|
Tbilisi
(1936-cı ilə qədər «Tiflis») Gürcüstan Respublikasının paytaxtı olmaqla
yanaşı iri sənaye, elm, mədəniyyət və nəqliyyat mərkəzlərindəndir. Bu ərazi Kür çayının hər iki sahilində 406-522 m.hündürlükdə Tbilisi çökəkliyində
yerləşir. İllik orta temperatur yanvar ayında 0.5 º S, iyul ayında 24.2 º S
olur. İllik yağıntının miqdarı isə 510 mm-dir. Sahəsi 348.6km ², əhalisi
1 miliondan artıqdır (1 yanvar 1975-ci il məlumatlarına görə). Onlardan 57.5
% gürcü, 16.9 % türk, 14 % rus, 2.5 % osetin, 2.2 % yəhudi, 6.9 % isə digər
millətlərdir. Tbilisi 8 rayona bölünür.
Tarixi
arayış. Arxeoloji məlumatlara görə şəhərin ərazisi hələ e.ə
III-IV minilliklərdən yaşayış məskəni olmuşdur.
Tiflisin istehkam qalası
olması haqqında ilk yazılı mənbələr e.ə
IV əsrə təsadüf edir. Şəhərin
inkşafında əsas amil onun Gürcüstanı Azərbaycan, İran və Suriya ilə
birləşdirən əsas ticarət
yollarının üstündə olması idi. Çar I Vaxtanq Qorqasalenin (?-502)
vaxtında Tiflis şərqi Gürcüstanın ən inkişaf etmiş iqtisadi mərkəzlərindən
birinə çevrilmişdi. I Vaxtanqın oğlu olan Daçi
Tiflisi şərqi Gürcüstan
dövləti olan Kartlinin (Qədim Mesxeti ilə birlikdə) paytaxtı elan
etdi. VII əsrin ortalarında ərəblər Gürcüstanı istila etmiş,
VIII əsrin 30-cu illərindən etibarən isə Tiflis ərəb əmirinin mərkəzi iqamətgahı
olmuşdur (Tiflis əmirliyi). 1122-ci ildə Qurucu Davidin dövründə Tiflis
azad olunaraq mərkəzləşmiş Cürcü dövlətinin paytaxtına çevrilir.XII-XIII
əsrlərdə Tiflis yaxın şərqin ticarət, sənətkarlıq və
mədəniyyət mərkəzlərindən biri kimi hər yerə səs salır. XIV əsrin
2-ci yarısında Əmir Teymurun ordusu buranı istila edir.
XV əsrin axırı
XVII əsrin əvvəllərində dəfələrlə Osmanlı və Səfəvi orduları
tərəfindən işğallara məruz qalır. XVII əsrdə isə
I Şah Abbasın
hücumu Tiflisin, o cümlədən
Gürcüstanın vəziyyətini bir az da çətinləşdirir.
XVII əsrin 2-ci
yarısındın etibarən Tiflisdə vəziyyət sabitləşir. Beləki şəhər qalaları yenidən
qurularaq qonşu dövlətlərlə ticarət əlaqələri bərpa olunur. Tiflisdə ilk
tipoqrafiya 1709-cu ildə təsis edilmişdir. 1801-ci ildə şərqi Gürcüstan
əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra Tiflis əvvəlcə
Gürcüstan quberniyasının (daha sonra-Tiflis.1846-cı il) adminstrativ
mərkəzi, eyni zamanda rus ordusunun baş komandanlığının iqamətgahı, 1845-ci
ildən isə Qafqaz canişinliyinin mərkəzi kimi fəaliyyət
göstərmişdir. 1819-cu ildən etibarən isə ilk gürcü qəzeti «Sakartvelos
qazeti» («Gürcüstan qəzeti») işıq üzü görməyə başlamışdır. 60-cı illərdən başlayaraq Zaqafqaziyada dəmiryol tikintiləri ilə əlaqədar
olaraq Tiflisin iqdisadi inkişafı daha da gücləndi.
