Daşdıqullar kəndi
Coğrafi mövqeyi: Daşdıqullar kəndi Maşaver çayının
sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 12
km gündoğarda, dəniz səviyyəsindən 430 m hündürlükdə
yerləşir.
Toponimi: Dəşti-Qullar,
Daşlı-Qullar, Dəşti-oğullar anlamları
var. Bulqarların qıpçaq tirəsi kollar, alban tayfası krllər,
qıpçaq- qrapapaqlar içində ki Kul tayfası ilə ilgili ola bilər.
Kəndin adı XIX əsr sənədlərində
Ağbabalı kimi də gedir.
Əhalisi: 1870-ci
ildə 25 ailədə 168 nəfər, 1918-ci ildə 180 nəfər, 1926-cı
ildə
40 ailədə 184 nəfər, 2002-ci ildə 279 ailədə 893 nəfər, 2006-cı
ildə 279
ailədə 900 nəfər.
Maarif: Məktəb 1924-cü ildə
açılmışdır. Hal-hazırda orta məktəb (2005-ci ildə 11 sinifdə 240
şagird) fəaliyyətdədir.
Məşhurları: əmək qəhrəmanları Əmirxan
Abbasov, Heyransa Mehdiyeva və b.

Diqqət! Yuxarıda
adları göstərilmiş bölgələr haqqında əlavə məlumatınız (yazı və ya şəkil)
varsa bizə göndərə bilərsiniz.
info@borchali.net
|