Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasndan danrlar EKSKLUZV
Grcstan Azərbaycanllar Konqresinin sədri Əli Babayev ilə msahibə EKSKLUZV
Yeniyetmə istedadlarn milli musiqi sevgisi EKSKLUZV
Bizdə əhali ancaq sekilərdə yada dr EKSKLUZV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə Torpaq fondu və ondan istifadə

Borçalı qəzasının ərazisi təxmini hesablamalara görə, 5940 kv km-dir. Məlumat 1862-ci ilin dövlət torpaq dəftərində qeydiyyatdan keçmişdir. Qeyd etməliyik ki, digər qəza və mahallara görə gec də olsa, Borçalı torpaqlarının da plan-uçot layihəsi tərtib edilmişdir. Lakin torpaq və torpaq bölgüsü haqqında ən dəqiq və ümidverici rəqəmlər faktiki olaraq 1 yanvar 1885-ci ilə aiddir. Baxmayaraq ki, bu materialların nisbi də olsa səhvləri vardır.

170-200 il bundan öncə Borçalıda mülkədar, qolçomaq, xanlıq, bəylik və knyazlıq dövründə bu torpaqlardan istər icarə və istərsə də daimi (alqı-satqı yolu ilə) mənimsəmə yolu ilə buraxılan qeyri-qanuni, talançılıq və qərəzçilik halları bu günə kimi Borçalının torpaqlarının cəmi sahəsi haqqında tam dəqiq rəqəmlər əldə edilməsinə imkan verməyib.

Hələ 170-200 il bundan öncə imkanlı adamların öz şəxsi torpaq sahələrini, knyaz ailələrinin bağ sahələrini, erməni kilsə xadimlərinin öz vəsaitləri hesabına torpaqları alıb xaricdə yaşayan ermənilərə bağışlamaları kimi istifadə yolları, əlbəttə, Borçalı torpaqlarının nəzarət edilib qorunması onlara eyni qulluq göstərilməsi kimi qayğılar kənarda qalıb, sərvət hərc-mərcliyi baş alıb getmişdi. 1885-ci ilin məlumatına görə, Borçalı qəzasının istifadə olunan və olunmayan torpaqları aşağıdakı sahələrə bölünmüşdü:

  1. Plan-uçot sənədi tərtib edilməyən 96 bağ sahəsinin ərazisi...126, 317 desyatin, 2315 k.s.
  2. Plan-uçot sənədi olan 74 bağ sahəsinin ərazisi (tam dəqiqləşdirilmiş şəkildə)..,226, 489 desyatin, 2254 k.s,
  3. Son vaxtlarda plan-uçot sənədi tutulmuş 29 bağ sahəsinin ərazisi., 43, 213 desyatin, 1746 k.s.
  4. Dövlət tərəfindən təsdiq edilmiş 80 bağ sahəsinin ərazisi...122, 414 desyatin, 1156 k.s.
  5. Qanunsuz istifadə olunan 11 bağ sahəsinin ərazisi... 76, 568 desyatin, 2376 k.s.

Bu torpaqlara əgər biz qəzanın sıldırım dağlıq ərazilərində olan 10 min desyatin sahəni də əlavə etsək, çəmi 605 min desyatin olacaqdır. Yüzə yaxın dövlət tabeliyində olan kəndlərin əhalisi əkinə yararlı torpaqlardan aşağıdakı qaydada istifadə etmişlər:

  1. Suvarılan torpaq sahələri... 951 desyatin
  2. Əkinə yararlı suvarılmayan dəmyə sahələr... 37,9 desyatin
  3. Bağçılıq və tərəvəzçilik sahələri... 435 desyatin
  4. Malikanə torpaqları... 646 desyatin
  5. Otlaq və yararsız torpaq sahələri... 49,7 desyatin
  6. Yararlı torpaq sahəsi... 16,5 desyatin

Cəmi: 2148 desyatin

Bundan başqa, Borçalı ərazisinin müəyyən hissəsi şəxsi adamlarınixtiyarında olub, onlar da həmin torpaqlardan öz mənafeləri istiqamətində istifadə etmişlər. Ümumiyyətlə, bütün istifadə olunan torpaq sahələrində əsasən təsərrüfatın aşağıdakı sahələri inkişaf etdirilmişdi:

