Bir
tərəfdən Bizans-gürcü-erməni feodallarının hücum obyektinə, digər tərəfdən
ərəb-xəzər qarşıdurmasından əzab çəkən əhali evlərinə yerləşdirəcəkləri
müsəlman əsgərini yedirtmək gücündə deyildi. Əksinə, «Allah» kəlamı ilə yerli
əhalinin evinə gələn həmin əsgər özünün azuqəsini həmin ev sahibi ilə bölüşürdü.
Məhz bununla bağlı Borçalı türklərinin dilində «Qonaq Allah qonağıdır», «Gec
gələn qonaq öz kisəsindən yeyər» kimi atalar sözləri yarandı.
R.A.Açaryanın fikrincə,
hazırda erməni dili 3 qola və 36 dialektə, A.S.Qəribyanın
fikrincə,
7 qola və 51 dialektə, Q.B.Caukyanın fikrincə
isə
11 qrup və 44 dialektə ayrılır. Dialektlər arasındakı fərq həddindən artıq
çoxdur. Andranik Malxasyan isə erməni dilində 62 dialekt olduğu qənaətinə
gəlmişdir. Onun fikrincə "əgər bu erməniləri bir yerə yığmaq mümkün olardısa,
onlardan heç kəs bir-birlərinin dilini başa düşməzdilər".
Bəs necə olmuşdur ki, qədim ənənlərə və tarixi keçmişə sahib olan türklər öz
yazılarında erməni əlifbasından istifadə etmişlər?
Problemə aydınlıq gətirmək üçün 2 məsələyə diqqət yetirmək lazımdır:
-
İndiki
erməni etnosunun formalaşması.
-
Türk xalqları və xristianlıq.
Özlərini «hay» adlandıran ermənilər Yer kürəsinə yayılma baxımından qaraçıları
da geridə qoyurlar. Həm antropoloji (balkan-qafqaz, ponto-zaqros, assiroid,
armenoid, Ön Asiya və s.), həm də dini baxımdan (müsəlman hamşin, qriqoryan,
katolik, protestant və s.) müxtəlif qollara bölünürlər.
Ermənilərin iddia etdikləri ərazilərdə yaşayan xalqların heç birinin nə
linqvistik, nə də antropoloji baxımdan indiki ermənilərlə heç bir bağlılığı
yoxdur.
Tarix boyu ermənilər bəzi tayfalardan öz adlarını (semit mənşəli haylardan və
türk mənşəli ərmənlərdən), bəzilərindən fiziki quruluşlarını (Qara dəniz
sahillərində yaşamış Qafqazdilli etnoslar), bəzilərindən öz dillərini (İrandilli
Əhəmənilər, parfiyalılar, türklər və s. ), habelə mədəniyyətlərini (türklər,
yunanlar, gürcülər və s.) əxz etmişlər.
Ermənilər özlərinin ilk dövlətləri hesab etdikləri Hayas, sonra Əhəməni
nəslindən olan Yervand, daha sonra isə Selevkilər nəslindən olan Zariadr
tərəfindən idarə olunmuşlar. Selevkilərin zəifləməsindən istifadə edən Zariadr
öz əmoğlusu III Antioxa dönük çıxaraq romalıların tərəfinə keçdi. Miladdan əvvəl
II əsrdə Parfiya bölgənin ən nüfuzlu dövlətinə çevrildi. Miladdan əvvəl 53-cü
ildə müttəfiqi Romanın parfiyalılar tərərfindən Karra döyüşündə ağır
məğlubiyyətə uğradılmasından dərhal sonra Arminiya hakimi öz qızını Parfiya
şahzadəsi Pakora ərə verir. Romada vətəndaş müharibəsinin bitməsi və onun Orta
Şərqdə güclənməsiylə Arminiya hakimi romapərəst mövqeyə keçir. Miladdan əvvəl
36-cı ildə Fraaspa yaxınlığında Roma ordusu və onlara qoşulmuş Arminiya
dəstələri darmadağın edildikdən sonra Roma sərkərdəsi Antoni bu məğlubiyyətin
səbəbkarı hesab etdiyi Arminiya hakimi Artavazdı da özü ilə Misirə apardı. 3 il
sonra onun kəsilmiş başı Arminiyanı idarə edən Atropatena hökmdarına göndərildi.