XIX əsrin 2-ci
yarısında Tiflisdə
dəri-gön zavodları və tütün fabrikləri yarandı. Şəhər
əhalisi sürətlə artmağa başladı. 1897-ci ildə burada əhalinin sayı 160 min
nəfərə çatırdı. Gürcü, türk və digər Zaqafqaziya millətlərinin hesabına
sənaye işçilərinin sayı xüsusi ilə artmışdı. Dəmiryolçular içərisində rus
fəhlələridə üstünlük təşkil edirdilər.
XIX əsrin 70-ci illərinin
əvvələrində şəhərin müəsisələrində etiraz və fəhlə tətilləri geniş miqyas
aldı. XIX əsrin axırlarında Tiflis Zaqafqaziyanın inqilab mərkəzlərindən
birinə çevrildi. 1887-ci ildə Zaqafqaziyada ilk fəhlə təşkilatı «Raboçiy
Soyuz» yarandı. Tiflis proletariatı 1905-1907-ci illər Rusiyadakı inqilaba
əhəmiyyətli dərəcədə öz tövhəsini verdi. 1917-ci il fevral
burjua-demokratik inqilabı ərəfəsində zəhmətkeşlərin, hərbiçilərin və
kəndlilərin deputatı olduqları məclis formalaşdı.Bu hökümətdə əsasən
menşeviklər
təmsil olunmuşdular.1918-ci il mayın 26-da isə Tiflisdə müstəqil Gürcüstan
hökuməti yarandı. Lakin 1921-ci il fevral ayının 25-i Sovet qoşunları
buranı zəbt edərək Gürcüstan Sovet Sosialist
Respublikasını yaratdılar.
Tiflisdə bir çox məşhur
gürcü yazıçı, şair, rəssam, bəstəkar və içtimai nümayəndələri ilə yanaşı
(Aleksandr və İlya
Çavçavadze, N.Barataşvili, N.Nikoladze, Z.Paviaşvili, Akakiy və Georqi
Çereteli və s.) türk xalqınında içtimai-siyasi və mədəniyyət xadimləri
(N.Nərimanov, Ə.Topçubaşov, M.F.Axundov, M.Ş.Vazeh və.
s.) anadan olmuş və
yaşayıb-yaratmışlar. Sovet ittifaqı dağıldıqdan sonra Tiflis yenidən
müstəqil Gürcüstan dövlətinin paytaxtı kimi özünü çətinliklərə baxmayaraq
yaşatmaqdadır.
İqdisadiyyatı. Tiflisdə istehsal olunan sənaye məhsulları ölkə
iqdisadiyyatının 33%-ni təşkil edir. 1941-1974-ci illər ərzində sənye
məhsulunun həcmi 11 dəfə artmışdır. Əsas istehsal
sahələri-maşınqayırma, metalemalı, yüngül və yeyinti sənayesidir. Ən böyük
maşınqayırma və metalemalı zavodları bunlardır- Elektrovozquraşdırma,
aviasiya, dəzgahqayırma, şərabistehsalı avadanlıqları, elektrotexnika və
cihazqayırma, teleqraf aparatları, çuqunsüzmə, elektrovaqontəmiri və s. Maşınqayırma və metal emalı sahəsində şəhərin
sənaye-istehsalat heyyətinin 37%-i çalışır. Yüngül sənaye isə ipəkçilik,
trikotaj, tikiş, dəri-gön və s. sahələri özündə birləşdirir. Çox inkişaf
etmiş yeyinti sənayesi vardır. Buraya şərab, şampan, konyak, tütün, yağ, çörəkbişirmə, qənnadı məmulatları, pivə və alkoqolsuz içkilər, ət,
süd və pendir ,dondurmatipli və s. məhsulları istehsal edən zavod və
kombinatlar daxildir. Digər sənaye sahələrinə aid isə ağac və mebel
emalı, tikinti materialları, şüşə-saxsı, əczaçılıq-farmokoloji, poliqrafiya
və s. müəssisələri göstərmək olar.
Nəqliyyatı.
Tiflis nəhəng
nəqliyyat mərkəzlərindəndir ki, buda özündə Zaqafqaziya ilə Şimali Qafqazı
birləşdirən maqistral dəmiryol və şosse yollarını qovuşdurur.