Taxılçılıq. Borçalı qəzasında kənd təsərrüfatının quruluşuna əsasən qədim dövrlərdən bəri taxılçılıq və heyvandarlıq səmərəli sahə kimi inkişaf etmişdir. Qəzanın relyef şəraitinə uyğun onun düzən və dağətəyi bölgələrində quru subtropik (Borçalı düzənliyi), subtropik, Borçalı nümayəndəliyinin Xram, Borçalı çay, Maşaver, Bənövşə, Pəmbək çaylarının düzən sahələrə birləşən ərazisi ilə Yağlıca təpəlik hissəsi və Ləlvər dağlıq hissəsinin cənub-qərb ətəkləri arasında atmosfer çöküntülərinin bol düşdüyü sahələri daxildir.

Əlverişli torpaq-iqlim şəraitinin olması ilə əlaqədar, ərazidə taxıl arpa darı və s. dənli bitkilər əkilirdi. Bu illərdə Tiflis şəhərinə taxıl və taxıl məhsulları bir qayda olaraq Yelizavetpol və Bakı quberniyasına görə Borçalıdan daha tez daxil olurdu. Ümumiyyətlə, Borçalı buğdasının qiyməti Tiflis bazarlarında digər ölkə və bölgələrdən gətirilən buğdanın qiymətindən 10-20 qəpik baha satılırdı. Borçalı buğdasının dəyəri yalnız Dürnük və Dağet (hər ikisi qonşu Ağbulaq rayonunda) buğdası ilə rəqabət apara bilərdi.

Yuxarıda qeyd etdiyimiz kimi, Borçalı həm də özünün arpa əkini ilə də məşhur olmuşdur. Əkin sahəsinin miqdarına görə Borçalıda ikinci yerdə arpaçılıq dururdu. Arpa əkininin artırılmasına bütün elat fikir verirdi. Bu məhsul əsasən qoşqu üçün istifadə olunan at, uzunqulaq, öküz və s. heyvanların yem mənbəyinin əsasını təşkil edirdi. Arpanın toxumu kənar dövlətlərdən gətirildi. Loru və Zəlyə bölgələrində qara rəngli arpa səpilərdi. Borçalı düzənliyində isə buğda kimi arpa da ağ rəngdə idi. Bu növ toxum yerli suvarma şəraitinə tam yararlıdır. Borçalıda arpa ilə yanaşı küncüt, qarabaşaq (qreçka) da əkilərdi. Bu bitkilərdən əsasən quşçuluqda və heyvandarlıqda yem əvəzi istifadə olunurdu. Qarabaşaq Borçalının çay kanal ətraflarında xırda sahələrdə əkilirdi.

Bu bitkilərdən başqa, Borçalı düzənliyində çəltik (düyü) əkini də yayılmışdır. Çəltik, məlumdur ki, həddindən artıq su sevən bitkidir. Borçalı bölgəsinin Alket, Təvədöy və Borçalı çaylarının sulu sahələrində əkilirdi. Ən geniş sahə Alket-Xram, Arıxlı kəndinin aşağı: Hallavar-Baydar (Paydar) arası ovalıq sahələrində becərilirdi. Sonralar bu bitkinin əkin sahəsi tədricən azalmış, əvəzində pambıq bitkisinin sahəsi genişlənmişdir.

