Türk xalqları və xristianlıq
XVI əsrə
aid edilən və türk dilinin qıpçaq qolunda yazılmış xristian mətnləri dövrümüzə
əsasən indiki erməni əlifbasında gəlib çıxmışdır. Bu əlifbanın müəllifi Mesrop
Maştots hesab olunur. Ermənilərin yazdıqlarına görə, bu əlifba əsasən xristian
mətnlərinin ermənilər arasında yayılması məqsədi ilə tərtib olunmuşdur.
Alimlərin bir qismi bu əlifbanın həbəş, bir qismi Suriya - aramey, bəziləri isə
pəhləvi mənşəli olduğunu qeyd edirlər. Bəzi alimlər isə Mesrop Maştotsun bu
əlifbanı Suriya yepiskopu Daniildən oğurladığını qeyd edirlər. Özünün
inkişafında erməni əlifbası 3 mərhələdən keçmişdir:
-
V - VIII əsrlər. Bu mərhələdə hələ pəhləvi dilindən
tam ayrılmayan qrabar dilinə uyğunlaşdırılan, erkatagir adlandırılan əlifbadan
istifadə olunmuşdur. Qədim erməni dili adlandırılan qrabarın leksik tərkibinin
60 faizdən çoxunu pəhləvi sözləri təşkil edirdi. İrəvandakı Qafqaz mərkəzinin
İranşünaslıq bölməsinin elmi əməkdaşı Vardan Voskanyan yazır:
"...haqlı olaraq
XIX əsrin sonlarına qədər erməniləri İran xalqlarından biri hesab etmişlər".
-
VIII - XII əsrlərdə müsəlman mədəniyyətinin təsiri
altında dairəvi yazı forması, yəni boltagir yarandı. Eyni zamanda erməni
dilinin leksik tərkibi kəskin dəyişikliyə uğramağa başlayır. Qrabar dilindən
imtina olunur və o öz yerini leksik tərkibinin yarısına qədərini türk sözləri
təşkil edən aşxarabara verməyə başladı.
34-60-cı illərdə Arminiyanı İberiya hökmdarı Farsmanın
qardaşı və onun oğlu Radamist idarə etmişdir. 63-cü ildən başlayaraq Arminiyada
hakimiyyət Parfiya Arşakilərinin əlində olmuşdur.
226-cı ildə Sasanoğulları parfiyalıların İrandakı
hakimiyyətinə son qoydular. Bu hadisə Arminiyada hakimiyyətdə olan Parfiya
Arşakilərinin yan budağı ilə Roma arasında ümumi düşmənə - Sasanoğullarına qarşı
ittifaqın yaranmasına səbəb oldu. IV əsrdə Arminiyada xristian dininin yayılması
parfiyalıların mənşə cəhətdən qohum olduqları digər iranlı toplumdan -
Sasanoğullarından ayrılmasına səbəb oldu.
İrandilli xalqlar arasında xristianlığın möhkəmlənməsi
onların zərdüştçü iranlılardan ayrılmasına və indiki erməni etnosunun nüvəsinin
yaranmasına gətirib çıxartdı. 451-ci ildə Xalkedon kilsə məclisində monofizit
təriqətli İrandilli xristian ünsürlərin bidətçilikdə ittiham olunaraq kilsədən
qovulmaları onların müstəqil etnos kimi formalaşmasına şərait yaratdı.
Xristianlığın monofozit təriqətini qəbul etmiş bu tayfalar
içərisində türklər də var idi. Erkən orta əsr mənbələri xristianlığı qəbul etmiş
türk tayfalarından sabirlərin (sevordikləri - qara sabirlərin), hunların bir
qisminin adlarını çəkir.
R.A.Açaryanın fikrincə, hazırda erməni dili 3 qola və
36 dialektə, A.S.Qəribyanın fikrincə, 7 qola və 51 dialektə, Q.B.Caukyanın
fikrincə 11 qrup və 44 dialektə ayrılır. Dialektlər arasındakı fərq həddindən
artıq çoxdur. Andranik Gevorkoviç Malxasyan isə erməni dilində 62 dialekt olduğu
qənaətinə gəlmişdir. Onun fikrincə "əgər bu erməniləri bir yerə yığmaq mümkün
olardısa, onlardan heç kəs bir-birlərinin dilini başa düşməzdilər".
Bəs necə olmuşdur ki, qədim ənənlərə və tarixi keçmişə
sahib olan türklər öz yazılarında erməni əlifbasından istifadə etmişlər?
