Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasndan danrlar EKSKLUZV
Grcstan Azərbaycanllar Konqresinin sədri Əli Babayev ilə msahibə EKSKLUZV
Yeniyetmə istedadlarn milli musiqi sevgisi EKSKLUZV
Bizdə əhali ancaq sekilərdə yada dr EKSKLUZV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə Inzibati rayonlar üzrə əhalinin və yaşayiş məntəqələrinin demoqrafik quruluşu

Borçalı qəzasının əhalisi 109 min nəfərə yaxın olub, 284 yaşayış məntəqəsində və ya 54 cəmiyyətdə (sovetlik) məskunlaşmışdır. Orta hesabla hər cəmiyyətə 5,3 kənd yaşayış məntəqəsi və ya 2020 nəfər əhali düşür. Hər bir kənd məntəqəsində orta hesabla 385 nəfər əhali yaşayır.

1870-ci ilin məlumatına görə, Sarvan, Privolni, Şaxnazar məntəqələri yeganə cəmiyyətlərdir ki, tərkibində başqa kəndlər yoxdur. Elə cəmiyyətlər də vardır ki, tərkibində 21-22 məntəqəni birləşdirir. Kəmərli, Hamamlı və s. buna misal göstərmək olar.

Mövcud olan bu kəndlərin əhalinin sayı baxımından ən irisi Böyük Şüləver (Şaumyan), Sarvan, Yekaterinenfeld və Voronsovkadır (Kalino). Ən kiçik kəndlərin əhalisinin sayı 20 nəfərdən yuxarı qalxmır. Bu kəndlər ardıcıl olaraq aşağıdakılardır: Mahmudlu, Ciris, Kipircik, Xoçorni, erməni Darbaz və s.

Cəmi 109 min əhalinin 60 min nəfəri kişi, 49 min nəfəri isə qadındır. Qəzanın 50 min nəfərdən çox əmək qabiliyyətli əhalisinin 12,8 faizi və ya 6,4 min nəfəri təsərrüfatın müxtəlif sahələrində çalışırdılar. Aşağıda tərtib etdiyimiz cədvəldən müəyyən etmək olur ki, qəzada olan 49 min qadının hər bir nəfərinə orta hesabla 1,2 nəfər kişi düşür. Əlbəttə, bu rəqəm qadınların say balansının aşağı olmasını göstərir. Lakin məlumat üçün qeyd edilməlidir ki, məskunlaşan kişilərin milliyyətindən asılı olaraq (milli mənsubiyyət baxımından) bu nisbət bütün qəzada heç də mənfi olmamışdır. Misal üçün, ruslarda bu rəqəm təxminən hər bir kişiyə 1 nəfər qadın, qalan xalqlarda isə ardıcıl surətdə qadınların sayı mənfi olmuşdur. Yəni almanlarda 0,9 nəfər, ermənilərdə 0,8, Azərbaycan türklərində 0,7, gürcülərdə isə 0,9 olmuşdur.

Mahalın əhalisindən danışarkən onu da qeyd etməliyik ki, iki yüz əlli il bundan əvvəl burada 10-a yaxın xalqın nümayəndələri yaşayırdı. Bu ərazinin ən qədim aborigen xalqı türklər və ya türkdilli tayfalar olmuşdur. Eramızın XVII-XVIII əsrlərindən başlayaraq XX əsrin 20-30-cu illərinə qədər erməni, yunan, gürcü tayfaları müxtəlif yollarla fəaliyyət köstərən erməni cəmiyyətləri, dövlət və kilsə adamları tərəfindən bu məmləkətdə qəsdən yerləşdirilmişdir.

Ümumiyyətlə, Borçalı qəzasında yaşayan əhalinin əksəriyyəti çoxuşaqlı ailəni sevir. Lakin qəzada əhaliyə göstərilən tibbi xidmətin lazımi səviyyədə olmaması, düzən və aran bölgələrində içməli su ehtiyatlarının qıtlığı və keyfiyyətsiz olması, ailə başçılarının (kişilərin) köçəri həyat tərzi sürmələri və işlə əlaqədar ilin 4-5 ayını uzaq yerlər-də keçirmələri əhalinin müntəzəm artmasına (təbii hərəkət) mənfi təsir göstərmişdir.

