|
Borçalıda maarifin yayılması və
inkişafı onun mənsub olduğu türk dünyası
və türkçülüyün inkişafı
istiqamətindrə olmuşdur. Mahalda bu problemi öyrənmək
türk dünyasının sivilizasiyasından ayrılıqda
qeyri-mümkündür. Tarixi gedişatda coğrafi-ərazi
baxımından hansı ictimai-siyasi qurumun dövlət
tərkibinə daxil olmasından asılı olmayaraq, Borçalı
böyük Türkiyə və Azərbaycan dövlətlərinin
keçid astanasında yerləşmişdir. Daha dəqiq
desək, Borçalı hər iki dövlət arasında
hərbi strateji əhəmiyyət kəsb edən bir dəhliz
rolunu oynayır. Bu baxımdan Borçalı öz təbii-coğrafi
mövqeyi və imkanına görə böyük bir xalqın
iki dövlətdə yaratmış olduğu
mədəni-maarif dünyasının mənəvi
incilərini özündə əks etdirmişdir.
Şübhəsiz, Borçalı maarifini
təkcə Azərbaycan və Türkiyə maarifinin mexaniki
sintezi kimi götürmək düzgün olmaz. Ona görə
də özünəməxsus spesifikliyi də bunlara
əlavə etdikdə, tam bütövlük yaranmış
olar.
Qədimdən bəri Borçalıda maarifin
inkişafının özünəməxsusluğunu yaradan
əsas amil onun təbii-iqtisadi imkanları, əhalinin milli
hisslərə qarşı inkişafı, əmək
vər-dişləri, əhalinin sosial bazasının
zəminləri, qeyri xalqlarla təmasda olması əsas götürülmüşdür.
Borçalının vahid bir ərazi kimi, Rusiya
ilə Yaxın və Orta Şərq dövlətlərinin
ticarət yolu üstündə yerləşməsi, onlarla qarşılıqlı
ünsiyyətdə olması, Asiya, Avropa tacir və
səyyahlarının daimi səfərləri, yerli
əhaliyə çox zəruri elmi-mədəni və
maarif-təhsil mübadiləsi imkanı yaratmışdır.
Elə bunun nəticəsidir ki, ulu babalarımız zaman-zaman
yaranmış yazılı abidələri və ulu tarixçəmizi
qismən də olsa əldə edib bu günümüzə
gətirib çatdırmışlar.
Beləliklə, Borçalı dünya
sivilizasiyasından, maarifin inkişafında mütərəqqi
sayılan ideyalardan kənarda qalmamışdır. Borçalıda
maarif oçaqlarının inkişafını professor Zahid
Qaralovun fikrincə, şərti olaraq 4 inkişaf
mərhələsinə bölmək olar.
- Birinci inkişaf mərhələsi: Miladdan VII əsr
öncə VIII əsrə qədər;
- İkinci inkişaf mərhələsi: VII əsrdən
XVIII əsrə qədər;
- Üçüncü inkişaf mərhələsi: XVIII
əsrdən 1917-ci ilə qədər;
- Dördüncü inkişaf mərhələsi:
1917-1920-ci illərdən 1990-cı illərə
qədərki dövr.
Göründüyü kimi bu
mərhələlərin hər biri uzun tarixi dövrü
əhatə edir. Bu dörd dövrün hərəsini öz
inkişaf yoluna görə bir neçə yarımdövrə
ayırmaq olar. Ümumiyyətlə, Borçalı türk
tayfaları (bizim əsrə qədər) bu
məmləkətin aborigen xalqlarından birincisi olduğu
üçün birinci mərhələni aşağıdakı
yarımdövrlərə ayıra bilərik:
- Ən qədim dövr- heyvandarlıq və əkinçiliyin
meydana gəlməsi yarımdövrü;
- Mədəni inkişaf təsərrüfatçılığına
qədəm qoyulması dövründən İslam dininin
yayılmasına qədərki yarımdövr.
Borçalı türklərinin ibtidai içma
dövründən tədriçən feodalizmə keçməsi
tarixi zərurət olmuşdur. İnsanlar təbiəti,
ətraf mühitdə baş verən hadisələri və
qanunauyğunluqları daha ətraflı öyrənməyə
ehtiyac duymuşlar. Bu ehtiyac bir tərəfdən daha
məhsuldar təsərrüfatçılıq yaratmaq
zəruriyyətindən irəli gəlirdisə, digər
tərəfdən daha dözümlü, sağlam, qoçaq
övladlar boya-başa çatdırmaq qayğısından doğmuşdur.
