Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Xəbərlər

[24 Iyun 2012] İsaxan Aşurov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib

İyunun 22-də Azərbaycanın tanınmış, vicdanlı vəkillərindən biri, Müsavat Məclisinin üzvü İsaxan Aşurov ABŞ-da müalicə olunduğu klinikada vəfat edib. Onu tanıyanlar bu insanın nə qədər dəyərli dost, haqsızlığa qarşı nə qədər barışmaz olduğunu yaxşı bilir. Qazax Polis Şöbəsinin rəisi işləyəndə də, təmsil etdiyi hakimiyyət devriləndən sonra demokratik düşərgədən həbs edilən silahdaşlarına vəkillik eləyəndə də İsaxan bəy eyni mövqedəydi - QANUNPƏRƏST.

Onun vəfatı bu böyük insanı tanıyan hər kəsi sarsıdıb: Azərbaycanda demokratik sistem qurmaq üçün uzun illər çiyin-çiyinə mücadilə apardığı silahdaşlarını da, vəkil həmkarlarını da, haqqını, hüququnu müdafiə etdiyi vətəndaşları da... İsaxan bəyin ağır bir xəstəliklə aylardır mübarizə apardığını, yenilmək təhlükəsinin sağalmaq şansından çox yüksək olduğunu çevrəsi bilirdi. Onu əməliyyat üçün ABŞ-a yola salanda da xəstəliyin əldən saldığı İsaxan Aşurovu bəlkə də son dəfə gördüklərinin fərqindəydilər. Ancaq yenə də yaxınları bu ölümü həzm edə bilmir...
Müsavat başqanı İsa Qəmbər də İsaxan Aşurovun vəfatı ilə dəyərli bir silahdaşını itirdiyini deyir: “İsaxan bəy çox sevdiyimiz, dəyərləndirdiyimiz dostumuz idi, Azərbaycana xidmət edən çox qiymətli bir vətəndaş idi. Elçibəy hakimiyyəti dönəmində dövlət qulluğundakı, konkret polis sistemindəki fədakarlığı ilə tanınmışdı. Sonrakı dövrdə də o, həm Müsavat Partiyasının Məclis üzvü, həm vəkil kimi Azərbaycan ictimaiyyətinin sayğısını qazanmış çox dəyərli insanlardan biri kimi qəbul olunurdu. Çox təəssüf, son zamanlar ağır xəstəlik onu hər zaman gördüyümüz fəallığından ayırdı. Allah rəhmət eləsin! İnanıram ki, onun xatirəsi xalqımızın, müsavatçıların qəlbində hər zaman yaşayacaq”.

İsaxan bəyin ən yaxın dostlarından biri də vəkil Elton Quliyev idi. Uzun illərə dayanan bu münasibət DOST anlamının mərtəbəsini yüksəldən dostluqlardan idi. Elton Quliyev qardaşdan artıq dəyər verdiyi dostunun itkisilə barışa bilmir. Biz ondan “İsaxan bəy xatirənizdə necə qalacaq” soruşmuşduq. Heç nə deyə bilmədi... Amma telefonun o başından gələn hıçqırıqları ilə dost ayrılığının nə qədər acı olduğunu çox gözəl anlatdı...

Vəkil İntiqam Əliyevə zəng vurduq. Onun İsaxan bəylə olan uzun illərin dostluğundan, Azərbaycanda ədalətsiz məhkəmə qərarlarına qarşı apardıqları birgə mübarizədən, Avropa İnsan Haqları Məhkəməsinə etdikləri şikayətlər təmin edilən zamanı yaşadıqları professional məmnunluqdan danışmasını gözləyirdim. Danışa bilmədi... Eşitdiyim “mən onu hansı sözlə anlada bilərəm ki...” sözlərindən sonra kövrələn, qəhərlənən səs oldu...

Allah hər kəsə İsaxan bəyin “yol”u kimi yol, “gediş”i kimi gediş qismət eləsin! Ruhun şad olsun, İsaxan bəy!

Vəkilin dəfn mərasimi Gürcüstanda təşkil olunacaq.

İ. Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. 1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz Rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsi rəis, 1991-1992-ci illərdə Göyçay Rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.

1996-cı ildən vəkil kimi çalışıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü idi.

İ.Aşurovun 4 övladı var.

“Yeni Musavat” qəzetinin kollektivi İsaxan Aşurovun ailəsinə və bütün yaxınlarına başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

 

 



Son xəbərlər
[12.07.2012] "Borçalı" Cəmiyyəti yaylaq festivalı keçirəcək
[24.06.2012] İsaxan Aşurov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib
[24.04.2012] Azərbaycanlı və gürcü deputatları əlbəyaxa oldular
[05.03.2012] Saakaşvili Qənirə Paşayevanı “Şərəf” ordeni ilə təltif edib
[26.02.2012] Azərbaycanın Batumidəki Baş Konsulluğunda Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib
[02.01.2012] Arif Əliyevə həsr olunmuş xüsusi buraxılış
[12.12.2011] Eduard Şevardnazde erməniləri Gürcüstan üçün təhlükə sayır
[21.09.2011] Xəlil Qaraçöp Avropa.az radiosunun qonağı olacaq
[09.09.2011] Gürcüstanda azərbaycanlı məhkuma işgəncə verilib
[08.07.2011] "Ağır elsən, Borçalıda adın var" kitabının 3-cü cildi işıq üzü gördü
[26.04.2011] Azərbaycandan Gürcüstana zəng etmək qaydaları dəyişdi
[22.04.2011] Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 5 hektar əkin sahəsini su yuyub aparıb
[11.03.2011] Gürcüstanda azərbaycanlıların “Sarvan” folklor rəqs qrupu “Yunior-2011-ci il” seçim festivalında iştirak edib
[11.03.2011] Gürcülər öz ölkələrində milli azlığa çevrilə bilərlər
[26.02.2011] Gənc Jurnalistlər Şəbəkəsi «Gənc yaradıcılar» layihəsinə başlayır
Ən çox oxunanlar