Borçalıda təbii artım əsasən Azərbaycan türklərinə və ruslara aiddir. Lakin Azərbaycan türklərinin məskunlaşdığı kəndlərdə əhalinin sağlamlığına və uzunömürlülüyünə mənfi təsir edən qeyri-normal təbii-coğrafi mühit, iqlimin həddən artıq isti keçməsi, məişət şəraitinin aşağı olması, kiçik yaşlı uşaqlar və yaşlı nəsil (kişilər) arasında malyariya (qızdırma), ağ çiyər və s. xəstəliklərin yayılmasına təkan vermiş, nəticədə insan tələfatının artmasına gətirib çıxarmışdır. Erməni, gürcü, yunan və s. xalqlar isə bir qayda olaraq mahalın səfalı dağlıq və dağətəyi çəmənli zonalarında, meşə və çay kənarlarında yaşadıqları üçün onlarda ölüm əmsalı xeyli aşağı, mexaniki hərəkət isə, qeyd etdiyimiz kimi, yuxarı olmuşdur. Ona görə də XVIII əsrin axırları və XXI əsrin birinci yarısında Azərbaycan türkləri sayca çox, yaşayış məntəqələrinin böyüklüyü isə daha iri olmuşdur.

Kəndlərin milli tərkibinə gəldikdə isə hər dörd nümayəndəlikdə istər kənd məntəqələrinin sayı, istərsə də orada yaşayan əhalinin milli tərkibinə və onların sayına görə göstəricilər də olduqca müxtəlifdir. Belə ki,

  1. Borçalı nümayəndəliyində -58 kənd,
  2. Loru nümayəndəliyində -65 kənd,
  3. Trialet (Zəlyə) nümayəndəliyində -120 kənd,
  4. Yekaterinenfeld nümayəndəliyində isə 41 kənd yerləşmişdir.

Əhalinin milli tərkibinə gəldikdə isə, Azərbaycan türklərinin yaşadıqları kəndlərin sayı-34, erməni kəndləri-69, yunan kəndləri-36, rus kəndləri-14, gürcü kəndləri-18, alman kəndləri-2 və qaraçı kəndləri-2 olmuşdur. Bir kənd isə kürdlərə məxsusdur. Bu baxımdan qəzanın azsaylı xalqları haqqında qısa məlumat vermək, əlbəttə, yerinə düşərdi. Ruslar bu qəzaya Rusiyanın mərkəzi qaratorpaq, Orenburq, Pavlodar, Həştərxan, Stavropol vilayətindən və Krasnodarın bir sıra məntəqələrindən planlı şəkildə köçürülüb gətirilmişdir. Ruslar bir qayda olaraq yerli knyazlar, menşevik ünsürlü qolçomaq-mülkədarlar tərəfindən mahala dəvət olunmuş, Rusiyanın torpaq-iqlim şəraitinə uyğun ərazilərdə məskunlaşdırılmışdır. Buna misal olaraq Voronsovka, Novo-Mixaylovka, Ormeşən, Başkeçid, Qarakilsə və s. məntəqələri göstərə bilərik. Adətən, ruslar (molokanlar, duxabor, sektant) məskunlaşdıqları gündən iri məntəqələrdə yaşamağı üstün tutmuşlar (hər kənddə 70-220 ailə). Misal üçün, Voronsovka kəndində 280 ailə məskunlaşmışdı. Adları çəkilən bu rus kəndlərindən başqa 1889-cu ildən təməl daşı qoyulmuş Novaya Boqdanovka (Yeni Boqdanovka) kəndini də qeyd etmək olar.

Rusların yaşadıqları kəndlərin küçələri planlı xarakter daşıyıb, düz, geniş və uzun küçələr olub. Onlar hər iki tərəfi aynabəndli otaqlarda, divarları səliqə ilə rənglənmiş, həyət-bacası geniş olan binalarda yaşamağı üstün tutmuşlar. Evlərinin damları kirəmitlə, çox hallarda isə saman və torpaq qarışığı ilə örtülmüşdür. Otaqların içərisi əhənglə rənglənir, bəzilərində isə rəngli kağız çəkilirmiş. Ruslar adətən çox zəhmətkeş olub, təsərrüfatlarında özlərinin tələbatlarına uyğun tərəvəz-bostan bitkiləri və meyvə-gül becərərdilər. Onlar özləri ilə doğma ellərindən Borçalıya kələm şitili, kartof toxumu gətirmiş, arı və donuz saxlamağa adət etmişdilər. Maraqlıdır ki, ruslar özləri ilə Privolni vilayətindən kələm, Kamenskidən kartof, Nikolayevskidən isə gilənar (albalı) tingi və toxumu gətirmişlər. Ruslar əkib-becərdikləri bu məhsulları birbaşa Tiflis bazarlarına aparardılar. Rusların bir qolu, qövmü olan molokanlar tarlada işləmək qabiliyyətinə, kənd təsərrüfatı bitkilərini becərməyi bacarmaq və nisbətən savadlı olmaq baxımından digər rus qollarından fərqlənirdilər. Bununla yanaşı, ən əsas peşələri ikitəkərli araba düzəldib işlətmək və satmaq idi. Ümumiyyətlə, onlar Borçalı mahalında özlərini təmiz, əməksevər, işlək, heç bir xainlik və paxıllıq etməyən bir xalq kimi tanıtmışdılar.

