Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Yazılar
“İrandakı rejim dağılmağa məhkumdur” - MÜSAHİBƏ
Cavad Abbasi: “İşğal olunmuş Qarabağ hər bir güneylinin qanayan yarasıdır”
14.07.2013 | 3750 dəfə oxunub

Müsahibimiz çox maraqlı tarixçəsi ilə yaddaşımıza həkk olundu. O, Güney Azərbaycanın Salmas bölgəsində dünyaya göz açsa da, bu gün Amerikanın paytaxtında - Vaşinqtonda yaşayır. O, İranda yaşadığı illərdə müəllim kimi fəaliyyət göstərib. Lakin milli fəal olduğu üçün işdən çıxarılıb. Tanınmış idmançı, İranda 1994-ci ildə kong-fu idmanı üzrə birincilik qazanan müsahibimiz  Cavad Abbasidir.  Onunla söhbətə keşməkeşli keçmişindən deyil, elə bu gündən başladıq. Özü d&#...  Xəbərin davamı >>>

Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi
08.09.2012 | 3523 dəfə oxunub

- Nurəddin bəy, bu günlərdə ermənilər Qarabağda dinc insanlarımızı öldürən “Arabo” taboru haqda film çəkərək, bu quldur və cinayətlar dəstəni “qəhrəman” elan ediblər. Keçmiş müharibə iştirakçısı olaraq, bu dəstə haqda nə deyə bilərsiniz? - Arbo taboru M Eqizaryan tərəfindən Suriya, Livan,Fransa, ABŞ və Sovet –Əfqan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət Avropanın ən güclü muzdlu taborundan biri idi!! 29 iyun 1992- ci ildə 123- cü rotanın 2- ci Gəncə taborunun komandiri Mehman '...  Xəbərin davamı >>>

Türk birliyi ideyasının gerçəkləşməsi Qarabağ məsələsində Azərbaycana böyük dəstək olacaq
Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayil Safi ilə müsahibə
03.09.2012 | 3403 dəfə oxunub

- İsmayil bəy, bu günlərdə Türk Şurası adlandırılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısını necə dəyərləndirirsiniz? Xüsusilə də, birlik bizə nə verəcək? - Bu türk birliyi 100 ildən çox idi ki, gözlədiyimiz ən böyük arzularımızdandır və şükürlər olsun ki, arzularımız həyata keçməyə başlayır. Artıq, XX əsrin əvvəllərində güclənməkdə olan birlik ideologiyası nəhayət ki, gerçəkləşmək üzrədir və bununla bağlı praqmatik addımlar atılır....  Xəbərin davamı >>>

Beynəlxalq ictimaiyyət arasında getdikcə “məzlum erməni mifi” dağılmaqdadır
21.08.2012 | 3367 dəfə oxunub

- Abbas bəy, Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycanın apardığı təbliğatı necə dəyərləndirirsiniz?- Bu gün Azərbaycan dövlətinin apardığı təbliğat və qurduğu informasiya mexanizmi sürətlə erməni mifini dağıtmaqdadır. Əvvəllər Azərbaycanla bağlı informasiyalar məhdud idi və insanlar Azərbaycan haqda geniş məlumatlara malik deyildilər.Hazırda isə başqa prosesləri müşahidə etməkdəyik.  Onu da əlavə edək ki, bu gün dünya ictimaiyyəti Ermənistanın işğalçı dövlət ol...  Xəbərin davamı >>>

İndi heç bir ölkə ermənilərin hiylələrinə asanlıqla düşmür
Diaspor fəaliyyəti ilə məşğul olan “Odlar Yurdu” Təşkilatının sədri İlham Nağıyevlə müsahibə
07.08.2012 | 3513 dəfə oxunub

- İlham bəy, ilk öncə rəhbəri olduğunuz qurumun fəaliyyəti haqda məlumat verərsiniz?- “Odlar Yurdu” təşkilatı ilkin olaraq xaricdə oxuyan azərbaycanlı tələbələrin birliyi kimi yaradılıb. Fəaliyyətimizin ilk illərində biz əsasən xaricdə oxuyan tələbələrimizin təşkilatlanmasına, onların təhsil aldıqları ölkədə fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələndirilməsinə çalışırdıq. Fəaliyyətimiz genişləndikcə bizim tədbirlərə diaspor təşkilatları da, səfirliklərimiz də...  Xəbərin davamı >>>