Mahalda ən qiymətli (taxıldan sonra) və sənaye təmayüllü pambıqla yanaşı tütünçülük də inkişaf etdirilməyə başlanıldı. Kənd təsərrüfatının bu sahəsini yayan və inkişaf etdirən knyaz Orbeliani, baron Kuçenbax və Azərbaycan türklərinin arasından çıxan iki nəfər ağa olmuşdur. Maraqlıdır ki, 1850-1882-ci illərdə Borçalının kənd təsərrüfatı məhsullarının şöhrəti bütün Avropaya və Asiyaya yayılmışdı. 1850-ci ildə Tiflisdə keçirilən kənd təsərrüfatı məhsullarına baxış sərgisində knyaz Orbeliani Misir pambıq növündən Borçalıda əkdirmiş və yüksək kağız məhsulu almış, əla keyfiyyətli türk tüqün növünə, zərif yun istehsalına görə, "aranut" və "muskat" şərab növünə görə bir neçə orden və medal almışdır. Elə həmin il knyaz Orbeliani Sankt-Peterburqda keçirilən sərgidə pambıq-kağız məmulatının keyfiyyətinə görə mükafatlandırılmışdır. 1851-ci ildə London şəhərində keçirilən ümumdünya sərgisində yerli ağalardan biri ərazidə əla tütün (türk) növünü yetişdirməsinə görə qızıl mükafata layiq görülmüşdür. Ən maraqlısı isə 1863-cü ildə baron Kuçenbaxa verilən mükafat və medal olmuşdur. O, bu medala İsveçrə ilə yerli Azərbaycan cinsli inək südündən alınan pendir, kərə yağı və s. görə layiq görülmüşdür. Ümumiyyətlə, Borçalının sənaye və kənd təsərrüfatı məhsullarından 50-yə yaxın dünya əhəmiyyətli məhsullar hazırlanmış və sərgilərdə mükafatlandı-rılmışdır. Borçalı məhsullarının dünya şöhrəti yerli knyaz və ağaları daha da iştahlandıraraq, kənardan bir sıra texniki avadanlıq gətirmələrinə səbəb olmuşdur. Varlanmış Kalinino (Voronsovka), Cəlaloğlu və s. kimi məntəqələrin molokanları Avropadan 90-a yaxın kotan gətirmişdilər. Bundan başqa, 2 ədəd yoldüzəldən, 4 ədəd otçalan maşın-aqreqat, 3 üyüdücü və 3 taxılbiçən maşın əldə etmişdilər.

Məlumdur ki, bu kənd təsərrüfatı texnikasının istifadəsindən Azərbaycan türkləri tam kənarda qalmışdılar. Onlara etimad göstərmirdilər ki, bu texniki avadanlıqlardan onlar lazımi dərəcədə istifadə edə bilərlər. Buradan aydın olur ki, Azərbaycan türkləri hər vasitə və bəhanələrlə yerli hökumət tərəfindən vurulurdular.

Heyvandarlıq. Borçalı mahalının ərazisinin 3/2 hissəsi heyvandarlıq təsərrüfatının inkişafı üçün tam yararlı hesab olunur. Ərazinin sıldırım qayalıq və dağlıq, alp və sub-alp çəmənliyinin geniş yayıldığı Zəlyə-Brmaqsız və Qomeret-Başkeçid bölgələri demək olar ki, təsərrüfatın bu sahəsi üçün tam yararlıdır.

İnzibati dövlət sənədlərinin verdiyi məlumata görə, mahalda 1885-ci ildə heyvandarlıq təsərrüfatının vəziyyəti aşağıdakı qaydada olmuşdur:

İribuynuzlu mal-qara - 134, 073 baş
Xırda buynuzlu heyvanlar - 413, 454 baş
Atlar - 12, 752 baş
Camış və uzunqulaqlar - 2,936 baş
Donuzlar - 14,493 baş
Cəmi: 577,708 baş.

Mahalda bu illərdə dövlət qeydiyyatından keçmiş 98 yaşayış məntəqəsi var idi ki, bu məntəqələrdə də 97 minə yaxın əhali yaşayırdı. Hər bir nəfərə orta hesabla 0,5 baş qaramal, 2,3 baş qoyun-keçi, 0,12 baş at və öküz, 0,03 baş eşşək və 0,18 baş donuz düşürdü. Əlbəttə, bu göstərici o illər üçün normal hesab olunurdu. Ümumiyyətlə, heyvandarlıq təsərrüfatı mahalın ayrı-ayrı nümayəndəliyində qeyri-bərabər paylanmışdır.

Nümayən-dəliklər Əhalisi İri və xırda buynuzlu heyvanlar At və öküzlər Eşşəklər Donuzlar Cəmi heyvanlar
Ailə Qadın və kişi Qoşqu üçün istehsal olunan heyvanlar Südlük istiqamət Xırda buynuzlu
Trialet

