Təzəkənd kəndi
Bu kənd Sadaxlıdan 4 km məsafədə Qaradaş
adlanan geniş ərazinin dağ ətəyi sahəsində Ermənistanla sərhəddə
yerləşmişdir. Mal-qara və qoyun-quzu saxlamaq üçün geniş
otaqlarıolan bu ərazidə Sadaxlı kəndinin imkanlı adamları lap uzaq
keçmişləodən yurd yeri tytmuş, binə salmış və yaz açılandan qış
düşənədək heyvanlarını bu yerlərdə otarar, qışın sərt aylarında
isə mal-qaranı qışlamaq üçün kəndə gətirərmişlər. Qara daşda binə
yerləri olan ilk tayfalar Ayvazlılar, Haxnazarlılar, Daşdəmirlilər
(indibu tayfanın bir hissəsi Naibovlar soy adını daşıyır) olublar.
Nəcəfli nəslinin o zamankı ağsaqqalı Nəcəfov Əli Ağakişi oğlu
1916-cı ildə Sadaxlıdan ora köçərək kəndin ilk daimi sakini olur
və bununla da Təzəkənd kəndinin binövrəsi qoyulur. Bu əhvalat belə
baş verir: Nəcəfilli tayfası əslən indiki Qazax rayonunun
Aslanbəyli kəndindən imiş. Orada iki nəsil arasında düşən qan
davası nəticəsində Nəcəfilillər əvvəlcə Türküyəyə köçürlər, bir
neçə ildən sonra isə daimi yaşamaq üçün Borçalıya gələrək
Sadaxlının qonşuluğunda yerləşən Lənbəlikəndində məskunlaşırlar.
Nəcəfillilərin Sadaxlı kəndində Mollacılillilər tayfası ilə
qohumliqları varmış. Bu səbəbdən də onlar Sadaxlıya köçərək
Mollacəlilli tayfasının yaxınlığında Bənövşə çayının sahilində
özlərinə yurd salıb yaşamağa başlayırlar. Lakin hər il yaz
aylarında coşub-daşan Bənövşə çayı onların təsərufatına,
mal-qaralarına, ot-ələflərinə böyük ziyan vurduğuna görə onlar
gürcü knyazından xahiş edirlər ki, daimi yaşamaq üçün onlara bir
yurd yeri versin. Knyazda Qaradaşın uyğun bir yerində onlara yurd
yeri verir və beləlikıədə gələcəkdə Təzəkənd adlanacaqkəndin
təməli qoyulur. Nəcəfillilərlə, demək olar ki, eyni vaxtda bu
kənddə Haqverdilər tayfası məskunlaşır. Bu iki nəsildən sonra yeni
yaranmış kəndə yavaş-yavaş axın başlayır və Qazax rayonunun
Kəmərli kəndindən gəlmiş və görünür, öz keçmiş kəndlərinin adı ilə
bu gün də Kəməroğulları adlanan və Kəmərov soyadı daşıyan tayfa
gəlir. Həmin tayfanında Nəcəfilli ilə qohumluğu varmış və çox
guman ki, bu geniş və əlverişli ərazilər Nəcəfilli tayfasının
xoşuna gəldiyi üçün öz qohumlarına bura köçməyi məsləhət görüblər.
Sonra bu kəndə Kürüstü Kəpənəkçidən Hacıoğulları köçüb. Kəndə axın
ilbəil davam etmiş, yerli sakinlərdən başqa bura müxtəlif
yerlərdən yeni ailələr köçməkdə davam etmişdir. Bu kəndin ilk
sakinlərindən biri də Qazaxın 2-ci Şıxlı kəndindən şair təbiətli
aşıq Qurban adlı bir kişi olub. Deyilənlərə görə, 1918-ci ildə
ermənilərlə olan vuruşma zamanı kəndin yaxınlığından keçən dəmir
yolunda işləyən həmin adamın yaşadığı xidməti otağın hər iki
tərəfinə ermənilər iövhə asıbmışlar ki, bu adama toxunmayın, o
dəmir yolu işçisidir. İndi həmin aşıq Qurbanın törəmələrinə Aşıq
Qurbanlı deyilir və nəsil davamçıları Aşıq soyadını daşıyırlar.
Təzəkənd bir əsrə yaxınlaşan tarixində xeyli
böyüyüb. Bu gün bu kənddə Sadaxlı ilə eyni nəsildən olan çoxsaylı
tayfaların nümayəndələri yaşayır. İndi burda 98 ailədə 443 adam
yaşayır, onlardanda kəndin ilk sakinləri olan Nəcəfli nəsli 21
evdə 202 nəfər təşkil edir.
Təzəkənddə 1937-ci ildə ibtidai məktəb açılıb
və Ayvazov Həmid ilk müdür-müəllim təyin edilib,təxmiynən 2-3
ildən sonra onu yerli sakin Nəcəfov Nadir əvəz edib, sonra isə
Sadaxlı kənd sakini Ayvazov Musa müdür təyin edilib. Ayvazov
Musadan sonra məktəbin müdiri Marneulidən Qabulov Rəhim, sonra isə
əslən Ermənistandan olan Yusifov Əziz müdir təyin edilib.
1965-1987-ci illər ərzində məktəbdə yenədə yerli sakin Yusifov
Ələddin müdir olub. 1987-ci ilin 1 sentyabırından şagird
kontingentinin artması ilə əlaqədər olaraq bu ibtidai məktəb
natamam orta məktəbə çevrilib. Həmin ildən məktəbə Sadaxlı kənd
sakin Nəsibəva Laləzər direktor təyin edilib. Hal-hazırda bu
məktəbdə 85 şagirdin təlim tərbiyəsi ilə 11 müəllim məşğul olur.
Mənbə: "Keçmişimiz - Bu günümüz" - Adil
Şərifov, Gəncə 2004
Göndərənlər: Nəsibov Nəsib Ömər oğlu, Aşurova Kifayət Sədi
qızı, Elxan Osmanov

Diqqət! Yuxarıda
adları göstərilmiş bölgələr haqqında əlavə məlumatınız (yazı və ya şəkil)
varsa bizə göndərə bilərsiniz.
info@borchali.net
|