PDA

Orijinalini görmek için tıklayınız : Böyük Səlcuqlu Dövləti


qamxan
03-17-2008, 12:50 AM
Böyük Səlcuqlu Dövləti


XI yüzilliyin ortalarından başlayaraq, Yaxın və Orta Şərqin, eləcə də Azərbaycanın tarixində yüz ilə qədər davam etmiş yeni bir dövr – Səlcuqlu erası başlayır. Bu bölgənin ən qədim sakinləri olan türklər daim olduqları siyasi hakimiyyətin ən uca zirvəsinə yenidən çıxmaları ilə yanaşı, nəinki Türklüyü , həm də İslam dinini qorumaq məsuliyyətini öz çiyinlərinə götğrmüş oldular. Sovet tarixşünasları bu dövrün araşdarılmasında qəsdən laqeydlik göstərir, erməni – yunan – gürcü tarixçiləri bu dövrü lənətləyir, «sapı özümüzdən olan baltalar» isə Azərbaycan tarixinin bu Gülüstan, yəni yüksəliş dövrünü (əgər Sacoğlular dövrü millətimizin oyanış dövrü idisə, Səlcuqlu dövrü millətimizin yüksəliş dövrdür !) doğramaqla məşğul idilər. «Rus – erməni bülövü ilə ovxarlanmış bu baltalar » Səlcuqluların Azərbaycanı və digər əzəli Türk yurdlarını guya «işğal» etdiklərini yazır, Azərbaycan əhalisinin Səlcuqluların gəlişindan sonra zorla türkləşdirildiklərini iddia edirdilər. Lakin bu «tarixçilər» unudurdular ki, həmişə himayəyə götürdükləri xalqları ədalətlə idarə etməyə çalışan, onların mədəniyyətlərini inkişaf etdirməyə çalışmış Böyük TÜRK hökmdarları bu dəfə də dini çəkişmələrdən əziyyət çəkən ərəbləri, farsları qorumuş, onların dillərinin sarayda, yazışmalarda istifadə edilməsinə mane olmamışdılar. Məhz Səluqlular dövlətinin quruluşu ilə bir tərəfdən Fatimilər, digər tərəfdən Buveyhilər tərəfindən sıxışdırılan Abbasilər xilafəti yenidən öz rəsmi mövqelərini bərpa edə bilmişdilər. Bu məqaləmizdə Səlcuqlar dövlətinin qurulmasından, daha sonra isə onun məşhur hökmdarlarından bəhs edəcəyik.
Səlcuğun atası Tokak ( qədim türk dilində «dəmir ox» deməkdir ) oğuzlar içərsində İslamı ilk qəbul edənlərdəndir. O, X yüzilliyin əvvvəllərində Xəzər xaqanlığının ordusunda qulluq edirdi. «Bir dəfə Xəzər yabqusu müsəlmanlara qarşı yürüş təşkil edərkən, Tokak onu bu hərəkətdən çəkindirmək istədi. Mübahisə zamanı yabqu Tokakı qılıncla yaraladı, Tokak isə onu toppuzla vurub atdan saldı». Bu hadisə yabqunu müsəlmanlar üzərinə hücumdan çəkindirdi. «Kaftar kimi öz yuvasına çəkilən yabqu etdiyi hərəkətdən utanaraq, Tokakdan üzr istədi. Tokakın oğlu Səlcuq yetkinlik yaşına çatdıqda yabqu türklərə başçılığı ona tapşırdı». Yabqunun arvadı tez – tez öz ərinə Tokakoğlu Səlcuqdan çəkinməyi, ona möhkəmlənməyi qdqğan etməyi təlqin edirdi. «Bu fukrini Səlcuqdan da gizlətməyən qadın onun yanında yenə ərinə dedi : Mülk elə ənamdır ki, onu bölmək olmaz. Səlcuğu öldürməsən, ona ölüm piyaləsi içirtməsən, hakimiyyət bulağın təmizlənməyəcək, onun şəfəqi parlamayacaq. O səni məhv edərək, paytaxtını əlindən alacaq». Bunu eşidən Səlcuq 935 – ci ilin mayında «öz atını yəhərlədi və ordusu ilə İslam ölkəsinə gəldi». «İslamın hənəfilik təriqətini qəbul etməklə xoşbəxtliyə qovuşan Səlcuq bəy Cənd vilayətinə yerləşərək, buradakı kafirləri qovdu». Bir gecə o öz yuxusunda gördü ki, tonqalından qopan qığılcımlar həm Şərqə, həm də Qərbə doğru uçur. O, səhərisi günü münəccimlərdən bu yuxusunu yozmağı xahiş edir. Münəccim deyir : «Sənin nəslindən olanlar çox uzaq ölkələrə hökmran olacaqlar». Səlcuq bəy 107 il yaşadı və Haqqın dərgahına qovuşarkən özündən sonra 5 oğlu qaldı : İsrail, Arslan, Mikayıl , Musa Yabqu, Yusif və Yunus. Səlcuğun böyük oğlu Mikayıl kafirlərlə döyüşdə öldürüldükdən sonra, qardaşı İsrail Səlcuqoğullarına başçı seçildi. Mənbələrə görə, Türk – İslam dünyasının görkəmli şəxsiyyətlərindən olan Sultan Mahmud Qəznəvi «Buxaraya gedərkən yolda Qınıq tayfasına rast gəldi. O, bu tayfanın başçısı İsrail ibn Səlcuğu yanına çağırtdırdı.