Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Xəbərlər

[5 Mart 2012] Saakaşvili Qənirə Paşayevanı “Şərəf” ordeni ilə təltif edib

Bu gün Gürcüstanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parla¬mentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. 

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Temiraz Şaraşemidze bildirib ki, Azərbaycanla Gürcüstan arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub və bu münasibətlər hər iki ölkə müstəqillik əldə etdikdən ötən 20 il ərzində daha da yüksələn xətt üzrə inkişaf edib. Səfirin qeyd etdiyinə görə, iki dost, qonşu, strateji müttəfiq ölkə arasında heç zaman ciddi problemlər olmayıb və olmayacaq: “Əsas olan budur” - deyə, səfir qeyd edib.

T.Şaraşemidze sonra bildirib ki, hər iki ölkənin parlamentləri, parlamentlərarası dostluq qrupları arasında da ciddi əməkdaşlıq münasibətləri mövcuddur: “Bir müddət öncə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azər¬baycanda səfərdə oldu və bu səfər zamanı bir çox maraqlı görüşlər, müzakirələr gerçəkləşdirdi. Bu gün isə buraya yığışmağımız Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərinə öz töhfəsini verən Azərbaycan-Gürcüstan Parla¬mentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlıdır.

Səfir sərəncamın mətnini oxuyub:

Gürcüstan prezidenti Mixeil Saakaşvilinin 25 yanvar 2012-ci il tarixli, 25/01.02 saylı Sərəncamı:
“Gürcüstan və Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə və beynəlxalq aləmdə Gürcüstanın maraqlarını dəstəklədiyinə görə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva “Şərəf” ordeni ilə təltif edilsin”.

Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürünü bildirən xanım Paşayeva qeyd edib ki, o bu ordeni təkcə öz adına deyil, həm də Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun bütün üzvləri adına, iki qonşu dövlətin daha da yaxınlaşmasına çalışan bütün həmkarlarının əməyinə verilən qiymət kimi qəbul edir: “Hesab edirəm ki, Qrupumuz fəaliyyət göstərdiyi müddət ərzində parlamentlərarası əlaqələrin, əməkdaşlığın inkişafı istiqamətində əlindən gələni etməyə çalışıb və daima Gürcüstanla əlaqələrə böyük önəm verib. Ona görə, bu ordeni həm də parlamentimiz adına, həm də Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna verilən orden kimi qəbul edirəm. Mən özəlliklə, ölkə prezidenti cənab İlham Əliyevə və Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürümü bildirir, onların iki dövlətin strateji partnyorluğunu yüksəltmələrini, dostluğumuzu daha da möhkəmləndirmələrini xüsusi vurğu¬layıram. Əgər onlar tərəfindən iki ölkə arasında əməkdaşlığa, tərəfdaşlığa, dostluğa bu qədər önəm verilməsəydi, Gürcüstanla Azərbaycanın münasibətləri bugünkü yüksək səviyyəsinə gəlib çat¬mazdı. Həm Azərbaycan rəhbərliyi, həm Gürcüstan rəhbərliyi hər zaman iki ölkə arasında olan münasibətlərə, əməkdaşlığa, dostluğa, mən deyərdim qardaşlığa böyük önəm veriblər və verməkdədirlər və təbii ki, onların bu siyasəti və fəaliyyəti parlamentlərarası dostlu qrupları və ümumiyyətlə hamımız üçün bir örnək təşkil edir. Gürcüstan şəxsən mənim üçün ən əziz, ən doğma ölkələrdən biridir və bundan sonra da hansı istiqamətdə fəaliyyət göstərəcəyimdən asılı olmayaraq, öz fəaliyyətimdə daim Gürcüstanla dostluq, qardaşlıq münasibətlərinin inkişafına əlimdən gəldiyi qədər öz töhfəmi verməyə çalışacam.” 

Sonra Milli Məclisin üzvləri və professor Qəzənfər Paşayev çıxış edərək, millət vəkilini təbrik ediblər. Gürcüstan Prezidentinə təşəkkür edən çıxışçılar Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha inkişafının hər iki ölkənin və xalqlarımızın maraqlarına cavab verdiklərini qeyd ediblər.



Son xəbərlər
[12.07.2012] "Borçalı" Cəmiyyəti yaylaq festivalı keçirəcək
[24.06.2012] İsaxan Aşurov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib
[24.04.2012] Azərbaycanlı və gürcü deputatları əlbəyaxa oldular
[05.03.2012] Saakaşvili Qənirə Paşayevanı “Şərəf” ordeni ilə təltif edib
[26.02.2012] Azərbaycanın Batumidəki Baş Konsulluğunda Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib
[02.01.2012] Arif Əliyevə həsr olunmuş xüsusi buraxılış
[12.12.2011] Eduard Şevardnazde erməniləri Gürcüstan üçün təhlükə sayır
[21.09.2011] Xəlil Qaraçöp Avropa.az radiosunun qonağı olacaq
[09.09.2011] Gürcüstanda azərbaycanlı məhkuma işgəncə verilib
[08.07.2011] "Ağır elsən, Borçalıda adın var" kitabının 3-cü cildi işıq üzü gördü
[26.04.2011] Azərbaycandan Gürcüstana zəng etmək qaydaları dəyişdi
[22.04.2011] Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 5 hektar əkin sahəsini su yuyub aparıb
[11.03.2011] Gürcüstanda azərbaycanlıların “Sarvan” folklor rəqs qrupu “Yunior-2011-ci il” seçim festivalında iştirak edib
[11.03.2011] Gürcülər öz ölkələrində milli azlığa çevrilə bilərlər
[26.02.2011] Gənc Jurnalistlər Şəbəkəsi «Gənc yaradıcılar» layihəsinə başlayır
Ən çox oxunanlar