Loru

Borçalı

2687

2052

588

22829

17161

5086

12356

7470

1957

30448

8240

2423

71136

26027

6573

3184

1784

332

380

6262208

2276

4803

1105

119780

48950

12598

Cəmi: 5327 45076 21783 41111 103736 5300 1214 8184 181328

Borçalının heyvandarlığına dair onu qeyd etmək lazımdır ki, bütün kəndlilərin şəxsi mal-qarası və qoyun-keçi, at və eşşəkləri olmuşdur. Cədvəl onların sayını çox aydın şəkildə nümayiş etdirir. Borçalı mahalının heyvanat aləmi dövlət (tabeliyində) torpaqlarında məskunlaşan kənddilərdə hər nəfərə düşən mal-qara, qeyri-dövlət torpaqlarında məskunlaşan kəndli təsərrüfatından sayca xeyli aşağı olmuşdur. Bu proporsiya əsasən ərazidə yaşayan tərəkəmələr (Azərbaycan türkləri) hesabına olmuşdur. Belə ki, hər bir Azərbaycan türkünün həyətində ən azı 3-4 qoyun və 1-2 qaramal, öküz və atların sayı da o birilərindən yuxarı olmuşdur.

Borçalı mahalının iribuynuzlu malqarası yüksək məhsuldarlığı və əla cinsli olması ilə məşhurlaşan "Tərəkəmə" cinsli heyvanlardan ibarətdir. Düzdür, mahalın Loru və dağlıq Trialet bölgələrində də sağmal heyvanlar cins etibarilə yüksək məhsuldarlığa malikdir. Belə yerlərdə Rusiyadan gətirilmiş südlük-ətlik heyvanlar və qoşqu kimi (araba və s.) işlədilən atlar üstünlük təşkil edir. Ümumiyyətlə, XVIII əsrdən başlamış XX əsrin 30-cu illərinə qədər Borçalı nümayəndəliyində ağa, bəy və imkanlı adamların sayca çoxluq təşkil etməsi, ərazidə heyvandarlıq təsərrüfatının inkişafına, iri və xırdabuynuzlu heyvanların sayının artmasına təkan vermişdir. Belə imkanlı adamlardan Hacıxalıl ağanı, Halay bəyi, Səməd ağanı, Emin ağanı, İsrafil ağanı, Alxaz, Məmməd xan, Gülməmməd və başqa bir sıra imkanlı adamları misal göstərmək olar. Adları çəkilən bu adamların hərəsinin on minlərlə heyvanı olmuş, özlərinin şəxsi qışlaq və yaylaq sahələrinin olması ilə knyazların nəzər-diqtətini cəlb etmişdilər. Buna görə də, bu iki qrup adamlar arasında tez-tez anlaşılmazlıqlar olub, toqquşmalar baş verərdi. Elə bunların nəticəsi olaraq, bölgələrdə qaçaq-quldur dəstələri baş alıb gedərdi. Əzab-əziyyət çəkən isə ac-yalavac, muzdlu kəndlilər idi.

Borçalı mahalında XVIII əsrdən başlamış, XX əsrin əvvəllərinə kimi həyətyanı tərəvəz-bostançılıq və bağçılıq təsərrüfatı demək olar ki, çox zəif inkişaf etmişdir. 98 yaşayış məntəqəsinin 106, 152 desyatin sahəsinin yalnız 435 desyatinində təsərrüfatın bu sahələri inkişaf etdirilirdi. Təsərrüfatın bu sahələrindən mahalın nümayəndə-likləri aşağıdakı qayda üzrə istifadə edirdilər.

Trialet 11 desyatin sahədə
Loru 318 desyatin sahədə
Borçalı 106 desyatin sahədə

Ümumiyyətlə, bostan, tərəvəz və bağçılıq kimi təsərrüfatlar iqlim şəraitindən asılıdır. Bu baxımdan mahalın dağlıq bölgələrində olan Trialeti nümayəndəliyi demək olar ki, tam yararsızdır. Cəmi 11 desyatin əkin sahəsi vardır.

Borçalıda tütünçülük təsərrüfatı çox qədim sahə olmayıb, onun inkişaf etdirilməsinə də fikir verilməyib. Tütün əvvəllər Loru nümayəndəliyinin Kurtan kəndi və Borçalı çayı sahillərində çox geniş sahəyə malik olmayan adalar şəkilli ərazilərdə əkilirdi. Sonradan bu əkin sahəsi daha da azalaraq yalnız əhalinin yerli tələbatını ödəmək məqsədilə hər kəs öz həyətyanı sahələrində əkərdilər. Tütün çox əmək tutumlu və xüsusi qayğı tələb edən texniki bitkidir. Borçalıda əsasən Türkiyədən gətirilmiş trabzon və samsun növləri əkilirdi. Borçalıda tütün Lorudan başqa Borçalı nümayəndəliyinin 11 kəndində becərilirdi. Borçalı tütününün əsasını "madanska" növü tuturdu. Bu tütün yerli növlə türk növünün birləşməsindən əmələ gələn ən əla növdür.