Almanlar

Borçalı qəzasına gürcü knyazları tərəfindən Almaniyadan dəvət olunmuşlar. Məqsəd ərazidə yüksək mədəni təsərrüfat yaradıb inkişaf etdirmək, yeni təsərrüfat sahələri qurmaq, nəqliyyat yolları salmaq və onları təmir etmək, şərabçılığı və arıçılığı genişləndirmək idi. Almaniyadan gələnlər birbaşa qəzanın iki məntəqəsində (Yekateri-nenfeld və Aleksandrsqilf) yerləşdirilirdi.

O zaman ümumi sayı 1690 nəfər olan almanların 896 nəfəri kişi, 794 nəfəri isə qadın idi. Onlar 345 ailədə birləşmişdilər. hər 100 nəfər kişiyə 88 qadın düşürdü. Bu almanlar 1817-çi ildə Virtemberqdən (Almaniya) Odessaya gəldilər. Oradan isə hər ailəyə araba-at almaq üçün 500 rub. məbləğində pul verildi. Bunlar həmin il hazırlıqlı şəkil-də adları çəkilən məntəqələrə gəlib, yerli əhali ilə ünsiyyətdə olub torpaqdan əlverişli istifadə etməyə başladılar. İran-Gürcüstan müharibəsi qurtardıqdan sonra knyazlar hər ailə başçısına əlavə olaraq 172 rub. pul (ssuda) verdilər. Almanların birinci kaloniyası 1818-ci ildə Yekaterinenfelddə, ikincisi isə 38 il sonra, yəni 1857-ci ildə Alek-sandrsqilfdə yerləşdirildi. Almanlar yerli torpaq-iqlim şəraitinə əvvəllər bir neçə il uyğunlaşa bilmədilər. Yerli hakim dairələrindən general-mayor Kolubyagin 1865-ci ildə onlar üçün İsveçrədən gətirilmiş pendir zavodu avadanlığını təşkil etmiş və onları bu sənətə cəlb etmişdir. Almanların istehsal etdikləri pendir sonralar onlara həqiqətən dünya şöhrəti qazandırmışdır. Beləliklə, dövlət tərəfindən bu xalqa xüsusi qayğı və tərəfkeşlik olunmağa başlandı. Onlar dövlət vergilərindən azad edirdilər, müxtəlif hüquqi imtiyazlar qazandılar. Almanlar 1898-ci ilə qədər (80 il) Borçalıda çox qiymətli və xeyirxah işlər görmüş, yerli sakinlər bu işlərdən əvvəllər çox az faydalanmış, sonradan geniş istifadə etməyə başlamışlar. (Əsasən şərabçılıq, donuzçuluq və araba-fayton istehsalı baxımından). Lakin onlarla bir ərəfədə köçkün sifəti ilə Borçalıya gəlmiş ermənilər daha gör-götürlü olmuş, bic və tədbirli hərəkət etmişdilər. Maraqlıdır ki, Yekateri-nenfelddə yaşayan almanlar başlıca olaraq üzümçülük-şərabçılıq və əkinçilik, Aleksandrsqilfdə yaşayanlar isə tamam başqa istiqamətdə- heyvandarlıq üzrə ixtisaslaşmışlar. Yerli camaatın söylədiyinə görə, almanlar çox mədəni, təmiz iş görən, zəhmətkeş, az oxumağı sevən, heç bir mətbuatla maraqlanmayan, sakit bir tayfa kimi Azərbaycan türkləri, qismən də gürcülərlə qaynayıb-qarışır, mədəni həyat tərzi sürürdülər. Alman ailələri çox səliqəli, təmizkar, ikimərtəbəli, hər iki tərəfdə eyvanı olan binalarda yaşayırdılar.