Tiflisdə
yaxşı inkişaf etmiş şəhərdaxili
transport (avtobus, tramvay və trolleybus)
və metropoliten (1966-cı ildən) nəqliyyat formaları fəaliyyət
göstərir. Bundan başqa şəhərin mərkəzi küçələri ilə dağlıq ərazini
birləşdirən sərnişin daşıyan kanatlı yollarıda (3 asma və 1 funeklyor)
göstərmək olar. Hal-hazırda aşağı templədə olsa yaşayış və digər təyinatlı
binaların tikintisi də gedir.
Şəhərin tərkibinə
«Tbilisi dənizi» adlanan su anbarı da daxildir.
Memarlığı.
Tiflis Kür
çayının sahili boyu dağlara söykənərək nazik zolaq kimi 30 km məsafədə
uzanır. Mərkəzi rayonların əsas maqistral küçələri olan Rustaveli və
Plexanova prospektləri Kür çayının qırağı ilə keçir.
Tiflisin cənub-şərq
hissəsində onun qədim mərkəzi olan dar küçəli «Köhnə şəhər»
yerləşir. Buranın orta əsr tikililərinin cizgilərini özündə saxlamış, oyma
ağaclı eyvanlarla (əsasəndə XIX əsrin 30-60-cı illəri) bəzədilmiş 2-3
mərtəbəli
kərpic
binaları, özünəməxsus yerli və klassik elementlərin birləşməsindən əmələ
gəlmiş memarlıq formaları vardır. «Köhnə şəhər»-də Narikala məbədinin
qalıqları (köhnə hissəsi IV əsr.təzə hissəsi
XVI-XVII əsrlər), daş
Ançisxati kilsəsi (VI əsr, yuxarı hissəsi və tağlar
XVI əsr), Metexi
kilsəsi (1278-1293), Sioni kilsəsi (VI-VII əsrlər), Şah Rostomun hamamları
(XVII əsr), Tiflis cümə məscidi kimi tarixi tikililər vardır. (Vaxti ilə
unikal tikili olan Şah Abbas məscidini gürcülər körpü tikintisi adı ilə
bəhanə edərək uçurmuşdular).
XIX əsrdən başlayaraq isə «Yeni şəhər»
adlanan (müasir Tiflisin mərkəzi) gec klasisizm stilsində olan bina və
küçələrin düzbucaqlı şəbəkəsi genişlənməyə
başladı.(Qafqaz ordusunun
mərkəzi ştabı -1824-cü il, Zubalaşvili mehmanxanası (Hal-hazırda Gürcüstan
dövlət incəsənət muzeyi -1835-ci il).və.s.).
XIX əsrin axırları, XX
əsrin əvvəllərində isə gürcü milli memarlıq formalarından istifadə
olunaraq bir çox gəlirli ev, inzibati və içtimai binalar
tikilmişdir. (Keçmiş Gürcü zadəgan-torpaq bankı (hal-hazırda isə Gürcüstan
dövlət kitabxanası) 1912-1916-cı il, memar A.N.Kalqin). Sovet hakimiyyəti
illərində tikintilər baş plana uyğun aparılırdı (1-ci 1934-cü ildə tərtib
olunmuş, 2-cisi isə
1957-ci ildə, nəhayət yeni baş plan isə 1970-ci ildə təsdiqlənmişdir.
Memarlar İ.Çxenkeli, A.Cibladze, Q.Çaparidze, Q.Şavdiya), hansıki
Tiflisin Kür
çayının sahili boyu şimal-şərq (su anbarı) istiqamətində inkişafını
nəzərdə tutmuşdur. Avçala, Saburtalo, Diqomi, Qldani, Poniçala və s. kimi yeni
yaşayış məntəqələri salınmışdır. Köhnə maqistral və meydanlar
abadlaşdırılmış, rekonstruksiya edilmiş, yeniləri tikilərək istifadəyə
verilmişdir. Bundan başqa körpülər və sahilkənarı içtimai istirəhət
mərkəzləri salınmışdır. Yeni tikililər arasında misal olaraq Gürcüstan
hökümət evini, İdman sarayını, «İveriya» mehmanxanasını, Filarmoniyanın
konsert zalını və.s qeyd etmək olar.
Elm
və Mədəniyyət mərkəzləri.