Borçalı mahalında təsərrüfatın bu sahələrindən başqa, quşçuluq, arıçılıq, ipəkçilik və kustar sənaye (ev şəraitində) sahələri də çox geniş inkişaf tapmışdır.

Borçalıda kustar sənaye sahəsi. İlin uzun keçən qış və payız aylarında kəvdlilərin asudə vaxtı çoxalardı. Mahalın Zəlyə bölgəsində Tamala-xaraba kəndinin (qaraçılar) kişiləri bir qayda olaraq qonşu rayonlara və şəhərlərə gedib aprel-may aylarına kimi müxtəlif sahələrdə, o cümlədən xırda dəmirçixanalarda hazırlanan məişət avadanlıqları, kənd təsərrüfatı (yaba, bel, xırda kotan, at nalı və s.) alətləri hazırlayıb satardılar. Qadınları isə ev şəraitində müxtəlif paltar-geyim tikməklə və fala baxmaq kimi özlərinə xas olan işlərlə pul qazanardılar. Bu qaraçıların demək olar ki, 90 %-i at oğurluğu ilə qədimdən məşhurlaşmışdılar. O ki, qaldı bu bölgələrin yunan və erməni əhalisinə, bunlar qaraçılardan fərqli olaraq, özlərinin bu aylarda qazanc mənbəyini mal-qara üçün tövlə, ev tikintisində, hasar (çəpər) və yol çəkilməsində, müxtəlif ölçülü tərəcə və sandıqlar, kənd təsərrüfatı alətləri, ağacdan hazırlanmış sap (Borçalı yerli şivə danışığı), mətbəx avadanlığı istehsalında və s. görərdilər. Yunanlar bir qayda olaraq Borçalı nümayəndəliyinə gəlib, 3-4 ay (iyundan avqust ayının axırlarına qədər) aran zonasında yaşayan əhalinin taxıl, buğda, qarğıdalı və ot çalmaq kimi kənd təsərrüfatı işlərini icra edib, əvəzində buğda, arpa və s. məhsullar alardılar. Bundan başqa bu xalqların nümayəndələri Azərbaycan türklərinin sıx məskunlaşdığı kəndlərdə ev tikmək, hasar (çəpər) çəkmək, qəbir daşları (sinə və baş) və s. işlərin icrası ilə də məşğul olurdular.

Erməni və yunan qadınları isə əsasən ev şəraitində yun, pambıq və kətandan corab, əlcək, palaz və s. geyim nümunələri toxuyub bazarlarda satardılar. Türk qadınları isə (əsasən tərəkəmələr) yundan qədim xalçalar, kilim, xurcun, farmaç və yastıqlar hazırlayırdılar. Kişilər isə yunəyirici cəhrə, yun əyirən avadanlıq, yağ istehsal edən nəhrə və s. alət və avadanlıqlar hazırlayırdılar. Qəzanın Sarvan, Qızılhacılı, Çoruk Qəmərli, Şüləver, Saraçlı, Arıxlı və s. məntəqələrində dəmirçixanalar fəaliyyət göstərirdi ki, burada da kənd təsərrüfatı alət və avadanlıqları, qab-qaçaq lehim-ləmək üçün qalayçıxanalar da çox geniş inkişaf etmişdi. Bu qədim sənətkarlıq ocaqları Borçalıda XX əsrin 60-cı illərinə kimi fəaliyyət göstərirdi. Hazırda bu incə və qədim peşə sahələri qəzanın yalnız ucqar, əlçatmaz məntəqələrində fəaliyyətdədir. Şübhəsiz, belə qədim və gərəkli sahələri inkişaf etdirmək çox vacibdir. Çünki bu xırda kustar sənət sahələri xalqımızın ulu keçmişindən xəbər verib, bizləri tədricən qədim irsi köklərə qaytarır.

 

Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003