Ermənilər

Mexaniki hərəkət (digər ölkələrdən qaçan və planlı köçürmələr nəticəsində gələnlər) hesabına saylarını durmadan artıran ermənilər XIX əsrin əvvəllərindən Borçalı mahalında yurd-yuva saldıqdan sonra həndəsi silsilə ilə artmış və tarix boyu pərakəndə həyat tərzi sürməyi üstün tutmuşlar. Lakin yerli Azərbaycan türklərinə tutulan divandan sonra onlar iri məntəqələrdə yığcam yaşamağa üstünlük vermişlər.

Həmin illərdə erməni yaşayış məntəqələrinin sayı Azərbaycan türklərinin məskunlaşdığı məntəqələrin sayından 3 dəfə az idi.

Gürcülər.

Gürcülər bu mahala koloniyalar axışan vaxtlarda digər bölgələrdən köçüb gəlmiş, yerli ərazilərə isinişərək burada da qalmışlar. XIX əsrin axırlarında ərazidə cəmi 329 gürcü ailəsi, o cümlədən 1086 kişi, 980 qadın yaşamışdır ki, bunların da ümumi sayı cəmi 2066 nəfər ol-muşdur. Hər ailəyə 3,3 nəfər kişi, 2,9 qadın və ya 6,2 nəfər, hər 100 kişiyə 90 nəfər qadın düşərdi.

Gürcülər ermənilərə nisbətən həddən artıq zəhmətkeşdirlər. Onlar əsasən əkinçilik, bağçılıq və üzümçülüklə məşğul olurdular. Qəzada şərabçılığın inkişafı bu xalqın adı ilə bağlıdır. Gürcülər tarix boyu torpaq azlığından şikayətçi olublar. Buna görə də onlar kasıb yaşamışlar. Ermənilərdən fərqli olaraq, gürcülər öz məntəqələrindən kənara iş dalınca qaçmağı özlərinə layiq və rəva bilməyiblər. Gürcü və ermənilərin bu məmləkətə gəlmə (ikinci vətənləri) olduqlarını son 250-300 illik təsərrüfat, maarif, mədəniyyət və xalqın ərazidə tarixi məskunlaşması məsələləri bir daha sübuta yetirir. Gürcülər arasında savadlılar çox cüzi faiz təşkil edirdi. Əhalinin təsərrüfat fəaliyyəti və onların dünyagörüşü (qonşu xalqlara inam) baxımından sadəlövh olmaları bu məsələdən onları arxa plana çəkmişdir. Əhalinin diqqət mərkəzində əsasən üzümçülüyün və bağçılığın inkişafı dururdu. Bir də ki, ərazidə müvəqqəti həyat tərzinin üstünlüyü idi. Gürcülər zirzəmilərdə, qara damlarda yaşayırdılar.

Ümumiyyətlə, istər erməni və istərsə də gürcü xalqlarının Borçalıda tarixi məskunlaşması haqqında elmi və praktik araşdırmalar aparılmışdır. Cəmi 250-300 illik qısa bir tarixə malik olan əhali və onların sayca azlıq təşkil etməsi dövlət rəhbərlərinin diqqət mərkəzindən kənarda qalmışdır. Lakin mahalda gürcülərin az olmasına baxmayaraq, onlar Azərbaycan türkləri ilə bir yerdə firavan və dinc yaşamalarını üstün tutmuşlar.

Yunanlar

Bölgənin demək olar ki, dağlıq ərazilərində məskunlaşmışdılar. Onlar buraya Türkiyənin Gümüşxana adlanan bölgəsindən köçmüşdülər. 1829-1831-ci illərdə Ərzurum ətraflarından köçüb gələn yunanlar Zəlyə düzənliyində və Qomeret kəndində məskunlaşmışlar. Digər məntəqələrdən gələn yunanlar isə qəzanın alçaq dağlıq və dağətəyi sahələrinə meyl göstərmişlər. Din baxımından erməni-Qriqoryan qrupuna daxil olmalarına baxmayaraq, Borçalıda onlar türk dilinin Anadolu ləhcəsində danışırdılar. Lakin orta və ali məktəblərdə əsasən rus və qismən də gürcü dilində təhsil alırdılar. Ərzurum və Qars vilayətlərindən gəlmiş yunanlar çox çalışırdılar ki, geri, Qarsa qayıtsınlar. Onların bu arzusu yalnız XX əsrin ortalarından həyata keçməyə başladı. Əsasən Yunanıstana qayıtdılar. Zaman keçdikcə ərazidəki yunanların çoxu ermənilərin təsiri altına düşdü. Hətta əksəriyyəti özlərini erməni kimi qələmə ver-mişdilər.