Öz gücünə görə heç də Sultan Mahmuddan geri qalmayan İsrail Arslan demişdi : «Əgər sultanın filləri vərsa, bizim də onları dəlmə – deşik edə biləcək oxlarımız var». Bununla belə, 300 atlı ilə Səmərqəndə sultanın buyruğuna gələn Səlcuqoğlu İsraillə Sultan Mahmud Qəznəvi arasında belə bir söhbət oldu :
« Mahmud : Biz Hindistana qazavata getməyə məcbur olarkən bütün İslam dünyası bu yürüşdə iştirak edir və nəticədə Xorasan təhlükə altında qalır. Biz sizinlə ittifaq bağlayaraq Xorasana yerləşməyinizi istəyirik.
İsrail Arslan : Sultan bizə inana bilər.
Mahmud :Əgər qoşuna ehtiyacım olarsa mənə necə kömək edə bilərsiniz ?
İsrail Arslan öz oxqabını çıxardaraq deyir : Əgər mən bunu öz tayfama göndərsəm 30 min atlı gələr.
Mahmud : Mənə daha çox qoşun lazım olsa necə ?
İsrail Arslan :Əgər mən bir ox da göndərsəm yenə 10 min atlı köməyinizə gələr.
Mahmud : Mənə daha çox qoşun lazım olsa necə ?
İsrail Arslan :Əgər mən bu oxlardan birini də Balxana göndərsəm daha 10 min atlı köməyinizə gələr.
Mahmud : Mənə bundan da çox qoşun lazım olsa necə ?
İsrail Arslan: Bu oxu Türküstan ellərinə göndərsən 200 min atlı köməyinə gələr !»
Bu söhbətdən sonra Səlcuqoğullarının gücünə bələd olan Sultan Mahmudun vəziri ona belə bir məsləhət verdi : «Onların hər birinin baş barmaqlarını kəsdir ki, sənə xəyanət etməyi ağıllarına belə gətirməsinlər». Sultan Mahmud ona belə cavab verdi : «Həqiqətən sən çox insafsız adamsan. Heç bir günah işlətməmiş müsəlmanlara qarşı mən belə bir cinayət işlədə bilmərəm». Lakin az sonra vəzirinin dedi – qodularına inanan Sultan Mahmud Qəznəvi 1025 – ci ildə İsrail bəyi həbs etdirərək, Multan vilayətində yerləşən Kalicar qalasına saldırdı. Səlcuqoğullarının yeddi il həbsdə qalmış İsrail bəyi qaçırtmaq təşəbbüsləri boşa çıxdıqda, o öz soydaşlarına belə vəsiyyət etdi : « Daha mənə güvənməyin. Mənim qardaşılarıma mənim əmrimi və vəsiyyətimi çatdırın : Qoy onlar sultanın bizə verdiyi Xorasanı fəth etmək üçün əllərindən gələni etsinlər. Lakin bu sultana (Mahmud Qəznəviyə) inanmayın. Çünki, bu sultan qul oğludur və şanlı şəcərəyə malik deyildir.(Mahmud Qəznəvinin atası Subuktəkin Samanilərin qulamı olmuşdu) Türküstana tam yiyələnməyincə qılıncınızı qına qoymayın». Səlcuqoğlu Mikayıl qardaşının vəsiyyətinə əməl edərək, Xorasanda möhkəmləndi. Mikayılın ölümündən sonra türklər onun oğulları Toğrul bəy və Çağrı (qədim türk dilində Şahin deməkdir) ətrafında birləşdilər. Səlcuqoğullarının artan nüfuzundan qorxuya düşən Sultan Məsud Qəznəvi onlara qarşı Bəydoğdunun başçılığı altında ordu göndərdi. 1035 – ci ilin iyulunda Səlcuqoğlu Toğrul bu ordunu darmadağın etdi. Sulatnın darmadağın edilmiş orduları Nişapur şəhərinə çəkildi. 30 avqust 1035 – ci ildə Sultan Məsud Qəznəvi Qazı Əbu Nəsr əs – Sinini Toğrul bəyin yanına göndərərək sülh istədi, Nisə, Dəhistan və Fərav vilayətlərini Səlcuqoğullarına güzəştə getdi. Əbu Fəzl əs – Surinin başçılığı altında Nişapurda 3000 – lik ordu saxlayan Sultan Məsud, 25 sentyabr 1035 – ci ildə Herata, oradan da Bəlx şəhərinə getdi.
