|
Ulu Borçalı ərazisinin bir neçə
dəfə dəyişdirilməsinə baxmayaraq, 1880-ci ilin
mə'lumatına görə, 5.940 kv km, 1905-ci ildə 6.870 kv.
km, 1917-1921-ci illərdə 4.360 kv. mk, nəhayət 1922-1929-cu
illərdə (qəza məhz 1929-cu İldə rayonlara bölünüb)
cəmi 2.665 kv km olub. Yə'ni binəva Borçalı
zaman-zaman Dardanel boğazı kimi "daralıb", Şura hökümətinin
gəlişi ilə isə, demək olar, tən yarıya bölünüb,
yarısı Gürcüstanda qalıb, yarısı bədnam
Ermənistana verilib. Beləliklə, üç hissəyə:
dağlıq Borçalıya, aran və ya düzən Borçalıya
və bağ Borçalısına ayrılmışdır.
Borçalıda sultanlıq ləğv olunandan sonra(1880) Borçalı
mahalı Tiflis quberniyasının tərkibindən çıxıb,
Borçalı, Loru və Trialeti nümayəndəliyi kimi
fəaliyyət göstərməyə başlayıb.
Mahal şimaldan Qori və Tiflis qəzası,
cənub-şarqdan Yelizavetpol quberniyasının Qazax
nahiyəsi, cənub-qərbdən İrəvan quberniyasının
Aleksandropol qəzası, qərbdən isə Tiflis quberniyasının
Ahılkələk qəzası ilə həmsərhədik.
Mahalın ümumi sərhəd xəttinin uzunluğu 485
kilometr olub, özünəməxsus landşaft qatına
malikdir.
Ərazinin 2/3 hissəsi dağlaq (500
metrədən yuxarı və dağətəyi) zona, 1/3
hissəsi isə düzənlik və maili düzənlikdən
ibarətdir. Bu düzənlik Gürcüstanın
Azərbaycanla sərhəd və Ermənistanla
həmsərhəd ərazisi arasında geniş sahəni
əhatə edir. Bu düzənlikdə mahalın 70-ə yaxın
yaşayış məntəqəsi cəmləşmişdir.
Bu duzənlik Borçalı mahalının şimal-şərq
hissəsində yerləşib, dəniz səviyyəsindən
1100 fut və ya 34 metr yüksəklikdə yerləşir. Mahal
hər dörd tərəfdən - şimaldan Yağılca alçaq
dağlıq massivinin təpələri, Qərbdən Somxet
tirəsinin meşə örtüyü, cənubdan Babakər
dağ silsiləsi ilə əhatə olunur. Şərqdən
isə gür çayı vasitəsilə Qarayazı
çöllərindən ayrılır. Bu düzənliyin
uzunluğu 35,4, eni 26,6 km, sahəsi isə 392,5 kv km-ə
bərabərdir. Düzənliyin səthi hamar olub, bə'zi
sahələrdə təpəlik ərazilər diqqəti
cəlb edir. Buranın təbii şəraitinin rəngarəng
olmasına suvarma şəbəkəsinin inkişafı və
ərazidən axan çayların tə'siri çox böyükdür.
Lakin onu da etmək lazımdır ki, bol və sıx su şəbəkəsinə
malik olan Borçalı mahalında 100-150 il bundan əvvəl
bu suların ətraf sahələri basması (yaz, payız)
ərazidə yüz hektarlarla əkinə yararlı torpaq
sahələrinin sıradan çıxarmış, geniş
bataqlıq sahələrinin əmələ
gəlməsinə səbəb olmuş və
nəticədə ağır və uzun sürən yoluxucu
malyariya (qızdırma), ağ ciyər və sarılıq
xəstəliklərinin inkişafına zəmin yaratmışdır.
Nəticədə kütləvi insan (1-8 yaşlı uşaqlar)
tələfatına səbəb olmuşdur.