Yunanların da əmək qabiliyyətli əhalisi əsasən üç qrupa ayrılır, dördüncü keçid mərhələsində olan qrup isə texniki sənədlər sahibi və ya mikro-texnika ilə məşğul olanlardır. Birinci qrupa Alaverdi və Axtala filiz mədənlərinin açılmasında yaxından çalışan və onların tex-nologiyası ilə ixtisaslaşanlar; ikinci qrupa yol, ev anbar tikmək üzrə ixtisaslaşan sənətkarlar, daş karxanalarında işləyənlər; üçüncü qrupa əkinçilik (kartof, kələm) və quşçuluq üzrə; dördüncü-keçid qrupuna əsasən XX əsrin ortalarında radio-texnika və maşınqayırma ixtisası üzrə çalışanlar daxildir. Yuxarıda qeyd etdiyimiz kimi, yunanlar əsa-sən Trabzon əyalətindən, Gümüşxana zavodundan və Türkiyənin yunanlar yaşayan bir sıra məntəqələrindən köçüb gəlmişlər. Yunanlar Borçalıya gələn gündən dağ-mədən və filizçıxarma, əritmə, müxtəlif məmulatlar istehsalı ilə ciddi məşğul olmuş və bu sahədə böyük nailiyyətlər əldə etmişlər. Onlar qazancdan özlərinə Borçalı ağalarından və knyazlarından örüş, biçənək sahələri almış, yardımçı heyvandarlıq təsərrüfatı ilə də məşğul olmağa başlamışlar.

Yunanlar olduqca zəhmətkeş və əməksevərdirlər. Onlar mahalda nəinki özlərinin əməksevərliyi ilə, hətta yaxşı ev-eşik qurmaqda və təmizliyə böyük fikir verməklə də yerli əhalinin rəğbətini qazanmışlar.

Yunanların əsas hissəsi dağlıq Zəlyə nümayəndəliyi və Dmanis-Qomeret bölgəsində məskunlaşmışdır. Burada yaşayan yunanlar özlərinin səliqə-səhmanı, təmizliyi, işgüzarlığı və ailədaxili münasibətləri baxımından Loru və Borçalıdakı yunanlardan təmamilə fərqlənirlər. Erməni və ruslara nisbətən yunan qadınlarının asudə vaxtı çox az idi. Onlar kənd təsərrüfatı işləri ilə yanaşı evdə də gərgin işləyirlər. Lifdən, yundan və kətandan uşaq və qadınlar üçün müxtəlif paltar, geyim toxuyurlar. Bu xalq son vaxtlar ailədə savad almaq məsələsinə də ciddi fikir verirlər. Zəlyə bölgəsinin bir neçə yaşayış məntəqəsinin nümayəndələri Tiflis şəhərində pedaqoji təhsil aldıqdan sonra kənd məktəblərində öz ana (yunan) dili fənnini tədris edirlər. Yunanlar Türkiyədən Borçalıya köçdükdən sonra əsasən Azərbaycan türkləri məskunlaşan ərazilərin qonşuluğunda sığınacaq tapmışlar. Onların bir qayda olaraq əsasən türklərlə yaxınlıq edib, bir-birlərinin toy, yas və bayram şənliklərində yaxından iştirak edib, özlərinin ailə qurmaq məsələlərini də türklərə yaxınlaşdırmışlar. Evdə və başqa yerlərdə də türklərlə Anadolu ləhcəsində danışmış, yavaş-yavaş onların adət-ənənələrini qəbul etmişlər. Yunanları Azərbaycan türklərindən demək olar ki, yalnız təhsil və din məsələsi ayırırdı.

Qaraçılar

Borçalı qəzasında ən azsaylı millət nümayəndələri qaraçılardır. 11 ailə və ya 75 nəfər qaraçı buraya 1850-1860-cı illərdə Türkiyənin Ərzurum vəlayətindən gəlmiş və Zəlyə nümayəndəliyinin Tamala-xaraba kəndində məskunlaşmışdır. Əldə olunan məlumata görə, 75 nəfər qaraçının 30 nəfəri kişi, 45 nəfəri isə qadın cinsinə mənsub idi. Hər 1 nəfər kişiyə 1,5 nəfər qadın düşürdü.

Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Lakin Borçalı qaraçıları ənənəvi olaraq atçılıqla, əkinçilik və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olurdular. Buna görə də Borçalı qaraçıları bir qayda olaraq oturaq həyat tərzi sürmələrini üstün tutmuşlar. Tayfanın orta nəslə mənsub əmək qabiliyyətli əhalisi qazanc üçün "erməni qohumları" kimi 3-4 ay müddətinə Tiflis, Batum, Şüləver, Sarvan, Yekaterinenfeld, Qarayazı, Arıxlı və hətta Başkeçid bölgələrinə gedərdilər. Qaraçıların bu sənət-lərindən başqa, onların ən ulu peşələri sayılan "at oğurluğu" da diqqətdən yayınmır. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, XIX əsrdə və eləcə də XX əsrin ortalarına kimi qəzada kiminsə atı yoxa çıxarmışsa, hamı bilirmiş ki, bu əməliyyatda hansı qaraçınınsa əli var.

Qaraçıların özlərinə məxsus elə adət-ənənələri vardır ki, bunlar heç bir xalqa mənsub deyildir. Misal üçün, qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində və Borçalıda) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə təsadüfi hallarda evlənə bilərdi. Belə hallar çox az baş verə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturdu.

Kürdlər

Mahalda vaxtilə yaşamış, sonradan müxtəlif səbəblər nəticəsində bir qismi öz məskənlərindən köçmüş və bir qismi isə assimilyasiyaya uğramış-azsaylı xalqlardan biri də kürdlərdir.

Mahalda kürdlərin yaşamaları və onların haradan gəlmələri haqqında heç bir məlumat yoxdur. Lakin bizim tədqiqatımız və müxtəlif materialların araşdırılması bizə zəmin yaratdı ki, kürdlər bu əraziyə təxminən 300-350 il buvdan öncə İraqdan və Türkiyənin cənub-qərb bölkələrindən gəlmişlər. 1870-1871-ci ilin məlumatına görə, mahalda cəmi 25 ailə və ya 192 nəfər kürd yaşayırdı. Kürdlər Borçalının Zəlyə bölgəsinin qərb hissəsində, iqlim şəraitinin kəskin soyuq və yağmurlu yerlərində məskunlaşmışlar. Əhalinin bir hissəsi iqlim şəraitinə uyğunlaşmayıb, 1873-1875-ci illərdə könüllü olaraq Türkiyənin Qars vilayətinə pənah aparmışdır. Qeyd etməliyik ki, Borçalı mahalında onların daimi yaşadıqları Sabitahçı adlı kənd var idi. Hazırda bu kənddə kürdlərlə bərabər ermənilər, yunanlar yaşayırlar.

Azərbaycan türkləri

Qəzanın ən qədim və yerli sakinləri Azərbaycan türkləridir. Bu xalqın Borçalıda yurd-yuva salıb məskunlaşmasının 3000 ildən çox tarixi vardır. Bu, burada tədqiqatın tarix bölməsində ətraflı verilib və yazılı mənbələr əsasında təhlil olunub, araşdırılıb. Azərbaycan türklərinin mahaldakı qədim yaşayış yerləri Borçalı və Maşaveri çaylarının yuxarı axarı, subasar sahələr, Loru, Pəmbək, Zəlyə bölgəsinin dağlıq alp və subasar çəmənlik əraziləri və Borçalı nümayəndəliyinin Borçalı düzənliyi (3/2 hissəsi) sayılır. Bu bölmədə Azərbaycan türklərinin məskunlaşması, onların təsərrüfat fəaliyyəti və əmək vərdişləri haqqında (XVIII-XIX əsrdən) məlumat verməyi üstün tuturuq. Məlumat üçün göstərməliyik ki, Borçalıda qəza, mahal, sultanlıq və xanlıq olan dövrlər, hətta ondan öncə, yəni XIII əsrin axırlarından XVII əsrin ortalarına qədərki dövrlər, haqqında olan heç bir yazılı mənbələrdə mahalın əhalisi haqqında dolğun statistik rəqəm və materiallara rast gəlinmir. Odur ki, XVII əsrin sonunda o dövr üçün maraq doğuran sorğu nəticəsində müəyyən edilmiş yuvarlaq rəqəm və oçerk materiallarından bu əsərin yazılmasında və kitabda gedən xəritə-sxemlərin tərtibatında ilkin mənbə kimi istifadə etməyi əsas götürdük. Əhalinin dəqiq siyahıyaalma prosesinə yalnız 1850-ci illərdən başlanmışdır. Mahalda yaşayan ermənilərin sayı ağlagəlməz dərəcədə müxtəlif erməni və ermənipərəst tədqiqatçılar tərəfindən çox şi-şirdilmişdir. 1870-1871-ci illərin məlumatına görə, qəzada 33770 nəfər kişi və 19327 nəfər qadın var idi. Bu əhali 4870 ailədən ibarət olub, hər bir ailəyə 7 nəfərə yaxın adam düşürdü. Hər 100 kişiyə 73 nəfər qadın, uzunömürlülük isə 55-60 ilə bərabər idi.