34-60-cı illərdə Arminiyanı İberiya hökmdarı Farsmanın qardaşı və onun oğlu
Radamist idarə etmişdir. 63-cü ildən başlayaraq Arminiyada hakimiyyət Parfiya
Arşakilərinin əlində olmuşdur.
226-cı ildə Sasanoğulları parfiyalıların İrandakı hakimiyyətinə son qoydular. Bu
hadisə Arminiyada hakimiyyətdə olan Parfiya Arşakilərinin yan budağı ilə Roma
arasında ümumi düşmənə - Sasanoğullarına qarşı ittifaqın yaranmasına səbəb oldu.
IV əsrdə Arminiyada xristian dininin yayılması parfiyalıların mənşə cəhətdən
qohum olduqları digər iranlı toplumdan - Sasanoğullarından ayrılmasına səbəb
oldu.
İrandilli xalqlar arasında xristianlığın möhkəmlənməsi onların zərdüştçü
iranlılardan ayrılmasına və indiki erməni etnosunun nüvəsinin yaranmasına
gətirib çıxardı. 451-ci ildə Xalkedon kilsə məclisində monofizit təriqətli
İrandilli xristian ünsürlərin bidətçilikdə ittiham olunaraq kilsədən qovulmaları
onların müstəqil etnos kimi formalaşmasına şərait yaratdı.
Xristianlığın monofozit təriqətini qəbul etmiş bu tayfalar içərisində türklər də
var idi. Erkən orta əsr mənbələri xristianlığı qəbul etmiş türk tayfalarından
sabirlərin (sevordikləri - qara sabirlərin), hunların bir qisminin adlarını
çəkir.
***
Qədim türklərin İslamı qəbul etmiş hissəsi nəinki öz türklüklərini qoruyub
saxlamış, eyni zamanda bu din uğrunda ən fədakar mübarizə aparmışlar. Belə ki,
indi İslamın rəmzi sayılan hilal (aypara) əslində qədim türk simvolu olmuşdur.
Müsəlmanların
ilk hərbi hissələri Borçalıda Həbib ibn Məsləmin başçılığı altında 642-643-cü
illərdə olmuşlar. 654-cü ildə yerli əhali ilə ərəblər arasında bağlanmış
«Əhdnamə»yə əsasən «cizyə ödəyən yerli əhali müsəlmanlara cihad zamanı hərbi
dəstək verməli, ehtiyac olarsa, mücahidləri yemək və mənzillə təmin etməli
idilər». Əlbəttə, bir tərəfdən Bizans-gürcü-erməni feodallarının hücum
obyektinə, digər tərəfdən ərəb-xəzər qarşıdurmasından əzab çəkən əhali evlərinə
yerləşdirəcəkləri müsəlman əsgərini yedirtmək gücündə deyildi. Əksinə, «Allah»
kəlamı ilə yerli əhalinin evinə gələn həmin əsgər özünün azuqəsini həmin ev
sahibi ilə bölüşürdü. Məhz bununla bağlı Borçalı türklərinin dilində «Qonaq
Allah (Tanrı deyil, məhz Allah) qonağıdır», «Gec gələn qonaq öz kisəsindən
yeyər» kimi atalar sözləri yarandı. Müsəlmanların Cənubi Qafqazda
möhkəmlənməsinə xəzərlər və onların müttəfiqi Bizans ciddi-cəhdlə mane
olurdular. 685-ci ildə Bizans sərkərdəsi Leonti Cənubi Qafqaza, o cümlədən
Borçalıya yürüş etsə də, yerli əhalidən dəstək ala bilmədiyindən burada
möhkəmlənə bilmədi. VII yüzilliyin sonlarında Borçalıda möhkəmlənən müsəlmanlar
Qərbə doğru fəthlərini davam etdirirdilər. 697-ci ildə abxaz hakimi, Xəzər
xaqanının qızının oğlu Leon Bizans ağalığına qarşı üsyan qaldıraraq, kömək üçün
müsəlmanlara müraciət etdi. Nəticədə indiki Gürcüstanın qərb hissəsi də Xilafətə
qatıldı. VIII əsrin 30-cu illərində Borçalı əhalisinin əksəriyyəti nəinki İslam
dinini qəbul etmiş, hətta Cənubi Qafqazda ilk müsəlman məbədi sayıla biləcək
Tiflis məscidini inşa etmişdilər. 764-cü ildə Bizansın təhrikilə Tiflisi tutan
xəzərlər şəhəri dağıtsalar da, o, müsəlmanlar tərəfindən tezliklə bərpa edildi.