Bunun bir səbəbi də o idi ki, Borçalıda quldarlıq
dövrü olmamışdır. Borçalının türk
qövmləri və qolları bir-birini əzmək, qul halına
salmaq psixologiyasından uzaq olublar. Bu xalqın əsas me'yarı,
amalı yaxşı nəsil yetişdirmək, nəsli artırıb
inkişaf etdirmək və onları qorumaq olub.
Türk dünyasının digər bölgələrində
olduğu kimi, Borçalıda da maarif və təhsilin ilk dövrləri
fərdiliyə əsaslanmışdır, kütləvilik
olmamışdır. Təlimin təşkilat forması
fərdi və qrup (bir nəslin, tayfanın,
məhəllənin və s. uşaqlarının bir yerə
toplanması əsasında) halında olmuşdur. Əlbəttə,
bu hal sonrakı mərhələlərdə də saxlanmışdır.
Təlim-tərbiyə metodları sırasında nümunə,
inandırma, əməli iş, təlimat ön planda olub.
Təlim-tərbiyənin məzmunu əsasən təbiət
nemətlərindən istifadə edərək nəsli yaşatmaq,
təbiətin qanunlarına uyğunlaşmaq, davranış
qaydalarını öyrətmək olmuşdur. Həmin dövrdə
xüsusi təhsil müəssisələrinin fəaliyyət
göstərməsi barədə əlimizdə tutarlı
faktlar yoxdur. Bununla belə, inkarolunmaz həqiqət belədir
ki, oğlanların təlim-tərbiyəsi ilə sistematik
olaraq ata, baba, böyük qardaş və içma başçıları,
qızlarla isə ana, nənə, böyük baçı, içma
və tayfa ağbirçəkləri məşğul olmuşlar.
Borçalının təbii şəraitinin
rəngarəngliyi və müxtəlif landşaft formalarının
olması əhalinin tarixən torpağa bağlılığını,
onun sinəsində bol nemətlər bolluğu yaratmasını
şərtləndirmişdir. Ərazinin çox hissəsinin
dağlıq və dağətəyi zonadan ibarət olmasına
baxmayaraq, əhali bu yerlərdə tarix boyu oturaq, məhsuldar
kəndli təsərrüfatı və fəsli köçəri
(yaylaq və qışlaq) aran təsərrüfat
sahələri yaratmışdır.
Borçalının fauna və florası
çox zəngindir. Türklərin ta qədimdən bu
eldə, obada yurd-yuva salması da bu zənginliyin hesabına
olmuşdur. İnsanlar ilboyu təbiətin hazır məhsulları
ilə təmin oluna bilmişlər. Onlar ev heyvanları saxlamış,
ev quşları bəsləmiş, vəhşi heyvanları,
çöl quşlarını ovlamış, qida əldə
etmişlər. Bitki örtüyündən, onun bar verən
meyvə ağaçlarından da bir qida mənbəyi kimi
istifadə etmişlər.
Böyüyən və inkişaf edən
gənc nəslin təlim-tərbiyəsinin məzmununu da
əsasən belə məşğulluq forması təşkil
edirdi. Uşaqlara ov alətləri və onun qayda-qanunları
öyrədilirdi. On iki, on üç yaşına çatmış
oğlanlar böyüklərlə birlikdə ova, cıdır
meydanlarına aparılır, onlara heyvan və quşları
ovlamaq yolları əyani göstərilirdi. Bir qayda olaraq
təkrar-təkrar bu ovlama işləri təşkil olunub,
gənc nəslə tapşırılır: biz necə ovladıqsa
siz də beləcə hərəkət edin. Sonradan
yeniyetmə və gənclərin özlərinə həmin işi
icra etmək tapşırığı verilir. Böyüklər
onların fəaliyyətini müşahidə edib
qiymətləndirirlər. Beləliklə, onlara da işdə
sərbəstlik verilir. Qızların əmək
fəaliyyəti isə iki istiqamətə yönəldilirdi:
qida və meyvə bitkiləri toplamaq, evdarlıqla məşğul
olmaq.
