Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasndan danrlar EKSKLUZV
Grcstan Azərbaycanllar Konqresinin sədri Əli Babayev ilə msahibə EKSKLUZV
Yeniyetmə istedadlarn milli musiqi sevgisi EKSKLUZV
Bizdə əhali ancaq sekilərdə yada dr EKSKLUZV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə Borçalı və digər yaşayiş məntəqələrinin etimologiyasina dair yazili və şifahi söyləmələr

Borçalı - əhali yaşayan bir coğrafi ərazi kimi əsasən 60-a yaxın türk qövmünün cəmləşdiyi, daimi məskunlaşdığı məmləkətdir. Bu məmləkətə əsasən Borçalının eyni adlı nümayəndəliyi, Çoruk Qəmərli (Bolus, Bolnisi) nümayəndəliyinin dağətəyi, çay vadiləri və düzən əraziləri, Ağbulaq nahiyəsinin düzən Təvədöy (Xram) sahilinin aşağı axarı, Pənbək çayının düzən əraziləri və Loru dərəsinin daxil olduğu sahələr aiddir.

Sonralar bu türk tayfaları öz yaşadıqları və məskunlaşdıqları əraziləri genişləndirərək, dağlıq sahələri də mənimsəyib, pərakəndə yaşayış tərzinə nail olmuşlar. Təxminən X əsrdən başlayaraq, Borçalı ərazisi müxtəlif ədəbiyyatlarda təhrif olunmuş formada olsa da (əsasən XVIII - XIX əsrlərdə) bir sıra mənbələrin verdiyi mə'lumata görə, Borçalı üç vahid ərazi bölgəsinə ayrılmışdır. Bunlar: dağ, bağ və aran Borçalısıdır!

Bizə məlum olan tarixi məlumatlara (üç min illik tarix) görə, burada yurd-yuva salıb, məskunlaşan bu türk qövmləri əraziyə öz soy adlarını verərək, iki tayfa adını birləşdirib yaşatmışdır.

Borçalı coğrafi ərazi baxımından Boş çala, Boş yer, sahibsiz və baxımsız sahə mənasında səsləndirilmişdir. Elə buna görə də Borçalı yazılış etibarilə Boş-çala, Boş-çuxur, dörd tərəfi dağlar və təpəliklərlə əhatə olunub mərkəzi hissəsi çala-çuxur, boşluq mənasını daşımışdır. Borçalı əgər bu mənanı daşımasaydı, onda onun tərkibinə bütün iqtisadi, coğrafi ərazi, milli təsərrüfat forması və nəhayət soy kökü və soy adı baxımından tam üst-üstə düşən Qarayazı (Qardabani) nahiyəsi də buraya daxil edilərdi.

Artıq məlumdur ki, Borçalı mahalı ilə Yanaşı, yəni bu adla bağlı eyni mənanı və adı daşıyan: nümayəndəlik, çay, göl və düzənlik vardır. Bunların hamısı türk tayfalarının adı ilə bağlı olmuşdur. Ona görə də Qarayazı ərazisində olan "Ağ təhlə", "Qara təhlə" kənd adları türk mənşəli olduğunu göstərir. Kür çayının şərq istiqamətdə axması da Qarayazının Borçalı buğumlarından ayrı, "tək"-"tənha" düşməsinə gətirib çıxarmışdır. Elə bu qədim (Ağ və Qara) Təhlə yaşayış yerləri "təklə", "tənha", "tək" söz birləşmələri Ağqoyunlular, Qaraqoyunlular tayfaları ilə birləşib, indiki kimi səslənən Ağ təhlə və Qara təhlə adlarını daşıyır. Bütün bu adlar türk və İrandilli xalqların yayılması ilə əlaqədar əmələ gəlmişdir. Etnotoponimiyada öz əksini tapmış türk tayfalarının mənşəyi, demək olar ki, öyrənilməmişdir. Onların böyük əksəriyyəti müxtəlif türk qövmlərinin adlarını əks etdirir. Qazançı, Çaxırlı, Ulaşlı, Quşçu, Qoçulu, Kənkərli, Avaran, Qıpçaq və s. misal köstərmək olar.