Borçalının iqlimi çox müxtəlif
olub, rəngarənglik təşkil edir. Belə ki, dağlıq
Borçalının (Trialeti nümundəliyi, Başkeçid
- Qomaret və Loru nümayəndəliyinin dağlıq
ərazisi) qışı əsasən soyuq, yazı yumuşaq
isti, bə'zən yağmurlu, payız yağmurlu və soyuq,
yayı isə dumanlı və mülayim, bə'zən isə
qızmar keçir.
Aran Borçalısı (Lorunun bir hissəsi
daxil olmaqla), borçalı və Zəlyə düzənliyininiqlimi
isə demək olar ki, ilboyu kənd təsərrüfatı
üçün tam yararlıdır, qış aylarında
şaxtalı günlərin sayı təxminən 5-10 günə
çatır. Yay ayları quraq və isti keçir, yaz ayları
bə'zən isti və əsasən yumuşaq-mülayim hava axını
ilə zəngin olub, payız isə nisbətən yağmurlu
olması ilə fərqlənir.
Mahalda ərazi üzrə iqlim ünsürlərinin
qeyri-bərabər paylanması ərazinin torpaq bitki örtüyünə
öz tə'sirini (düzən və dağətəyi
sahələrdə) göstərmiş, dağlıq
ərazilərdə ilboyu yağmurun, qış aylarında
isə lazimi qar qatının olması sıx meşə
sahələrinin əmələ gəlməsində
səmərəli rol oynamışdır. Qeyd etməliyik ki,V
əsrdə başlanmış XX əsrin əvvəlinə
kimi Borçalı qəzasının iqlimi haqqında heç
bir tədqiqat işi aparılmamışdır. Yalnız eramızın
XVIII və XIX əsrlərdən müxtəlif səpkidə
(tarixi etnoqrafik oçerk) iqlim mövzusuna aid çox azsaylı
materiallara rast gəlinir. Bütün yazılı
mənbələrdə bu sahəyə aid materiallar sorğu
şəklində aparılmışdır. Bunları
nəzərə alaraq, biz çalışdıq ki, Borçalının
təbii şəraiti və iqlimə haqqında lazimi
mə'lumatlar toplayaq. Buna görə də ardıcıl olaraq
1980, 1985, 1990, 1993, 1994 və 1995-ci illərdə mahalın dağlıq
dağətəyi, düzən və aran bölgələrində
(ilin müxtəlif fasillərində) olub, bir sıra fizcoğrafi
və meteoroloji, materiallar əldə etdik.
Şübhəsiz, son 15-20 ildə əldə
etdiyimiz meteoroloji, təbii şərait və s. sahələr
üçün materiallar yalnız mahalın XX əsri haqqında
fikir yürütməyə əsas verir. Keçmiş
əsrlər haqqında isə yalnız və yalnız
təqribi və nisbi olaraqfikir yürütmək olar. Müşahidələrimizə,
elmi təhlil və ümumiləşdirmələrimizə
əsaslanırıq deyə bilərik: Təbii şəraiti,
torpaq-bitki örtüyü, səfalı ab-havası, şəfalı,
təmiz, sağlam iqliminə; bol su ehtiyatlarına və günəş
enerjisinin (sutka ərzində) faydalı olmasına görə
bu mahal əvəz olunmazdır. Onu göstərmək lazımdır
ki, Borçalının coğrafi mövqeyi digər mahal
və bölgələrə nisbətən yaşayış
üçün çox əlverişli olub, burada Zaqafkaziyaya,
Yaxın və Orta Şərqə, eləcə də Avropaya
birbaşa çıxış yolu vardır. Zəngin
təbiəti Borçalı axırlı-baxarlı meşələri,
çəmən və otlaqları, çağlayan, gur axan
çayları və göz yaşı kimi dupduru təbii
bulaqları ilə həmişə yadelli işğalçıların
diqqətini cəlb etmişdir.
Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|