Oğlan və qızların ailə qurmaq həyatına hazırlanmalarına
xüsusi diqqət yetirilirdi. Təsadüfi ailə qurmaqdan
onları daim çəkindirirdilər. Mümkün
qədər bir-birini yaxşı tanıyan ailələrlə
qohumluğa üstünlük verilirdi. Evlənmə yalnız
hər iki tərəfin ailə, tayfa başçılarının
razılığı ilə həyata keçirilirdi. Böyüklərə
hörmət, ailə üzvlərinə və qohumlara
sədaqət göstərmək uşaqların və
gənclərin tərbiyəsinin əsasını təşkil
edirdi.
Təbiətdə baş verən
hadisələri müşahidə etmək və əməli
fəaliyyətdə təbiət amillərini
nəzərə almaq gənc nəslin təhsilində xüsusi
yer tuturdu. Adamlar arasında münasibətin təmizliyinə
daha çox diqqət yetirilirdi.
Düzlük və doğruçuluq, xeyirxahlıq
və paklıq, igidlik və mətinlik tərbiyəsi bütün
əsrlər boyu Borçalı türklərinin
tərbiyə ənənəsində yaşadılmışdır.
Heyvandarlığın və əkinçiliyin
inkişafı Borçalı türklərinin həyatında,
gənclərin təlim-tərbiyəsində yeni
istiqamətlərin yaranmasına səbəb olmuşdur. Qaramalın,
qoyunçuluğun, atçılığın və arıçılığın
inkişafı Borçalıda kənc nəslin nümayəndələrindən
daha məsuliyyətli olmağı tələb edirdi. Buna görə
də uşaqların və gənclərin bu
sahələrdə əmək fəaliyyətinə hazırlanmalarına
daha çox ehtiyac duyulurdu.
Çovdar, buğda, arpa, qabılça
əkini, dəmirçilik, dülgərlik, bənnalıq
və nalbəndlik sənətkarlığın inkişafına
güclü təkan verirdi. Aran zonalarında bostançılıq
və bağçılıq, tütünçülük,
bir qədər sonra pambıqçılıq, 1930-cu
illərdən isə üzümçülük üzrə
peşəkar mütəxəssislər yetişdirmək
tələbini həyat özü irəli sürürdü.
Qarğıdalı, kartof, kələm, lobya (paxla), sonralar
isə pomidor, badımcan, bibər (istiot), xiyar və müxtəlif
göyərtilər əkib-becərmək nisbətən kec
yayılmışdır. Heyvandarlıqda və əkinçilikdə
oğlanlarla qızların, ümumiyyətlə, kişi
və qadınların möhkəm əmək bölgüsü
yaradılmışdı. Heyvanları otarmaq, qışda tövlə
şəraitində yemləyib bəsləmək bir qayda olaraq
kişilərin işi, sağmaq, südün emalı və s.
qadınların üzərinə düşürdü. Yunun
yuyulması, əyirilməsi, palaz, xalça, kilim və s.
əşyaların, bəzək şeylərinin hazırlanması
məsələsinə qadınlar, yunun qırxımına
isə kişilər cavabdeh idilər.
Sınıqçılıq, təbiblik Borçalıda xüsusi
peşə kimi inkişaf etdirilmişdir. Bütün müalicələr
yalnız təbii bitkilər və onların kökləri,
çiçəkləri, heyvan piyi, bal və s. məmulatlarla
olmuşdur. Bu sahədə qazanılan təcrübə
ənənə şəklində nəsildən-nəslə
bacarıqla çatdırılıb.
Rusiya ilə Gürcüstan arasındakı
Georgiyevski müqaviləsi, Türkiyəyə qarşı
bunların birgə müharibəsi Borçalı türklərinə
qarşı münasibəti də kəskin surətdə
pisləşməyə doğru yönəltdi. XIX əsrin
əvvəllərindən başlayaraq, Borçalıya rusların(molokan,
duxabor və sektantlar) və Türkiyə ermənilərinin kütləvi
miqrasiyası başlandı. Bunlarla yanaşı,
bərəkətli Borçalı torpaqlarında xeyli yunan
və almanlar da yerləşdirildi. Beləliklə, ruslar,
ermənilər və almanlar öz dillərində
məktəblər yaratdılar. Yunanlar rus dilində,
ermənilər isə öz dillərində oxumağa başladılar.
Qəribə burasıdır ki, türk balalarının rus
və gürcü məktəblərində oxumasına
çox böyük yer verilirdi. Bizcə, bu da aydın idi.