Əhalinin məşğuliyyəti əsasən maldarlıq və əkinçştik idi. Maldarlıq Azərbaycan türklərinin yaşadığı bölgələrin əlverişli təbii şəraiti və coğrafi mövqeyinə uyğun olaraq inkişaf etdirilir. Yəni Başkeçid bölgəsində iri buynuzlu mal-qara və qismən qoyunçuluq, aran və düzəngah Borçalıda isə qoyunçuluq və südçülük yönümlü maldarlıq inkişaf etmişdir. Ərazinin iqlim şəraitinin 6-7 ay isti keçməsi ilə əlaqədar olaraq arançılar apreldən sentyabr ayının 20-25-nə kimi yaylaqda, payız aylarından mart ayına kimi isə aran qışlaqlarında olurdular. Kənd təsərrüfatının əkinçilik sahəsində taxılçılıq, bostançılıq, son zamanlar qismən bağçılıq və pambıqçılıq, yemçilik inkişaf etdirilirdi. Mahalda Azərbaycan türkləri yeganə xalqdır ki, (əgər qışlaq, yaylaq mövsümü ilə əlaqədar yerdəyişməni nəzərə almasaq) oturaq həyat tərzi sürür. Yəni ermənilər, yunanlar, qaraçılar kimi əlavə yüngül qazanc dalısınca digər bölgələrə ketmirlər. Qadınlar adətən heyvandarlıqda süd, yağ, pendir istehsalı, həyətyanı təsərrüfatda xırda-para işlərin icrasında, evdə isə uşaqlara baxmaq, məişət işləri ilə məşğul olurdular. 1670-ci ilin məlumatına əsasən, qəzada yaşayan Azərbaycan türklərinin əkinə yararlı torpaq sahələri demək olar ki, yox dərəcəsində imiş. Onlar əsasən icarəçilərin torpağında, qolçomaq, bəy və dikər millətlərin nümayəndələrinin təsərrüfatında çalışmış, əməklərinin dəyərinin müəyyən bir qismi onlara çatarmış. Mahalda olan əhalinin 80-85 faizi isə dövlət torpaqlarında çalışardı. Kəndli şəxsi mülkiyyətçiliyində mahalda yalnız Əngkrevan (90 ailə), Məmişli (20), Xançığazlı (15), dövlət mülkiyyətçiliyində isə Beytərəfçi (21 ev), Quşçu (8) və Kolakir (28) kəndlərinin əhalisi çalışardı. Mahalın əhalisinin 17 faizinin və ya 12,5 % ailənin torpağı olmamışdır.

Azərbaycan türklərinin çoxlu mal-qarası, qoyun-keçisi və atları var idi. Onların əsas məşğuliyyəti tarixən heyvandarlıq olmuşdur. Lakin mal-qaradan gələn gəlir onları demək olar ki, heç qane etmirdi. Çünki icarəçilər (bəylər və xanlar) onlara elə məbləğdə verki qoyurdular ki, kəndlilər ilin axırında hətta onlara borclu da qalırdılar. Azərbaycan türkləri Borçalıdakı başqa millət və xalqlara nis-bətən çox qonaqpərvər, sözlərinə düz, riyakarlığa nifrət edən, sakit təbiətli alicənab insanlardır. Onlar ailədə çoxuşaqlılığı sevirlər. Lakin iqlimin uşaq orqanizminə vurduğu zərbə nəticəsində uşaqlar arasında (yeni doğulmuş) ölüm əmsalı bəzi illərdə doğulanlardan üstün olmuşdur. Ona görə də, təbii artım aşağı düşmüşdür.

Borçalı qəzasının Borçalı nümayəndəliyində (düzən bölgələrsiz və Zəlyəsiz) yaşayan Azərbaycan türklərinin heyvandarlıqdan ayrılıb, tam taxılçılıqla məşğul olmağa demək olar ki, vaxtları qalmırdı. Odur ki, onlar mövsümi olaraq 1-2, bəzi hallarda isə 3-4 aylığa dağlıq ərazilərdən erməni, yunan və başqa millətlərin nümayəndələrini dəvət edib, muzdlu fəhlə kimi təsərrüfatın bu sahəsində işlədirdilər. Çox vaxtlar hətta İranın bir çox mahallarından tat və aysor millətinin artıq işçi qüvvəsindən bu mahalda istifadə edirdilər. Buna görə də həmin millətlərin sayı qəzada ildən-ilə artırdı. Xalqın zəhmətkeş kütləsi Borçalının susuz, isti, ilanlı-həşəratlı, müxtəlif gəmiricilərlə dolu olan şəraitinə, ab-havasına yaxşı dözürdü. Demək olar ki, il boyu bir dəfə də olsun xəstələnmirdilər. Tat və aysor tayfalarına mahalın Sarvan, Sadaxlı, Muğanlı, Yekaterinenfeld, Qarayazı, Qaçağan, Ərəbli, Ləmbəli və s. kənd məntəqələrində rast gəlmək olur.

