|
Bu
mö`cüzəli və gözəl şəhər Azərbaycan Respublikasının paytaxtıdır.
Şəhərin Bakı adı "küləklər şəhəri" mənasını verir. Bakının gerbi dəniz
dalğaları fonunda üç mə`şəldən ibarətdir. Azərbaycan qədimdən
"odlar
ölkəsi" adlanır və Bakı öz təbii mə`şəllərilə Ölkənin özünəməxsus
rəmzidir. Bakı Azərbaycanın sənaye, mədəniyyət mərkəzi olan qədim
şəhərdir. Burada respublikanın şəhər əhalisinin yarısından çoxu
cəmləşdirilmişdir. Şəhərin əhalisinin sayı 2003-cü il yanvarın 1-nə olan
mə`lumata əsasən 1 mln 827,5 min nəfərdir. Ancaq qaçqınları (93.4 min) və
məcburi köçgünləri (153.4 min) nəzərə alsaq, Bakıda 2 mln 74,3 min əhali
yaşayır. Şəhərin ümumi sahəsi 192 min hektardır. Şəhərin tarixi mərkəzi
olan "Bakı Qalası" isə 21,5 hektara malikdir. Şəhərim sahəsi Abşeron
yarımadası boyu, təbii və sün`i adalara (Neft daşları) da yayılmışdır.
 Bakı, Xəzər dənizinin
əhatə etdiyi
Abşeron yarımadasında yerləşir. Abşeron yarımadası quru subtropik,
isti günəşli yay və qısa müddətli mülayim qış iqliminə malikdir. Bakının
orta illik temperaturu yer kürrəsinin temperaturu ilə çox az fərqlə,
uyğundur (14,2 dərəcə). Aydın günlərin sayına görə (264 gün) Abşeron
Qafqazda birinci, yağmurlu günlərin sayına (180-322 mm) görə isə axırıncı
yerdədir. Tez-tez güclü külək "Xəzri" əsir. Xəzərdə çoxlu miqdarda xırda
adalar (Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Zənbil, Səngi Muğan, Çikil, Qara
Su, Çilov, Pirallahı, İqnat Daşı və s.). Bakı adalar
qrupunu (arxipelaq) təşkil edir.
Müasir
Bakı – çox inkişaf etmiş və abadlaşdırılmış, keçmişi və müasirliyi
ayrılmaz surətdə uyğunlaşdıran bir şəhərdir. Burada Avropa və Asiya, şərq
və qərb mədəniyyətləri qaynayıb qarışmışdır. Buna misal olaraq, tarixi
abidələrin müxtəlifliyini göstərmək olar. Şəhərin ən qədim hissəsində
"İçəri şəhər" də çox qədim və nadir tikililər məcmusu mövcuddur. Burada
tarixi-me`marlıq muzey – qoruğu təşkil olunmuşdur, harada ki, Şirvanşahlar
Sarayı (XV əsr) da yerləşir. Qalanın sahəsində
"Qız qalası" (XII əsr) da
yerləşir. Öz me`marlıq xüsusiyyətlərinə görə
"Qız qalası" Şərqdə yeganə
bir qaladır. Bakının 30 km-də yerləşən atəşiərəstlər məbədi xüsusi maraq
doğurur. Qayalar üzərində, macaraların divarları üzərində ibtidai insanlar
tərəfindən qoyulmuş təsvirlərlə Qobustan (Bakının 60 km-də) qoruğunda
tanış olmaq olar.
Bakıda Siz Qərbi Avropa me"marlığına aid XIX - XX əsrlərin çox nadir
nümunələrilə də tanış ola bilərsiniz.
Bakı
- görkəmli mədəniyyət mərkəzidir. Müsəlman Şərqində ilk dəfə olaraq, milli
teatr və milli opera vaxtilə məhz Bakıda yaradılmışdır. İlk Azərbaycan
qəzetləri nəşr olunmağa başladı, ilk kitabxana – qiraətxana açıldı.
Hal-hazırda Bakıda çoxlu miqdarda muzeylər
fəaliyyət göstərir. Əyləncə sevənlər üçün saysız - miqdarsız klublar,
kinoteatrlar, teatrlar,
restoranlar və s. mövcuddurlar.Bakı – iri sənaye mərkəzidir. Burada qocaman neft mədənləri, məşhur
"Neft daşları", qüvvətli kran gəmiləri, müasir üzən buruq qurğuları və s. mövcuddur.
Müasir Bakı – yalnız neft və neftkimya şəhəri deyil. Bakı həmçinin
maşınqayırma, elektrotexnika, cihazqayırma və başqa sahələrdə elmi-texniki
tərəqqiyə malik olan şəhərdir.
Mənbə: baku.aznet.org |