Borçalıya sonradan dəvət olunmuş
almanlar üçün bu mahalın ikinci, erməni, yunan
və ruslar üçün isə üçüncü
vətəni sayılan xalqlara bu ərazidə Azərbaycan türklərinin
torpaqlarından ayırıb verilməsindən başqa, hakim
dairələr onlara müsəlmanları sıxışdırmaq
üçün də çox böyük dövlət
imtiyazları verdilər. Onlar torpaq vergisindən və bağ
xərcindən tamamilə azad edildi. Mahalda onlar knyaz
ailəsindən sonra ikinci platformada dayanırdılar. Əlbəttə,
bu imtiyazlar istər aborigen xalqa və istərsə də
şıltaqlıq baxımından gəlmə qrupa və
onların təlim-tərbiyəsinə təsir etməyə
bilməzdi. Lakin təbii, obyektiv proseslər dönməz idi.
Əhalinin milli tərkibinin dəyişməsi xalqların
bir-birlərinin təsərrüfat fəaliyyəti və
mədəniyyəti ilə yaxından tanışlığına
şərait yaratdı. Onların hər biri üçün
faydalı sayıla bilən qarşılıqlı
təsirlər də özünü göstərdi. Bunlarla
yanaşı, Borçalıda tarixən yaranmış sağlam
milli adət-ənənələrin təbii axarına
maneələr də artmağa başladı. O cümlədən,
ata-oğul, qız-ana, ər-arvad, qardaş-bacı və
qohumluq, dostluq münasibətlərində türk dünyasına
yad olan ünsürlər tədricən xalqın
mənəviyyatına daxil oldu. Milli zəmində vaxtaşırı
toqquşmalara da yol verildi. Milli ayrı-seçkiliyin yaranmasında
xristian din xadimləri, ayağına yer etmiş
ermənilər və ruslar bu işdə daha çox fəallıq
göstərirdilər. Bu iki millətin təsiri ilə yerli gürcülərdə
şovinist ideyalar baş qaldırır, milli ədavət
toxumu səpilirdi. Türklərin sıxışdırılmasına
meyl küclənirdi.
Göstərilən dövrdə Borçalının
bəzi bölgələrində rus-türk
məktəbləri yaradılmışdı. Maraqlıdır
ki, 10-15 il ərzində Borçalıya köçürülmüş
rusların, ermənilərin, yunanların, svanların demək
olar ki, hamısı türk dilində danışmağı
öyrənmişdilər. Bu həmin millətlərin yerli
əhali ilə hərtərəfli əlaqələr yaratmaq
cəhdinin nəticəsində baş vermişdi. Bütün
kəndlər, çaylar, meşə və dağlar,
dərələr, düzənliklər türk adı olduğundan
onları öyrənməklə lüğət fondlarını
çox tez zənginləşdirə bilmişdilər.
Təəssüf ki, artıq həmin adların demək olar ki,
hamısı indi dəyişdirilib, tam yad sözlərlə
əvəz edilmişdir.
Keçən yüzillikdə və yaşadığımız
əsrin ikinci yarısında erməni-rus dueti Borçalı
türklərinin təlim-tərbiyə sisteminə də
mənfi meyllərin güclənməsinə təsir etmişdir.
1910-1920-ci illər arasında isə ermənilər Borçalı
türklərinə, eləcə də gürcülərə
qarşı çıxmış, çoxlu günahsız
qanlar axıtmışlar. Rus imperiyası qırmızı
Sovet imperiyası ilə əvəz olunandan sonra Borçalıda
məktəb şəbəkələri genişləndi.
Demək olar ki, bütün kəndlərdə
məktəblər açıldı. Bu ilk baxışdan mütərəqqi
hadisə, sivilizasiyaya doğru əsaslı addım sayıla
bilərdi. Bununla yanaşı, qırmızı imperiya dövrü
Borçalıya böyük bəlalar gətirdi. Bunların
ən acınacaqlısı 1920-22-ci illərdə Borçalının
parçalanması oldu. Onun ərazisinin böyük bir (6 rayon)
hissəsi götürülüb sonradan Ermənistan deyilən
respublikaya verildi. Bir hissəsi Ağbulaq, Axırkələk
və Zəlyə rayonlarına birləşdirildi. Ciddi
fəlakətlərdən biri də Ahıska türklərinin
Aspinza, Adıgün və s. bölgələrdən sürgün
edilərək Türkiyə ilə Borçalını
birləşdirən həmin ərazilərə
ermənilərin, rusların və gürcülərin
yerləşdirilməsi oldu.
