Abdallı kəndi
Abdallı kəndi Maşaver çayının sol sahilində,
rayon mərkəzindən 11 km günbatarda, avtomobil
magistral yolunun kənarında, dəniz səviyyəsindən 620
metr hündürlükdə yerləşir.
1903-cü ildə Ermənistan-Azərbaycan
müharibəsi zamanı bu kənd Ağdamın
Abdal-Gülablı kəndindən qaçqın
düşmüşdür. İlk öncə
bu kənd Marneuli rayonunun Kişmiştəpə
ərazisində məskunlaşmışdır.
Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb.
Bir il sonra kəndin varlı təbəqəsi
Dmanisi rayonunun Qızıl Kilsə kəndinə
köç etmişlər. Kəndin indiki
adı Cavşanıdır
Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal
tayfası ilə əlaqələndirilə bilər.
Əhalisi 1870-ci
ildə
216 nəfər;
1918-ci ildə
253 nəfər,
1926-cı ildə
40 ailədə
232 nəfər,
2002-ci ildə
232 ailədə
829 nəfər,
2006-cı ildə
185 ailədə
800 nəfər
olub.
Abdallının tanınmışları
içərisində ilk öncə məhşur
Borçalı qaçağı Kor İsmayıl
yada düşür. Gürcü və rus
çarlarına qarşı amansız mübarizə
aparan İsmayılın dəstəsində
100-dən çox Borçalı fəalı
vardı. Çox təəssüf ki, sapı
özümüzdən olan baltalar tərəfindən
həlak edilən İsmayılın gerbi
hazırda Cəfərli kəndindədir.
Onun övladları Abdallıda və Qoçuluda
yaşayırlar.
Hazırda kənddə 2 orta məktəb və klub fəaliyyət
göstərir. İlk orta məktəb 1927-ci ildə açılıb (2005-ci
ildə 13 sinifdə 136 şagird təhsil alırdı).
Abdallı kəndi yaxınlığında qaya üzərində Koroğlu
qalası yerləşir.

Kənd Böyük Vətən Müharibəsi
illərində çoxlu itki verib. Qarabağ
müharibəsində də fəal iştirakçıları
olub.
Abdallı kəndi idmançıları
ilə də məhşurdur. Akrobatika
üzrə Avropa çempionu Elnur Məmmədov,
bodybilding üzrə Azərbaycan və
Rusiya çempionu, Avropa və dünya bürünc
mükafatçısı Anatolu Məsimov,
şahmat məsələsi üzrə
Azərbaycan və Gürcüstan çempionu
Aqşin Məsimov məhz bu kənddəndir.
Məmməd Məmmədov, İsvahan Şamilov, maarifçi Kamal
Nəbiyev kəndin ictimaiyyəti tərəfindən tanınmış
şəxslərdilər.
Mənbə: Şürəddin
Məmmədli - "Gürcüstanda Atayurdlarımız"
Əlavə: Anar Məsimov

Diqqət! Yuxarıda
adları göstərilmiş bölgələr haqqında əlavə məlumatınız (yazı və ya şəkil)
varsa bizə göndərə bilərsiniz.
info@borchali.net
|