Problemə aydınlıq gətirmək üçün 2 məsələyə diqqət
yetirmək lazımdır:
-
İndiki erməni etnosunun formalaşması.
-
Türk xalqları və xristianlıq.
Özlərini «hay» adlandıran ermənilər Yer kürəsinə
yayılma baxımından qaraçıları da geridə qoyurlar. Həm antropoloji (balkan -
qafqaz, ponto - zaqros, assiroid, armenoid, Ön Asiya və s.), həm də dini
baxımdan (müsəlman hamşin, qriqoryan, katolik, protestant və s.) müxtəlif
qollara bölünürlər.
Ermənilərin iddia etdikləri ərazilərdə yaşayan
xalqların heç biri nə linqvistik, nə də antropoloji baxımdan indiki ermənilərlə
heç bir bağlılığı yoxdur.
Uzun tarixi proses gedişində ermənilər bəzi tayfalardan
öz adlarını (semit mənşəli haylardan və türk mənşəli ərmənlərdən), bəzilərindən
fiziki quruluşlarını (Qara dəniz sahillərində yaşamış Qafqazdilli etnoslar),
bəzilərindən öz dillərini (İrandilli Əhəmənilər, parfiyalılar, türklər və s. ),
habelə mədəniyyətlərini (türklər, yunanlar, gürcülər və s.) əxz etmişlər.
Ermənilər özlərinin ilk dövlətləri hesab etdikləri
Hayasa, əvvəlcə Əhəməni nəslindən olan Yervand, daha sonra isə Selevkilər
nəslindən olan Zariadr tərəfindən idarə olunmuşdur. Selevkilərin zəifləməsindən
istifadə edən Zariadr öz əmoğlusu III Antioxa dönük çıxaraq romalıların tərəfinə
keçdi. Miladdan əvvəl II əsrdə Parfiya bölgənin ən nüfuzlu dövlətinə çevrildi.
Miladdan əvvəl 53-cü ildə müttəfiqi Romanın parfiyalılar tərərfindən Karra
döyüşündə ağır məğlubiyyətə uğradılmasından dərhal sonra Arminiya hakimi öz
qızını Parfiya şahzadəsi Pakora ərə verir. Romada vətəndaş müharibəsinin bitməsi
və onun Orta Şərqdə güclənməsiylə Arminiya hakimi romapərəst mövqeyə keçir.
Miladdan əvvəl 36-cı ildə Fraaspa yaxınlığında Roma ordusu və onlara qoşulmuş
Arminiya dəstələri darmadağın edildikdən sonra Roma sərkərdəsi Antoni bu
məğlubiyyətin səbəbkarı hesab etdiyi Arminiya hakimi Artavazdı da özü ilə Misirə
apardı. 3 il sonra onun kəsilmiş başı Arminiyanı idarə edən Atropatena
hökmdarına göndərildi.
34-60-cı illərdə Arminiyanı İberiya hökmdarı Farsmanın
qardaşı və onun oğlu Radamist idarə etmişdir. 63-cü ildən başlayaraq Arminiyada
hakimiyyət Parfiya Arşakilərinin əlində olmuşdur.
226-cı ildə Sasanoğulları parfiyalıların İrandakı
hakimiyyətinə son qoydular. Bu hadisə Arminiyada hakimiyyətdə olan Parfiya
Arşakilərinin yan budağı ilə Roma arasında ümumi düşmənə - Sasanoğullarına qarşı
ittifaqın yaranmasına səbəb oldu. IV əsrdə Arminiyada xristian dininin yayılması
parfiyalıların mənşə cəhətdən qohum olduqları digər iranlı toplumdan -
Sasanoğullarından ayrılmasına səbəb oldu.
İrandilli xalqlar arasında xristianlığın möhkəmlənməsi
onların zərdüştçü iranlılardan ayrılmasına və indiki erməni etnosunun nüvəsinin
yaranmasına gətirib çıxartdı. 451-ci ildə Xalkedon kilsə məclisində monofizit
təriqətli İrandilli xristian ünsürlərin bidətçilikdə ittiham olunaraq kilsədən
qovulmaları onların müstəqil etnos kimi formalaşmasına şərait yaratdı.
Xristianlığın monofozit təriqətini
qəbul etmiş bu tayfalar içərisində türklər də var idi. Erkən orta əsr mənbələri
xristianlığı qəbul etmiş türk tayfalarından sabirlərin (sevordikləri - qara
sabirlərin), hunların bir qisminin adlarını çəkir.
|