Azərbaycanın etnotoponimiyasında oğuz tayfaları (Əfşar, Bayat, Bayandur və b.), monqolların Qafqaza yürüşündə iştirak etmiş türk mənşəli tayfalar, habelə XII-XIII əsrlərdə Ön Asiyada yenidən baş vermiş qruplaşma və assimilyasiya nəticəsində yaranmış bəzi tayfalar (maraşlı, qaramanlı və b.) mühüm yer tutur.

Qırıxlı monqol istilası dövründə Azərbaycana gəlmiş türkmən-əfşar tayfalarındandır. Azərbaycanın bir sıra rayonlarındakı (Goranboy, Tovuz, Qazax, Ağstafa), Kürcüstanın (Marneuli, Bolnis, Dmanis) Qırıxlı kənd adları yuxarıda göstərilən tayfanın adı ilə bağlıdır.

Qarapapaq Azərbaycanın (Qazax, Ucar rayonunda), Borçalının Bolnis (Arıxlı, Kəpənəkçi, Faxralı, Qoçulu və s.), Marneulinin isə (Muğanlı, Sarvan, Kürdlər, Korarxı, qismən Araplı, Təkəli, Qaçağan və s.) rayonlarında türk qövmlərinin birinin adıdır. Qədim türk yazılı abidələrində Qarabörk və Qarapapaq tayfa adlarına da rast gəlinir, əsasən Borçalı ərazisində.

Gürcüstanın Kaxet hissəsində salınmış Sığnax məntəqəsi Qazaxıstanda olan "Sınnak" çölünün (qədimdə qıpçaqların Dəşti-qıpçaq çölündə mərkəzi şəhər "Suqnak" adlanmışdır) adı kimi qədim türklərin etnonimidir. Görünür, qıpçaqlar bu adı Azərbaycan və Gürçüstana da gətirmişlər.

"Qabır", "Qabırrı", "Kabarlı", "Kəbirli"-"Qabır" və ya "Kəbir" eyni mənşəli addan irəli gəlmişdir. Araşdırmalar göstərmişdir ki, "Kabar", "Kəbər", "Kəbir", "Qabır"-sonradan -li, -lu, -lı şəkilçilərini özündə birləşdirib müasir dövrdə səslənən və fəaliyyət göstərən Borçalının ən qədim nəsillərindən olan: Qabırrı, Qabullu etnonimini götürmüşdür ki, bu da qədim xəzərilərin bir türk qövmünün adını daşıyır. Borçalının Sarvan (Marneuli) məntəqəsində bu nəsil qədim olub, Qavıllı kimi tələffüz olunur. Borçalı sözünə gəldikdə isə bu toponimin səslənməsində şübhəsiz, qədim borcoğlular tayfasının da təsiri az olmayıb (Abbas Abdulla).

Qocaman pedaqoq Adil Kərəkməzlinin fikrincə isə Borçalı iki sözün birləşməsindən- "Borc" və "al" yaranmışdır. Onun söyləməsinə-etimologiyasına görə, guya eramızdan xeyli əvvəl türklər bu çala-çuxur yerləri borc, müvəqqəti götürüb, yəni "al"mışlar. (Sonradan əraziyə tam uyğunlaşandan sonra buradan əl çəkməmişlər). Burada "al" sözü almaq, götürmək mənasında səslənmiş və "Borc-al" söz birləşməsini yaratmışdır. Daha sonra bu söz birləşməsinin axırına "ı" şəkilçisi əlavə olunaraq əvvəlcə "alı", tam birləşdikdən sonra isə Borçalı kimi birləşib səslənmişdir. Bir qrup ziyalı, Borçalı ağsaqqallarının bizə verdikləri ifadəyə görə, Borçalı: Boş çala-çuxur mənasını daşıyıb, sonradan isə bəzi hərflərin ixtisar və təhrifi nəticəsində, yerli türklərin danışıq leksikonuna görə, qısa formada Boşşalı kimi tələffüz olunmuşdur.

