Kəpənəkçi kəndi
Coğrafi mövqeyi: Bolnisçayın sahilində,
rayon mərkəzindən 6 km güneydə, dəniz səviyyəsindən 600 m
hündürlükdə terləşir.
Toponimi: Tarixən adı
Kəpənəkçi, yaxud Bolus-Kəpənəkçi
olub, indi Kvemo-Bolnisidir. Bu toponimin Bolus
hissəsinin qədim oğuz, pəçənəq (bacanaq) ellərindən Bolus tirəsi,
Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənəq tayfasının Kapan
(Kəpən) qolu ilə bağlılığı fikri ağılabatandır.
Yaxınlıqda yol
kənarında V-VI əsrlərə aid memarlıq abidəsi var.
Ərazisi:
1.013 hektardır.
Əhalisi:
1870-ci ildə 169 ailədə 1403 nəfər, 1918-ci ildə 1917 nəfər,
1926-cı ildə 408 ailədə 2257 nəfər, 2002-ci ilin statistikasına
görə 2122 ailədə 6766 nəfər, 2006-cı ildə 1849 ailədə 7.700 nəfər.
Maarif:
İlk məktəb 1917-cı ildə yaradılıb. Orta məktəb (2005-ci ildə 20
sinifdə 455 şagird), baza məktəbi (2005-ci ildə 15 sinifdə 312
şagird) və Talıblı ibtidai məktəbi (2005-ci ildə 4 sinifdə 23
şagird), Qəşməhlə ibtidai məktəbi (2005-ci ildə 4 sinifdə 20
şagird) fəaliyyətdədir.
Məşhurları: 1912-ci ildə Tiflisdə çıxmış
‘Bəsdi, oyan!’ kitabının müəllifi, 1915-ci ildə Tulada çıxmış
sənədli memuar-povestin qəhrəmanı, 1918’də Qars İslam Şurasının
sədri olmuş Emin ağa Hacallı, el şairləri Alxas ağa Hacallı, Rəşid
Hacallı, ağsaqqallar Allahverdi Göyüşoğlu, İsa Mahmudov, Məhəmməd
Bayramov, veteran müəllimlər Rəşid Yaqubov, Hidayət Göyüşov,
alimlər Lətif Güləhmədov, Vidadi Acalov, Arif Acalov, şair Abbas
Abdulla, Azərbaycan Milli Məclisinin üzvləri olmuş Xalq Şairi
Zəlimxan Yaqub, İsmayıl Ömərov, Gürcüstan Parlamentinin üzvü olmuş
Ramiz Bəkirov, dövlət məmuru Məhəbbət Qarabağlı, ictimaiyətçilər
İmran Sərdarov, Zakir Məmmədov, Çingiz Yaqubov, Rəşid Bədəlov,
incəsənət işçisi Elxan Ocaqov, həkim Ziya Bayramlı, xeyriyyəçi
Xıdır Məhəmməd oğlu və b.
Bakıda "Kəpənəkçi" cəmiyyəti fəaliyyət
göstərir. Bu cəmiyyətin təsisçisi Ziya Bayramlı olmuşdur. O,
1990-1995-ci illərdə Bakı Şəhər Xalq Deputatlar Sovetinin deputatı
olmuşdur.

Diqqət! Yuxarıda
adları göstərilmiş bölgələr haqqında əlavə məlumatınız (yazı və ya şəkil)
varsa bizə göndərə bilərsiniz.
info@borchali.net
|