlu Yusif Borçalıda dincəldikdən sonra Smbatı təqib etməyə başladı. 908-ci ilin əvvəllərində, Niğ döyüşündə Sacoğlu Yusif Smbatın və ermənilərə köməyə gəlmiş Bizans imperatorunun birləşmiş qüvvələrini darmadağın etdi. Əsir tutulan Smbat edam olundu. Sacoğlu Yusif Arsruni nəslindən olan Qaqiqi ermənilərə hakim təyin edərək, Xəzər sahillərindən Ərdəbilə doğru irəliləməyə çalışan rus dəstələrini darmadağın etdi. Sacoğlu Yusifin başının ruslarla müharibəyə qarışmasından istifadə edən Smbatın oğlu Aşot Borçalının bir hissəsini, o cümlədən Tiflisi, habelə Ağstafanı tutaraq buranın müsəlman əhalisinə divan tutdu. Bu işdə ona öz erməni xislətinə sadiq qalan, Sacoğlu Yusif tərəfindən ermənilərə hakim təyin edilmiş Qaqiq və Bizans imperatoru da yaxından kömək edirdilər.

917-ci ildə Sacoğlu Yusif yeddi minlik ordu ilə xəlifənin Azərbaycanı işğal etməyə göndərdiyi 20 minlik ordusunu darmadağın etdi. Bu orduya başçılıq edən Xaqan əl-Müflihi Bağdada qaçdı. Sacoğlu Yusif xilafət ordusunun əsir tutulan hərbi rəislərini Rey şəhərinə apararaq onları xalq içərisində rüsvay etdi. Xaqan el-Müflihinin dağılan qoşun hissələrini yenidən toplayan Munis, Sacoğlu Yusifə qarşı döyüşə girdi. Bu döyüş də Sacoğlu Yusifin qələbəsi ilə başa çatdı. Xilafət ordusuna iki dəfə qalib gəlməsinə baxmayaraq Azərbaycan hökmdarı Sacoğlu Yusif xəlifə Müktədirə məktub yazaraq, sülh bağlamağı təklif etdi. Xəlifəyə yazdığı məktubda Sacoğlu Yusif Rey vilayətinin Azərbaycana verilməsini tələb edir, bu vilayətdən toplanacaq vergilər hesabına Həzrət Əli nəslindən olanları saxlamağı öz boynuna götürəcəyini bildirirdi. Buna nail ola bilməyən Sacoğlu Yusif, erməni mənbəyinin verdiyi məlumata görə, «şir kimi nərildəyərək Azərbaycanın şimal və qərb sərhədlərinə yeridi». Bakıya, oradan da Dərbəndə gedən Sacoğlu Yusif ölkəmizin şimal qapısını möhkəmləndirdi. O, Dərbənd hasarının dəniz suları içərisindəki hissəsini təmir etdirdi. Sacoğlu Yusifin qorxusundan ermənilər öz başçıları Aşot və Qaqiqlə birlikdə Bizans sərhədlərindəki dağlarda gizləndilər.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net