Biz gələcəyik!...
18.05.2012 | 2995 dəfə oxunub

... Gözəl şəhərim, yenə də sənin haqqında yazıram. Yenə də sənin Azərbaycan şəhəri olduğunu təsdiqləməliyəm. Təsdiqləməliyəm ki, bu şəhərdə görkəmli musiqiçilərimiz doğularaq Azərbaycanımızın hüsnünə mahnılar qoşublar. Mən necə bu şəhəri təsdiq edim ki, ilahi, buranı elə özümüz tikmişik. Təxminən üç əsr bundan əvvəl Pənahəli xanın Şuşa şəhərini tikməsi barədə sübutmu lazımdır? Ermənilər kimdir ki, mən öz torpağımı onlara sənədlərlə təsdiqləyim ki, bu mən...  Xəbərin davamı >>>

Dünyadan uzaqda kök salan şair
Məmməd Dəmirçioğlunun “Səhra gülləri” şeirlər kitabı barədə qeydlər
24.04.2012 | 2936 dəfə oxunub

Məmməd Dəmirçioğlunun yazılarını sazsız təsəvvür etmək mümkün deyil, çünki onun doğulduğu İncə dərəsi saz yurdu, söz vətənidir. Sözümü qəribçiliyə salmasalar İncə dərəsini hətta Borçalının anklavı hesab edərdim. Bu bölgədə yaşayan insanların düşüncə tərzini, Borçalı əhalisindən heç nə ayırmır. Məmməd bəyin “Dəmirçioğlu” təxəllüsü isə onu mənən bir az da doğmalaşdırır. Belə ki, bu sətirlərin müəllifinin doğulduğu Dəmirçihasannı bölgəsində yaşayan...  Xəbərin davamı >>>

Amerikadan gələn qonaq
26.02.2012 | 3012 dəfə oxunub

Amerikadan gələn qonağı görən kimi tanıdım. Kitablarda onun haqqında çox oxumuş, hətta bir dəfə rəhbərlik etdiyim “ZİYA” qəzetində bu görkəmli alimin haqqında məqalə də dərc etmişdim. Bu insan dünya şöhrətli Azərbaycan alimi, əslən Başkeçiddən olan, ANA (Azərbaycan-Nyu-York- Amerika) assosiyasiyasının prezidenti, professor Əli Nəsibov idi. Onunla çox səmimi görüşüb, xeyli söhbət etdik. Hətta “Ramada” otelinin Xəzərin görünən hissəsinə çəkilib şəkil də çəkdirdik. Professor Mahmud Kamaloğlu da bizimlə...  Xəbərin davamı >>>

Gürcüstan Türklərində Milli Kimlik Sorunu
26.02.2012 | 3402 dəfə oxunub

Gürcüstan da yaşayan türk-müsəlman topluluğu olduqca dərin milli kimlik sorunu yaşayır. Əsasən Borçalı, ahıska, Acar və avarlardan oluşan türk-müsəlman topluluğu istər ölkə çapında, istər bölgə də, istərsə də bölgələrarası münasibətlər də bir bütöv-vahid toplum kimi özünüifadə etməkdə olduqca dərin sorunlar yaşamaqdadır.  1989-cu ilin rəsmi statistik sayına görə Borçalı Türkləri 307000 nəfər, o dövrdə qeyri-rəsmi saylara görə 640-650 min nəfər, 2002-ci ilin statistik sayına görə 2847...  Xəbərin davamı >>>

Cəld, tələskən və emosional Azərbaycan yazıçısı
Aqil Abbasın “Batmanqılınc” romanı barədə düşündüklərim
12.12.2011 | 3078 dəfə oxunub

Aqil Abbasla şəxsi münasibətim olmasa da onu elə özüm kimi tanıyıram. O, rəğbətimi qazanmış insandır. Yazılarından, çıxışlarından tanıyıram, onu xatırlayanda ilk növbədə cəld və tələskən hərəkətləri gözümün önünə gəlir. Hərdən mənə elə gəlir ki, onunla yol yoldaşı olmuşam. Aqil müəllimi ölümün gözünə dik baxan, bəlkə də ölümü öldürməyi bacaran insan kimi təsəvvür edirəm. Nədənsə, dövri mətbuatda Aqil Abbas haqqında dərc olunan yazıları oxuduqca mənə elə gəlir ki, m&...  Xəbərin davamı >>>

Qəlbi Vətən boyda olan şair
Abbas Abdullanın “Seçilmiş əsərləri” barədə düşündüklərim
30.08.2011 | 3454 dəfə oxunub

