Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Yazılar

[8 Sentyabr 2012] Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi

- Nurəddin bəy, bu günlərdə ermənilər Qarabağda dinc insanlarımızı öldürən “Arabo” taboru haqda film çəkərək, bu quldur və cinayətlar dəstəni “qəhrəman” elan ediblər. Keçmiş müharibə iştirakçısı olaraq, bu dəstə haqda nə deyə bilərsiniz?

- Arbo taboru M Eqizaryan tərəfindən Suriya, Livan,Fransa, ABŞ və Sovet –Əfqan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət Avropanın ən güclü muzdlu taborundan biri idi!!

29 iyun 1992- ci ildə 123- cü rotanın 2- ci Gəncə taborunun komandiri Mehman Ələkbərova tezliklə kəşfiyyat rotasının komandiri Vaqif Həmidovdan Ağdərənin Həsənqaya kəndinə tərəf böyük erməni silahlı qüvvələrinin yaxınlaşması haqda məlumat gəldi! Mehman Ələkbərov Həsənqaya kəndinin qırağında yerləşən əkinlikdə kəşfiyyatın mövqe tutması haqda əmr verdi. Özü isə taboru trevoqa ilə qaldırarq komandanlığı məlumatlandırdı və Həsənqaya kəndinə tərəf bütün əlində olan qüvvələr ilə hərəkət etdi. Həsənqaya kəndinin qırağında Mehman Ələkbərovun məharətli manevri (gedişi) sayəsində erməni qüvvələri mühasirəyə alındı! 171 nəfər şəxsi heyyətə malik olan, ən axırıncı müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123- cü rotanın 2- ci Gəncə taboru tərəfindən tamamı ilə məhv edildi. Taborunun komandiri M. Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən leşi Həsənqaya kəndinin qırağında yerdə qaldı. Beləliklə Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlar soyqırımının bir nömrəli günahkarlarından olan “ ARBO “taboru qeyri bərabər   döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq panikaya uğramış və məhv edilmişdi! Ən müasir silahlarla silahlanmış böyük döyüş təcrübəsi olan 171 nəfərlik taboru qarşı, atıcı silahları olan 146 nəfərlik bir könüllülər taboru vuruşurdu.

Mamvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının bir başa ilhamvericisi olub və bu taboru amansızlığı ilə tanınırdı. Ermənilər bu batalyonun məhvini 1994- cü ilə qədər gizlədirdilər. Lakin 1994- cü ildə Mamvel Enqibaryan taborunun məhv edildiyini boynuna aldı.

- Bu dəstənin ləğvi Azərbaycan ordusunun ümumi əhval-ruhiyyəsinə necə təsir etdi?

- Qarabağda hərbi əməliyyatları aparan 2-ci korpusun 123-cü polku tabeliyində olan Gəncə taborunun komandiri Mehman Ələkbərovun fitri hərbi istedadı ona imkan verdi ki, az qüvvə ilə Həsənqaya kəndinin ərazisində Arabo taborunun özünə sərf eden əraziyə çəksin və orada düşməni itki vermədən məhv etsin. Bu döyüş erməni silahlı qüvvələrinə ruh düşgünlüyü gətirdi. Azərbaycan silahlı qüvvələrinə isə əks hücuma keçmək üçün ruh yüksəkliyi verdi və inisiativi əllərinə almağa şərait yaratdı. Bununla da Azərbaycan ordusu erməni əlində olan, bağlanmış Kəlbəcər yolunu azad etdi, Laçın istiqamətində Sarıbaba strateji əhəmiyyətlı yüksəklikdən Laçına hücumu başladı.

- Belə bir cəsur komandirin sonrakı taleyi necə oldu?

- Mehman Ələkbərov  93-cü il Gəncə hadisələri zamanı 709-cu briqadaya hücum edən hökumət qoşunları ilə müdafiə olunan 709-cu briqadanın müdafiə olunan əsgərlərin arasına ağ bayraqla girib, sülh yaratmaq istəyən zaman güllələnmişdir. Bu zaman onun yanında olan batalyonun  müavini Mehman Cəfərov da güllələnərək öldürülmüşdür. Bu hadisənin şahidi olan Mehman Ələkbərovun qardaşı Ağakərim Ələkbərovun dediyinə görə onları Qazax briqadasnın əsgərləri güllələmişdir.
Söhbətləşdi: Elnur Eltürk




Son yazılar
[14.07.2013] “İrandakı rejim dağılmağa məhkumdur” - MÜSAHİBƏ
[08.09.2012] Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi
[03.09.2012] Türk birliyi ideyasının gerçəkləşməsi Qarabağ məsələsində Azərbaycana böyük dəstək olacaq
[21.08.2012] Beynəlxalq ictimaiyyət arasında getdikcə “məzlum erməni mifi” dağılmaqdadır
[07.08.2012] İndi heç bir ölkə ermənilərin hiylələrinə asanlıqla düşmür
[18.05.2012] Biz gələcəyik!...
[24.04.2012] Dünyadan uzaqda kök salan şair
[26.02.2012] Amerikadan gələn qonaq
[26.02.2012] Gürcüstan Türklərində Milli Kimlik Sorunu
[12.12.2011] Cəld, tələskən və emosional Azərbaycan yazıçısı
[30.08.2011] Qəlbi Vətən boyda olan şair
[20.07.2011] Zəlimxan Yaqub: “Saz mənim dilimin duası, saz mənim bütün varlığım.”
[25.05.2011] Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz!
[01.05.2011] Türkiyə azərbaycanlılarının I qurultayı xalqımızın əsl diasporunun, güclü lobbisinin yaranmasına təkan verəcək
[26.04.2011] Türkiyəli tarixçilərinin Səfəvi padşahı Şah İsmayil Xətai belə yanaşmalarının elmi əsası varmı?
Ən çox oxunanlar