Nəticə etibarilə onu qeyd etməliyik ki, əlimizdə olan rəsmi dövlət sənədlərinin, bir sıra tədqiqatçı-mütəxəssislərin material və elmi işlərinin araşdırmalarından aydın olduğu kimi, Borçalı mahalında 1873-1875-ci illərdə əhali üzrə aparılmış elmi tədqiqatlar, etnoqrafik məcmuədəki nəticələr sübuta yetirir ki, burada yüz minə yaxın əhali qeydə alınmışdır. Bu yüz min nəfər əhali özündə 7 millətin nümayəndələrini birləşdirmişdir. Eyni zamanda təkzibolunmaz faktlar, dəlillər vasitəsilə müəyyən etdik ki, buranın qədim yerli əhalisi tarixən Azərbaycan türkləri olmuşlar. Statistik materiallardan aydın olur ki, müsəlmanlar arasında həm təbii artımın, həm də ölüm (uşaqlar arasında) əmsalının yüksək olması, mexaniki hərəkətin isə ermənilərə, ruslara və gürcülərə nisbətən aşağı olması mahalda XV əsrin əvvəllərinə qədər sabit artım fərqani nəzərə az çarpdırır. Halbuki Azərbaycan türklərinə, ümumiyyətlə, onların yaşadıqları ərazilərə dövlətin heç bir qayğısı olmamış, əhali kortəbii həyat tərzi keçirərək, yerli istismarçı qüvvələr tərəfindən var-yoxdan çıxarılıb istismar olunmuşdur. Onu da qeyd etməliyik ki, Azərbaycan türkləri yaşayan məntəqələrdə sosial-iqtisadi təminat yox dərəcəsində idi. Lakin Şüləver, Yekaterinenfeld, Rus-Kerkeri və s. məntəqələrdə yaşayanlara tamam başqa imtiyazlar verilmişdir. Yüz min nəfərlik bir mahalda heç bir şəhər və qəsəbə salınmamışdır. Mahalın ən qədim və ən iri, coğrafi mövqe baxımından əlverişli, Tiflis kimi iri inkişaf etmiş şəhərə yaxın olması və eləcə də ərazisində magistral yollar qovşağında yerləşən Sarvan məntəqəsinin olmasına baxmayaraq, onun nə Tiflislə, nə də ətraf məntəqələrlə telefon-teleqraf əlaqəsi, bələdiyyə, sahə polis idarəsi belə yox idi. Şüləver kəndi isə mahalın sosial-iqqisadi baza mərkəzi olmaqla yanaşı, həm də mahalın mərkəzi məntəqəsi sayılırdı. Buradan aydın olur ki, mahalda yerli türklərə qarşı ögeylik hələ də davam edir. Tarix boyu öz murdar əməlləri ilə məşhur olan erməni millətçiləri çar hökumətinin Qafqazdakı səlahiyyətli nümayəndəliyində işləyən rüşvətxor məmurlarla əlbir olub, mahalın bütün təsərrüfat sahələrində lazımi vəzifələrə gəlmə erməniləri seçmiş, işküzar, təmizqəlbli Azərbaycan türkləri isə bir qayda olaraq rəhbərlik tərəfindən təhqirə, istismara məruz qalmışlar. Bu faktı Borçalının nəinki iqtisadi və sosial həyatında, hətta yerli əhalinin adi insan hüquqlarının tapdalanmasında da açıq-aydın görmək mümkündür. Namərd və qaniçən ermənilər indinin özündə də bu bədnam əməl-lərindən əl çəkmirlər. Lakin dözümlü və həmişə öz nəslini artırıb yaşadan qadir xalqamız, əsrlər boyu ermənilərin və digərlərinin ona qarşı etdikləri alçaq və məkrli hərəkətlərinə mərdliklə sinə gərərək, ən ağır şəraitdə belə düşmən qarşısında başını həmişə və hər yerdə uca tutmuşdur. Bu dediklərimizi regionun son statistik rəqəmləri sübuta yetirir.

Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003