Digər bir tədqiqatçı (Rəşid Təhməzoğlu) Borçalının etimologiyasının izahını belə verir:

- "Borçalı" toponimi barədə müxtəlif fikirlər mövçuddur. Bu da həmin söz birləşməsini yaradan komponentlərin doğru-düzgün müəyyənləşdirilməsindən irəli gəlir. Bə'ziləri onu qədim türk dillərində qurd mənasında işlənən "börə" kökü ilə bağlayırlar. Buradan da toponimin "Börəçala", yəni "Qurd çalası" (çökəyi) olduğu qənaətinə gəlirlər. Ancaq göründüyü kimi, "Qurd çalası", yaxud "çökəyi" söz birləşməsinin özü də qeyri-müəyyəndir.

Bəziləri də onu "Boşçala" - deyə təqdim edir və bu nəticəyə gəlirlər ki, burada ən qədim dövrlərdə insan yaşayışı olmamışdır. Lakin sonralar bu boş çala ərazilərdə türk tayfalarının məskunlaşdığını göstərən izlər indiyədək qalmaqdadır. Buna görə də "Boşçala" adı meydana gəlmişdir. Sonralar isə leksik dəyişmələr nətiçəsində müasir "Borçalı" şəklinə düşüb.

Mənim bu toponimin etimologiyasına dair fikrim tamamilə başqadır. Yəni bu adın coğrafi şəraitə uyğun yaranmış olduğu qənaətindəyəm. Belə ki, bu ərazi dağ ətəyində yerləşdiyi və təpəlik olduğu üçün birinci komponent "bor" deyil, "bur" şəklində qəbul edilməlidir. Bu da müasir udin (uti) dilində "dağlıq", "təpəlik", "dik" mənalarının daşıyıcısı kimi işlənir. Bir neçə toponimə diqqət yetirək:

"Burudəyə" (dağ dəyəsi), Bürünlü, Burunlu (Dağlıq), Buruç (Təpə başı) Qabırrı, Qaburlu (Dağ məskəni) və s. Axı "burun" (tənəffüs orqanı) sözünün açımında da bir "çıxıntı", yaxud "dik yer" mənaları yaşamaqdadır. "Kitabi-Dədə Qorqud" dastanındakı "Baybura" (Dağbəyi) "Burlaxatun" (Dağlı xanım) şəxs adları da bu qəbildəndir.

Toponimin ikinçi komponenti "çala" tarixi mənbələrdə "çola" formasında işlənib. Güman ki, bu da "çöl" sözünün fonetik variantıdır. İndi də bəzi bölgələrdə çökək yerə çala deyirlər.

Beləliklə aydın olur ki, "Borçalı" toponimi əsas iki kökdən, bir şəkilçidən ibarətdir. Başqa sözlə, "Bur" (dağ, təpə) va çala (çökək) kökləri bu toponimin yaranmasında fəal iştirak edib. "I" sonluğu isə gürcü dilinin və kirill əlifbasının təsiri llə meydana çıxıb. Türk mənşəli köklərə "i", yaxud "ı" şəkilçilərinin artırılması gürçü dilinə xas olan bir xüsusiyyətdir.

Deməli, "Borçalı" toponimi "Burçala" şəklində oxunmalıdır ki, bu da "Daq çalası", yaxud "çökəyi" deməkdir.

Digər tədqiqatçıların fikrincə isə Borçalı toponimi belə yaranmışdır: Dilçi-ədəbiyyatşünas, professor Mədəd Çobanov Borçalı etimologiyasının aşağıdakı söz birləşmələrindən irəli gəldiyini vurğulayır:

Bu sualın çavabını, əlbəttə, Borçalı sözünün özündə, ifadə etdiyi mə'nada axtarmaq lazımdır.