Nişapur əhalisini var – yoxdan çıxaran fars mənşəli Qəznəvi məmuru öz iyrənc əməllərini ört – basdır etmək üçün sultan xəzinəsinə çatacaq vergini ödəyə bilməməsinin günahını Səlcuqoğullarının boynuna qoydu. O, sultana yazdığı məktubda bildirirdi : « Bu Səlcuqluların qılıncları da dilləri kimi itidir. Onlar iti qılıncları ilə torpaqlar tutur… Səlcuqlular ürəkləri döyüşlərdə mşhkəmlənmiş adamlardır. Onlar ölümə fikir vermir, təhlükədən qorxmurlar. Onların əllərindəki ox və nizələrin çoxluğundan onlara gedən yol çox daralmışdır. Səlcuqlular içərisində qəhrəmanlar vardır ki, ölümü elə salamlayırlar ki, sanki insan nəslindən deyillər».

qamxan
03-17-2008, 12:51 AM
ardı...





Xorasandakı şəhərlərin əhalisi Səlcuqoğullarından himayədarlıq istədilər. 1038 – ci ilin yayında Nişapura daxil olan Səlcuqlu döyüşçüləri şəhəri qarət etmək istədikdə Toğrul bəy bunu onlara qadağan etdi. Bunun ardınca Səlcuqlular Nişapur, Mərv və Herat şəhərlərinə yiyələndilər. 23 may 1040 – cı ildə Dəndənəkan yaxınlığında Səlcuqlular qəznəviləri ağır məğlubiyyətə uğratdılar. Bu qələbədən sonra oğuzların böyük qurultayı çağrıldı. Qurultayda ilk çıxış edən Toğrul bəy bildirdi ki, yaradılan dövlət üçün bütün məsuliyyət Səlcuq nəslinin üzərinə düşür. Xəlifə əl – Qaimə göndərilən məktubda bildirilirdi : «… biz Səlcuqoğulları daim qazavat və cihad yolunun öndərlərindənik. Bizim ilk başçımız və öndərimiz olan əmimiz İsraili heç bir günahı olmadığı halda sultan Mahmud həbs edərək Hindistandakı Qəlincər qalasında ölənə qədər dustaq saxladı. Bu qalada bizim bir çox digər qohumlarımız da həbsdə qaldı. Mahmud öləndən sonra hakimiyyətə onun oğlu Məsud gəldi. O dövlət işi ilə deyil, əyləncə və istirahətlə məşğul idi. Nəhayət Xorasanın əyanları bizə onları öz himayələrinə almalarını xahiş etdilər. Məsudun orduları bir neçə dəfə bizə hücumlar etdilər. … Sonda Uca Allahın və Peyğəmbərimizin mərhəməti sayəsində biz qalib gəldik… İndi xalq arasında ədalətli quruluş yaratmaqdayıq… Bizim hakimiyyətimizin qanuni olması üçün biz onun xəlifə tərəfindən təsdiqini istəyirik ». Böyük qurultayın əsas qərarları bunlar idi :
1. Toğrul bəy sultan elan edildi və bir ildən sonun onun adı zərb olunmuş pullar dövriyyəyə buraxıldı
2. paytaxt Nişapurdan Reyə köçürüldü
3. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı
4. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu
5. Herat, Buşənc, Sicstan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl – Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı - Müəllif) tapşırılırdı
6. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə – Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni – gürcü – Bizansın birləşmiş qüvvələrindən qorumaq tapşırıldı. Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi
8 iyul 1046 – cı ildə Abxaz çarı Liparitin başçılıq etdiyi erməni – gürcü – Bizansın birləşmiş qüvvələrinin mühasirəyə aldığı Gəncəyə gələn Səlcuqlu ordusu xaçlıları geri oturtdu. Erməni tarixçisi Urfalı Meteosun yazdığı kimi « müsəlmanlar sayı hesabı bilinməyən xaçlı ordusundan 150 minini qılıncdan keçirdi».