Xürrəmilər hərakatı nəticəsində zəifləmiş mövqelərini bərpa etmək məqsədilə
xəlifə Azərbaycan Şirvanşahlar dövlətinin qurucusu olmuş Şeybanilər (Məzyədilər)
nəslinin nümayəndəsi Xalid ibn Yezidi Cənubi Qafqaza canişin təyin etdi. Xalid
ibn Yezidin Borçalıya gəlməsilə qonşu erməni və gürcü feodalları ona öz
tabeçiliklərini bildirdilər. Əli ibn Şeybanini Tiflisə əmir təyin edən Xalid ibn
Yezid Xilafətin Azərbaycandakı iqamətgahı olan Bərdəyə döndü. Tiflisdə
hakimiyyəti ələ alan İshaq ibn İsmayıl Xilafətə qarşı qiyam qaldırdı. Onu
Cavaxetiyaya sıxışdıran Xalid ibn Yezid xəstələnib öldu. Onun oğlu Məhəmməd ibn
Xalid Tiflisdə hakimiyyəti ələ almış İshaq ibn İsmayılı və onun müttəfiqləri
olan xristian feodallarını geri oturtdu. Qiyamın əsas təşəbbüskarlarından olan
Aşot Kuropalatın oğlu Baqrat Məhəmməd ibn Xalidin tərəfinə keçdi. Məhəmməd ibn
Xalid gürcü mənbələrində qədim buntürk şəhərlərindən biri kimi adı çəkilən Uplis
Sixeni də tutdu. Xəlifə Cənubi Qafqaza tam nəzarət etmək məqsədilə öz
sərkərdəsi Buğa Türkü də göndərdi. Birlikdə hərəkət edən Buğa Türk və Məhəmməd
ibn Xalidin qüvvələri tərəfindən İshaq öldürülsə də, xəlifə Tiflis əmirliyini
tabe edə bilmədi. Əslində Buğa Türkün əsas məqsədi də Borçalını Xilafətə tabe
etmək deyil, Bizansın köməyilə buranın müsəlman-türk əhalisinə divan tutmuş
Abxaz hökmdarı Feodisini cəzalandırmaq idi. İlk döyüşdəcə darmadağın edilən
Feodisi (bəzi tarixçilər onun II Demetre olduğunu bildirirlər) Dvalet yolu ilə
qaçıb canını qurtara bildi. Başkeçidi abadlaşdıran Buğa Türk xəlifənin
göstərişilə Şeybanilər (Məzyədilər) nəslindən olan Məhəmməd ibn Xalidi (853-870)
Tiflisə əmir təyin edərək xəzərlər üzərinə yeridi.
Məhəmməd ibn Xalidi İsa ibn Əş-Şıx (Şeyxi) Əş–Şeybani əvəz etmişdir. Onun
ölümündən sonra hakimiyyətə əmir İbrahim gəldi. Tiflis müsəlman əmirliyinin
Şeybanilər nəslindən olan sonuncu nümayəndəsi Habil (gürcü mənbələrində Qabulos)
Şeybani (878-882) olmuşdur. Artıq X yüzilliyin əvvəllərindən Tiflis əmirliyini
Cəfərilər nəslindən olan əmirlər idarə etməyə başladılar. Bu sülalənin əsasını
Cəfər ibn Əli (909-914) qoymuşdur. Başkeçid müsəlman əmirliyinin də bu nəsildən
olan hakimlər tərəfindən idarə olunduğu güman edilir.
Məlum
olduğu kimi,
VIII yüzilliyin sonlarından başlayaraq Xilafətdə real hakimiyyət
müsəlman
türklərin əlinə keçməyə başladı.
Abbasi
xəlifələri, xüsusilə də anası TÜRK qızı olan Mötəsim,
Xilafət ərazisində bir çox üsyanları, o cümlədən Xürrəmilər hərəkatını yatırtmış
müsəlman türklərlə hesablaşmağa məcbur idilər. Xəlifə sarayında TÜRK
sərkərdələrinə hörmətlə yanaşılır və ən məsul vəzifələr onlara həvalə olunurdu.
Belə sərkərdələrdən biri də Əbu Sac Divdadoğlu idi. O, Məkkə yolunun rəisi,
Əhvaz, Kufə, Mədain kimi strateji əhəmiyyətli şəhərlərin hakimi vəzifəsində
çalışmışdı.