Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasndan danrlar EKSKLUZV
Grcstan Azərbaycanllar Konqresinin sədri Əli Babayev ilə msahibə EKSKLUZV
Yeniyetmə istedadlarn milli musiqi sevgisi EKSKLUZV
Bizdə əhali ancaq sekilərdə yada dr EKSKLUZV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə Haqqımızda
Borchali.net portalının tarixi

İndiki Borchali.net saytı 2002-ci ildə ilkin versiyada fəaliyyətə başlamışdır. 2006-cı ildə isə məlumat bazası saxlanılmaqla yeni tərtibatda və domen adı ilə yayınlanmağa başlamışdır.

2009-cu ilin 15 dekabr tarixində Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən "Milli Net 2009" internet saytlar müsabiqəsində "Mədəniyyət, incəsənət, tarix və turizm saytı" nominasiyasi üzrə Borchali.net saytı 3-cü yerə layiq görülüb və diplomla təltif olunub.

22 iyul 2010-cu il Milli Mətbuat Günü münasibəti ilə Borçalı İctimai Cəmiyyəti tərəfindən Ən obyektiv və operativ informasiya orqanı nominasiyası üzrə Borchali.net saytı diplomla mükafatlındırılıb.

 
Borçalı və jurnalistika

Gürcüstan dövləti müstəqillik qazandıqdan sonra ölkədə qeyri-gürcü dilində olan nəşrlərin sayının çoxalması danılmaz faktdır. Azərbaycandilli nəşrlərin isə Gürcüstanın qeyri-gürcü dilli mətbuatında həmişə xüsusi yeri olub. Tiflisdə 1906-cı ildə nəşrə başlanan Molla Nəsrəddin jurnalı buna ən bariz nümunədir.

Müasir dövrümüzdə də Gürcüstanda çapdan çıxan Azərbaycan dilli qəzetlərin sayı ürək açandır. Son dövrlərdə isə Gürcüstanın Azərbaycan dilli nəşrləri arasında sağlam rəqabət hiss olunmaqdadır. Bu, əlbəttə Gürcüstanın Azərbaycan dilli mətbuatında canlanma olduğundan xəbər verir. Azərbacan dilli nəşriyyat artdıqca, onlar arasında olan sağlam rəqabət özünü açıq-aşkar göstərir. Bu isə onların daha da mükəmməlləşməsinə və təkminləşməsinə imkan yaradır.

Gürcüstanda yaşayan azərbaycanlılar, Azərbaycan dövləti üçün böyük maraq kəsb edir. Gürcüstanda yaşayan  soydaşlarımızın həyatı, problemləri və gündəmi Azərbaycan mediyası üçün də yetərincə aktualdır. Bir çox media vasitələri, xüsusilə də internet portallar öz xəbər gündəliklərində Gürcüstana və burada yaşayan azərbaycanlılara xüsusi yer ayırır.

Müasir dövrümüzdə internetin rolunun mühümlüyü və vacibliyi danılmaz bir həqiqətdir. İnternetin əhatə etdiyi mühit bir çox nəşrlərin yayılma arealından xeyli çoxdur. Məhz buna görə də artıq bütün dünyada məşhur olan qəzet və jurnalların veb versiyaları da mövcuddur. Bununla yanaşı xəbər daşıyıcısı olan internet portalların sayı günü-gündən artmaqdadır.

 
Əməkdaşlıq

"Qarapapaqlar" jurnalı - 2007-ci ildən etibarən Borchali.net saytı Gürcüstanda nəşr olunan "Qarapapaqlar" jurnalı ilə əməkdaşlıq edir. Təsadüfi deyil ki, jurnalın rəsmi internet saytı da məhz borchali.net domenində yerləşdirilib.

GünAz TV - 2007-ci ildən etibarən Borchali.net saytı ABŞ-da fəaliyyət göstərən, peyk və internet vasitəsilə yayımını təşkil edən Güney Azərbaycan televiziyası ilə əməkdaşlıq edir. Həmin telekanalada yayımlanan "Borçalı səsi" verlişinin aparıcısı da məhz saytımızın məsləhətçisi Kərəm Məmmədovdur.

 
Borchali.net portalının redaksiya heyəti
Layihənin rəhbəri, texniki redaktor Cavanşir Hüseynov
   
Saytın məsləhətçisi Kərəm Məmmədov
   
Texniki redaktorlar Sərxan Məmmədov
  Sadıx Budaqov
  Sarı Hümbətli
  Fərqanə Əliyeva
   
Forum redaktorları: Elxan Osmanov
  Çingiz Borçalı
  Azər Əliyev (Qardabani)
  Turac İbrahimova (Marneuli)
  Ramil Kiryakov (Marneuli)
  Aynur Əliyeva (Marneuli)
   
Əlaqə vasitələri
Telefon: (+994 55) 304-36-04  (Cavanşir Hüseynov)
   
Email: info@borchali.net