Səhər evdən çıxanda insan nələrlə qarşılaşacağını bilmir. Düzdür, Aristotelin fəlsəfəsinə görə, əvvəlcə istiqamət, sonra ağılın onu tənzimləməsi gəlir, lakin bu, konkret işlərə aiddir. Qeyd etmək lazımdır ki, konkretlik yazıçıya da məxsus olan bir məziyyətdir. Belə ki, o, hər hansı bir mövzunun üstündə işləyərkən ağılının buyurduğu mənbələrin axtarışına çıxır. Sənətinə uyğun olaraq qeydə alacağı kiçik həcmli yazılar barədə isə yazıçı heç vaxt düşünə bilməz, belə halda yazıçı m&#...  Xəbərin davamı >>>

Zəlimxan Yaqub: “Saz mənim dilimin duası, saz mənim bütün varlığım.”
20.07.2011 | 3225 dəfə oxunub

... Eşidəndə ki, xalq şairi Zəlimxan Yaqub Kəpənəkçiyə-öz elinə, obasına gəlib, elə sevindim ki.. . Yazıçı Əli Abbasa, ustad sənətkar Aşıq Məhəmməd Sadaxlıya  zəng edib, Kəpənəkçiyə-şairi ziyarətə yollandıq. Şair Almaniyadan yenicə qayıtmışdı. Almaniyalı həkimlər ona kənd havasını, xüsusi ilə Borçalı dağlarının havasını udmağı, ana torpağın sinəsində gəzməyi məsləhət görmüşdülər. Həmin gün bizi şairin özü qarşıladı. Əhval-ruhiyyəsi gözəl idi. Aşıq Məhəmmədi görən kimi elə qardaşım &Cc...  Xəbərin davamı >>>

Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz!
25.05.2011 | 2815 dəfə oxunub

Sovetlərin dağılması bir millət olaraq bizim iç durumumuzu üzə çıxartdı. Nə qədər ki, imperiya “ailəsi”nə daxil idik, nizamımızı o müəyyən edirdi, idarəçiliyimizi onun diktəsi ilə həyata keçirirdik. Guya bu buxovdan açıldıq və öz işimizi bilməyə başladıq. Bu vaxta qədər işimiz də içimizin göstəricisi kimi ortada. İşimiz də göstərir ki, içimiz mənəvi, siyasi buxovlardan tam açılmayıb. Köhnə ənənələrlə “yeni quruluş” tələblərinə doğru yüyürürük. Köhnə ənənələr...  Xəbərin davamı >>>

Türkiyə azərbaycanlılarının I qurultayı xalqımızın əsl diasporunun, güclü lobbisinin yaranmasına təkan verəcək
01.05.2011 | 2976 dəfə oxunub

Aprel ayının 23-24-də Türkiyə Azərbaycanlılarının I qurultayı baş tutdu. Qurultayda Azərbaycandan da tanınmış insanlar iştirak edirdi. Nümayəndə heyətinin tərkibində Azərbaycanın sabiq təhsil naziri, tanınmış tarixçi, professor Firudin Ağasıoğlu da iştirak edib. Onunla həm qurultay, həm də digər mövzular ətrafında etdiyimiz söhbəti təqdim edirik.  - Qurultayla bağlı təəssüratlarınızı eşitmək istərdik və qurultay necə keçdi? - Qurultay çox uğurlu və demokratik ruhda keçdi. İlk başdan onu deyim ki, qurultayın uğurlu və izdihamlı keçməsinin ...  Xəbərin davamı >>>

Türkiyəli tarixçilərinin Səfəvi padşahı Şah İsmayil Xətai belə yanaşmalarının elmi əsası varmı?
26.04.2011 | 3486 dəfə oxunub

Qardaş Türkiyədə Osmanlı imperiyasını dövrünü əhatə edən “Möhtəşəm Yüzillik” filmi yayımlanır. Azərbaycanda da filmi diqqətlə izləyirlər. Onu qeyd edək ki, film efirə yayımlanandan sonra ölkə tarixçiləri, aydınları film haqqında birmənalı fikir bildirmədilər.  Filmdə kifayyət qədər ziddiyyətli məqamlar var. Xüsusilə, filmdə bizim diqqətimizi çəkən məqamlardan biri də, Osmanlı Sultanı Səfəvi padşahı Şah İsmayil Xətai haqqında aşağılayıcı sözləri işlətməsi və onu dövlət xadimi olaraq qəbul etməməsi...  Xəbərin davamı >>>