Məktəblərdə xalqımızın
tarixinin, milli coğrafiyasının, dininin və
mədəniyyətinin tədrisi yasaq edildi. Elə bu gün
də yasaqdır. İkinci dünya müharibəsi başlayan
kimi Borçalı türklərinin Türkiyə Respublikası
ilə bütün əlaqələrini kəsdilər.
Beləliklə də Borçalı, xristian dənizinin ortasında
tənha bir adaya çevrildi. Oraya milli-mədəni
muxtariyyət verilmədi. 1910-cu illərdən başlayaraq, Borçalıya
köçürülmüş ermənilərin kütləvi
surətdə "gürcüləşməsi" prosesi
getdi. Qeydiyyatda hamısı gürcü yazıldı. Əlimizdə
bu ifadəni təsdiqləyən geniş material vardır.
Professor V.L.Veliçko özünün şah əsəri sayılan
"Kavkazi-russkoe delo i mecduplemennıe voprosı" kitabında
yazır: "Ermənilər yeganə millətdir ki, özlərinin
xeyri üçün ən alçaq
hərəkətlərə meyl göstərir, düşdükləri
mühitdən asılı olmayaraq assimilyasiyaya uğramaq,
hətta ana familiyasını, soyadı, soykökünü
belə dəyişdirirlər". Müəllifin yazdığına
görə, son 80 ildə ermənilər bir qayda olaraq Gürcüstanda
"şvili" gürcü, Yusif bəy, Qara bəy, İbrahim
xan kimi Azərbaycan, Rusiyada isə Krasilnikov, Sapojnikov, Lisitsin,
Sergeyeva və Panov kimi qeyri-erməni familiyalarını götürmüşlər.
(Bax: V.L.Veliçko. Kavkaz. T. 1. İzd. M.D.Muretovoy. S--Peterburq,
1904, s. 83) Beləliklə, V.Veliçkonun yazdığı bu
misraları gürcü alim və mütəxəssisləri
də təsdiq edir. Həmin əsərdən bir ifadəni
oxucuların nəzərinə çatdırmağı özümüzə
borç bilirik.
Tarix gürcü xalqına sübut etmişdir
ki, hər adama inanmaq, bel bağlamaq olmaz: o cümlədən
də əgər o adamda satqınlıq, ikiüzlülük,
xainlik və nankorluq varsa: sitatı olduğu kimi veririk: arminskoe
meliki Abo i Medjnun oblaqodtelstvovannıe İrakliem 11, kotorıy
ukrıl ix ot persidskix qonenii, v rokovuyu minutu peredalis persiyanam i bıli
provodnikami polçiş Aqa-Maqomet-Xana, razqrabivşix i zalivşix
potokami krovi Tiflis v 1795 qodu. Etot fakt polezno vspominat, koqda armyanskie
publidistı slişkom nastaivayut na tom, çto armyane revnostnıe
xristiane.. 1989-cu ildə qədim Borçalı türklərinə
"gəlmə", "qonaq" damğası vuruldu. Beş-altı
ildə Borçalıdan məcburi köçkünlərin
sayı 250 mini keçmişdir.
Məktəblər dərsliksiz, proqramsız
və pedaqoji ədəbiyyatsız qalıb. Orta
məktəblərin bir çoxu (Dmanisi) bağlanmışdır.
Borçalı həqiqi mənada ağır günlərini
yaşayır. Orada məktəblər Azərbaycanın qayğılarına
möhtacdır. Bunlara baxmayaraq, yarım milyona yaxın Borçalı
türkləri hər cür məhrumiyyətlərə
sinə gərir, məğrurluğunu saxlayır,
dədə-baba torpaqlarına sadiq qalırlar.
1993-cü ilin məlumatına görə, bütün
məktəblərdə şagirdlərin sayı xeyli azalmışdır.
Təkcə Dmanisi rayonunda 23 orta məktəbdən 20-si natamam
orta təhsil məktəbinə çevrilmiş,
bəziləri isə ümumiyyətlə, birdəfəlik bağlanmışdır.
Bolnisdə də eyni vəziyyət mövcuddur. Hər iki
rayondan Azərbaycan türklərinin qovulmasından sonra
məktəblərin və şagird-müəllim kollektivinin
azalması daha kritik nöqtəyə gəlib çıxmışdır.