Toponimik mülahizələrdən məlumdur ki, bu və ya digər toponimin yaranmasıida və tarixən yaşamasında ilk növbədə həmin regionda yaşayan qəbilə, tayfa və xalqın varlığı, həmçinin həmin yerin təbii görünüşü və relyefi özünü əks etdirir. Borçalı toponiminin yaranmasında da bu xüsusiyyətlər öz əksini tapmışdır.

M.Çobanovun rəyincə, toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə Borçalı sözünün etimologİyası ilə bağlı bir-birinə zidd bir neçə fikir mövcuddur (Bu fikrin tərəfdarları həddindən artıq çoxdur). Müəllifin fikrincə, bir sıra araşdırıcılar Borçalı toponimini "Boşçala" (boş-çala, çuxur, çökəklik), "Borçalı" (borc alan və ya verən, Alı), "Boşqalı" (boş, kimsəsiz, sahibsiz qalmış çöl, yer), "Borçalı" (cavan üzüm çalası, şərab çalası), "Bozçala" (boz yer) və s. kimi şərh etmişlər. Bundan başqa, A. Bakıxanov "Gülüstani-İrəm" əsərində Borçalı toponimini Bozçala, M.Kaşqarlı isə Bor çala kimi açıqlamışdır.

F.Kırzıoğlu "Dədə Qorqud oğuznamələri" adlı əsərində isə ("Sabah" qəzeti, 1, 1991) V.Toğan və başqalarının istinad etdiyi mənbələrə əsaslanaraq, borçalıların Sabirlər tayfasına qonşu olan "borusklar"ın-bulqarların digər bir qolu olan Boroç-Boroçoğlu tayfası ilə əlaqədar olduğunu və onların Kür çayının orta axarının sağ sahilində əski Qoqaren ölkəsinin doğu (şərq) hissəsində "borçalılar" adı ilə yaşadıqlarını qeyd edir. Dil səviyyəsi baxımından bu mülahizə də inandırıçı deyil. Çünki Boroçoğlu və Borçalı sözləri arasında tam yaxınlıq əlaməti yoxdur. Çünki Boroçoğlu və Borçalı sözləri arasında tam yaxınlıq əlaməti yoxdur. Deməli Borçalı toponiminin Boroçoğlu etnonimi əsasında düzəlməsi haqqında olan mülahizəni də dil faktları təsdiq etmir.

Hər iki müəllifin vurğuladığına görə, (M.Mədədoğlu və M.Çobanov) Borçalı toponiminin etimologiyası da qədim türkdilli tayfanın adı və yerin relyefi ilə bağlıdır.

Borçalı toponimi "bor" (bori) və "çalı" (çöl) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Bizim tədqiqatlarımız və ümumiləşdirmələrimiz nəticəsində müəyyən edilmişdir ki, Borçalı sözü və bu sözün toponimik mənası etibarilə iki türk mənşəli sözlərin (tayfa və ərazi görünüşü), (relyef baxımından) üst-üstə düşməsi nəticəsində yaranmış olan real anlayışdan doğur. Yə'ni onlarla türk və türkmənşəli tayfaların (əsasən bori, borç və burç tayfaları) bu ərazilərə gəlib məskunlaşması və burada öz ulu əçdadlarının irsi xasiyyət əlamətlərini tam araşdırması və inkişaf etdirməsi yönümündən irəli gəlmişdir. Borçalı sözünün məna və etimologiyası haqqında indiyəcən alim və mütəxəssislərin, tədqiqatçılar və öndər ağsaqqalların yürütdükləri fikirlər də müəyyən ziddiyyətli məqamların olması ilə göz qabağındadır. Onların mülahizələrindəki mübahisəli məqamlar düşünməyə məçbur edir. Şübhəsiz, ayrıca qeyd olunan müəllifin (R.Təhməzoğlu, M.Sadıqov və M.Çobanovun) Borçalı sözünün etomologiyası haqqındakı elmi fikirləri məna etibarilə eynilik təşkil edərək üst-üstə düşür. Yəni Borçalı sözü-tayfa və coğrafi ərazi quruluşu baxımından irəli gəlib.

Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003