Akaurt kəndi
Coğrafi mövqeyi: Akaurt (Ayorta) kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 12 km günbatarda,
dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir.
Toponimi: Yerli cammat kəndə Ayorta deyir. Bu toponim
Ağayurdu deyimi ilə, yaxud türk dillərindəki aka (Böyük qardaş) və
yurd
sözləri ilə əlaqələndirilir.
Kənd yaxınlığında V-VII əsrlərə aid iri dördkünc
daşlarla hörülmüş kilsə aşkarlanıb.
Əhalisi: 1886-cı
ildə 17 ailədə 110 nəfər; 1918-ci ildə 215 nəfər, 2002-ci ildə 286 ailədə 1174
nəfər olub. Məktəb 1922-ci ildə yaradılıb. Baza (doqquzillik) məktəbi (2005-ci
ildə 11 sinifdə 144 şagird) fəaliyyətdədir.
Məhşurları: Alim,
Gürcüstanda Azərbaycandilli mətbuatı tədqiq edən Razim Məmmədli, veteran
müəllimlər Əli Məmmədov, Nofəl Məmmədov, Hüquq-mühafize işçiləri Abdulla Məmmədov, Hacı Məmmədov, Ictimaiyyətçilər Vaqif
Mustafayev, Veysəl Məmmədov və b.

Diqqət! Yuxarıda
adları göstərilmiş bölgələr haqqında əlavə məlumatınız (yazı və ya şəkil)
varsa bizə göndərə bilərsiniz.
info@borchali.net
|