Bu da öz növbəsində müəllimlərin böhranlı
maddi vəziyyətini daha da ağırlaşdırmış,
onları maarif sistemindən uzaqlaşmağa məcbur etmişdir.
Yeni iş yerləri axtarmaq üçün bu ziyalılar
Azərbaycan Respublikasının rayonlarına pənah aparmışlar.
Bu isə Gürcüstanın azərbaycanlılar yaşayan
dədə-baba yurdun tərk olunmasına və ikinci yaşayış
yerində isə (Azərbaycan) antropogen vəziyyətini daha ağır
vəziyyətə çatdırmış olur. Nəticə
etibarilə qəbul olunmuş təzə əlifbaya keçidlə
əlaqədar Borçalıda dərs vəsaitinin çatışmaması
(bəzi bölgələrdə olmaması),
məktəblərin ümumi təchizatının yarıtmazlığı
dərslərin keyfiyyətini aşağı salıb, maarif
sisteminə böyük zərbə dəyib. Müasir dövrdə
Borçalı və digər bölgələrdə yerləşən
Azərbaycan (hər üç tipdə)
məktəblərinin vəziyyəti haqqında tərtib
olunmuş cədvəl qeyd etdiklərimizi rəqəmlərin
dili ilə daha əyani göstərir.
Gürcüstan Respublikasında olan
Azərbaycan məktəbləri barədə məlumat
(1989-1990-cı illər)
|
Rayon şəhər
|
Cəmi
|
Məktəblərin sayı
|
Şagird sayı
|
Müəllim.
sayı |
| Orta |
n/t.orta |
ibt |
| Marneuli
Bolnisi
Dmanisi
Qardabani
Laqodexi
Telavi
Saqareco
Zəlyə
Tetrisxaro
Rustavi
Tbilisi
|
61
42
36
17
5
1
5
2
3
2
2
|
35
18
23
14
2
1
3
2
1
2
2
|
18
12
9
2
3
-
1
-
1
-
-
|
8
12
4
1
-
-
1
-
1
-
-
|
15763
10061
6309
7833
2978
1149
3266
918
459
814
327
|
2655
1420
1016
1200
185
70
140
75
68
172
194
|
| Cəmi: |
176 |
103 |
46 |
27 |
49805 |
7194 |
Cədvəldən göründüyü kimi,
kriminogen hadisələrlə əlaqədar bütün yaşayış
məntəqələrində fəaliyyət göstərən
məktəblərin əksəriyyətində istər
kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri
çox aşağı enmişdir. Bir məqamı da yaddan
çıxarmaq olmaz ki, əsrin ortalarında Borçalı
və onun qonşu bölgələrinin
məktəblərində sözün əsl mənasında
milli kadrın yetişib, boya-başa çatmasında dövrünün
ziyalı və savadlı müəllimləri olmuşdur
və indinin özündə də vardır.
Belələrindən əməkdar və zəhmətkeş müəllim
Bədəlov İslamı, Hüseynqulu Məmmədovu, Kamal
Fərəməz oğlu Məmmədovu, Rüstəm Hacıyevi,
Bayramova Tərlaləni, Nigar Əliyevanı, Bayramov Xəlili,
Qədir Kərimovu, Kərimov Mahmudu, Səadət Hüseynovanı,
Kələntərli Zinyəti, Rza Darğallı, Kərəm
Tükənovu və s. əsrin axırlarında isə
Xəlil Eyyubovu, Rəhimov Xəlili, Qarayev Müdhəti,
Nəbiyev Mədədi, Afət Minasazovu, Nəbiyev Poladı,
İgidova Elyuranı və s. misal göstərmək olar.
Əlbəttə, bunların sayı bölgələr üzrə
daha çoxdur! Borçalılar bu şəxsləri heç
vaxt unuda bilməzlər.
Şəxsən heydər Əlirza oğlu
Əliyevin Azərbaycanda, Eduard Ambrosiyeviç Şevardnadzenin
isə Gürcüstanda apardıqları fuvdamental dəyişikliklər
nəticəsində hər iki respublikada yaxşılığa
doğru çox böyük işlər görüldü.
1995-1996-cı illərdə Azərbaycandan yüzlərlə
azərbaycanlı ailəsi geriyə, Gürcüstana qayıtdı.
Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|