1054 – cü ildə Sultan Toğrul İran sülaləsi olan Buveyhilər tərəfindən sıxşdırılan xəlifə əl – Qaimin xahişilə Bağdad şəhərinə daxil oldu. Buveyhilərin sonuncu nümayəndəsi olan əl – Malik ər – Rəhim Əbu Nəsr əsir tutularaq Təbərək qalasına salındı. Bağdad minarələrindən çəkilən əzanlarda Misirdəki şiə Fatimilərin deyi, yenidən Abbasi xəlifələrinin və Səlcuq sultanının adına xütbə oxunmasına başlanıldı. « Bütün ərəb əmirləri Sultan Toğrulun əlini öpmək üçün onun yanına gəldilər». Xəlifənin qızı Səidə ən – Nisə ilə evlənən Sultan Toğrul 17 fevral 1063 – cü ildə Təbrizdə təntənəli toy məclisi təşkil etdi.
Türk – İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu sultanı Toğrul cümə axşamı günü, 4 sentyabr 1063 – cü ildə 70 yaşında vəfat etdi. Vəzir Həmid əl – Mülk əl – Qundurinin dediyinə görə Sultan Toğrul ona belə bir əhvalat danışmışdı : « Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim : «Bizdən bir şey istə! Dediyin yerinə yetəcək». Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan». Müasirlərinin yazdığına görə Sultan Toğrul cəsur, səbrli, geniş qəlbə malik bir insan idi. Dəbdəbəli geyinməyi sevməzdi. Ürəyində Uca Allaha dərin inam var idi. Bir dəfə də olsun Cümə namazından qalmır, bazar ertəsi və cümə axşamları oruc tuturdu. Pul toplamağı və nahaq qan tökülməsini istəməzdi. Nəzir verməkdə, xüsusilə məscid tikdirməkdə comərd idi. Sultan Toğrul demişdi : «Əgər mən tikdirdiyim evin yanında ondan uca məscid tikdirməsəm, Allahın qarşısında nə cavab verərəm!». Vəzir Həmid əl – Mülk əl – Qundurinin yazdığına görə « Sultan xəstələndikdə deyirdi : qırxılmaq üçün ayağı bağlanan qoç kəsiləcəyindən ehtiyat edərək çırpınır. Lakin qırxıldıqdan sonra ayaqları açıldıqda sevinir. Sonra kəsilmək üçün ayaqları bağlandıqda qırxılacağanı güman edərək sakit dayanır və onu kəsirlər. Xəstəlik də insan üçün qurbanlığın ayaqlarına bağlanan kəndir kimidir». 24 il və bir neçə ay Səlcuqlu səltənətində hökm sürən, bu dövlətin qurucusu Sultan Toğrul Mərvdə – qardaşı Çağrı bəyin türbəsinin yanında dəfn edildi. Övladı olmadığı üçün onun yerinə taxta qardaşı Çağrı bəyin oğlu Alp Arslan çıxdı.


əski forumumuzdan dilgem_ehmed adlı istifadəçinin ismarıcından götürülüb.