Tiflisdə
Gürcüstan Elmlər Akademiyası və onun institutları, Botanika bağı,
Gürcüstan Kənd Təssərrüfatı Mexanizasiya və
Elektrifikasiya Elmi-tədqiqat İnstitutu, Gürcüstan Bağçılıq,
Üzümçülük və Şərəabçılıq
Elmi-tədqiqat
İnstitutu, Gürcüstan Yeyinti Sənayesi Elmi-tədqiqat
İnstitutu və digər
müəsisələr; 10-dan artıq ali təhsil ocağı (Tbilisi
Dövlət
Universiteti, Gürcüstan Politexnik Universiteti, Tbilisi Tibb
Universiteti və.s).
227 orta (buraya M.F.Axundov adına 1 türk
məktəbidə daxildir), 24 xüsusi orta, 27 orta-ixtisas məktəbi, 207
məktəbəqədər tərbiyə ocağı,
1 yanvar 1975-ci ilə qədər 104 kütləvi
kitabxana (ən böyüyü Gürcüstan Dövlət
Kitabxanası), 16 muzey (S.Canaşiya
adına Gürcüstan dövlət muzeyi,Gürcüstan xalq tətbiqi sənəti
muzeyi,Gürcüstan şəkil qalereyası,ədəbiyyat muzeyi və.s), Z.P.Paliaşvili
adına Gürcüstan Opera və Balet Teatrı, Şota Rustaveli adına teatr,
A.S.Qribayedov adına Tbilisi Rus Dram Teatrı, M.F.Axundov adına Azərbaycan
Dram Teatrı, Musiqili Komediya Teatrı, kukla teatrı, sirk, filarmoniya, V.Saracaşvili adına konservatoriya, «Gürcüstan-film» kinostudiyası, 38
klub, 67 stasionar kinoqurğu, 13 məktəbdənkənar müəssisə, 9 dövlət
nəşriyyatı («Sabçota Sakartvelo», »Merani», «Qanatleba», «Nakaduli» və.s),
dövlət və özəl radio və televiziyaları (1-ci və 2-ci dövlət kanalları,
İmedi, radio Fortuna və .s), teleqüllə, informasiya agentlikləri, yüzlərlə
qəzet və jurnallar, qeyri-hökümət təşkilatları və.s fəaliyyət göstərir.
Səhiyyə və Turizm.
Tiflisdə 1975-ci ilə qədər 12.5 min çarpayılıq 56 səhiyyə müəssisəsi (hər
min nəfərə 12.4 çarpayı), 144
ambulator-poliklinika, 14
sanitar-epidemioloji stansiya fəaliyyət göstərirdi. Və bu sahədə 9.7 min
nəfər həkim (104 nəfərə 1 həkim) və 14.2 min nəfər orta tibb personalı
çalışırdı. Bundan
başqa 20 tibb elmi-tədqiqat institutu, kurortologiya və fizioterapiya
institutunun nəznində dayaq, hərəkət, nəfəs və dəri orqanlarının,
periferik və
əsəb sistemlərinin müalicəsi zamanı mineral mənbələrdən, termal (27-47
dərəcə) hidrosulfid sularından . (Kompleks müalicə üçün bəzən Kumiss
gölünün palçığıda istifadə olunur) istifadə olunan səhiyyə müəssisələrini
də qeyd etmək olar. Tiflisin ətrafında qanın və nəfəs orqanlarının müalicəsi
aparılan Kocori (Tiflisdən 19 km uzaqlıqda), Kiketi (27 km), Manqlisi (64
km) və Çxneti (8 km) kimi dağklimatlı kurortlarda var.
Tiflis keçmiş
sovet məkanında ən iri turizm mərkəzlərindən biri idi. Şəhərdən 22
ümumittfaq turist marşurutları (məs; Qara dəniz sahillərinə, Kaxetiyadan
Azərbaycana gedən Gürcüstan hərbi yolu) keçir. Həmçinin 3 turistik baza,
motel və kempinq. Yaxınlıqda yerləşən məşhurlarından isə Mçxeta,
Kocori, Çxnetini göstərmək olar.
Diqqət! Şəkillərin üzərindən daxil olaraq
onlara böyük formada baxa bilərsiniz.
Müəllif və foto: Elxan Xəliloğlu. |