Kəpənəkçi - Ulu elim
26.04.2011 | 2881 dəfə oxunub

Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarım! Niyəsə Kəpənəkçi adını dilə gətirəndə bu ad sazımızın Ürfanı havası kimi mənim qəlbimdə həmişə həyəcan doğurur. Körpəliyimə şirin vüsal bağışlayan laylalarım burada çalındığına görəmi, ömrümə məna, məzmun gətirən çayların, meşələrin, dağların əsrarəngiz gözəlliyinə şahidlik elədiyinə görəmi, Ulu Türkün müqəddəs harayı olan saza beşik quran Borçalının yavrusu olduğuna görəmi – Kəpənəkçi adı doğmadır &u...  Xəbərin davamı >>>

Qasımlı Səməd Ağa
22.04.2011 | 2731 dəfə oxunub

XIX yüzillikdə Qasımlı elatında yaşamış və fəaliyyət göstərmiş, Borçalı mahalında və onun ətraf əyalətlərində öz ad-sanıyla böyük şöhrət qazanmış Səməd ağa öz xeyirxah əməlləri ilə yoxsula, kasıba əl tutmaq, onların hüquqlarını hər zaman müdafiə etməklə bütün el-obanın hörmət və ehtiramını qazanmışdır. Onun igidliyi, cəsurluğu, mərdliyi, kiçik yaşlarından ağsaqqalyana hərəkətləri heç zaman dillərdən düşməmişdi. Səməd ağa haqqında yüzlərlə şeirlər yazılmış, böyük saz-söz ustadı Şenlik baba aş...  Xəbərin davamı >>>

Məhəbbət ovçusu
Şair Knyaz Aslanın 50 illik yubileyinə
11.03.2011 | 2693 dəfə oxunub

Düşüncədə gedən normal mühakimələri, insanın tanıdıqları, yaxınları və dostlarıyla öz-özlüyündə qurduğu fantaziyaları qələmə almaq dəbdə olsaydı, mən birinci şair dostum Knyaz Aslanla olan savaşımı yazardım. Çünki o, gözəl təfəkkürə, fitri istedada malik olduğu halda əsərlərini çap etdirmək yadına düşmür. Oxucuları onun yaradıcılıq nümunələrini çıraqla axtarırlar. Hərdən düşünürəm ki, metromaniyanın baş alıb getdiyi bir dövrdə bəlkə Knyazın da kitab çap etdirməyə antipatiyası baş qaldırıb. Əgər belədirsə...  Xəbərin davamı >>>

Düz sözü bu zəmanədə heç kim demək istəmir
Fikirlərim, düşüncələrim” silsiləsindən
11.03.2011 | 2742 dəfə oxunub

Son illər azərbaycanlıların kompakt yaşadığı Borçalıda, eyni zamanda paytaxt şəhərimiz olan Tiflisdə Azərbaycan dilli qəzet və jurnal çıxardanlar çoxdur. Bu, çox təqdirəlayiq hadisədir. Bu günkü yazı, məqalə və yaxud müsahibədə deyilən düz söz sabahkı tarixdir. Biz jurnalistlərə belə şərait və imkan yaratdığı üçün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildiririk. Gürcüstanda çıxan mətbuat orqanlarına yaradılan müsbət şərait və imkanlar barədə komitə sədri hörmətli Nazim İ...  Xəbərin davamı >>>

Mədəd Coşqun: "Məni tənhalıq çəkir..."
04.03.2011 | 2722 dəfə oxunub

Başkeçidə yolumuz düşmüşdü. Yazıçı Əli Abbas ilə yol boyu dağların gözəlliyindən, saf dağ havasından və son illər dağlara uzanan yolların da yenidən çəkilməsindən söhbət açırdıq. Bu dəfə Başkeçidə tədbirə getmirdik. Bu elin istedadlı şair oğlu Mədəd Çoğqunun həyat yoldaşının-Ziyafət xanımın hüzr yerinə gedirdik. Bir az kədərliydik. Çox təəssüf edirdik ki, Mədəd müəllim ömrünün  ahıl yaşını-70 illik yubileyini qeyd etdikdən sonra onun həyat yoldaşı, rayonda, eləcə də Borçalıda fəal ictimaiyyət&cce...  Xəbərin davamı >>>

<<< geri | 1 2 3 4 5 6 7 8 9 10 11 | irəli >>>