|
Məmmədov
Kərəm Hətəm
oğlu 22 fevral 1965-ci ildə
Gürcustan Cumhuriyyətinin
Dmanisi (1947-ci ilə qədər
Başkeçid) rayonunun
Azərbaycan Gəyliyəni
kəndində ziyalı
ailəsində doğulmuşdur.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)
Tarix fakultəsinə qəbul olan Məmmədov Kərəm 1983-85-ci illərdə olduğu hərbi
xidmətdən qayıtdıqdan sonra 1985-87-ci illərdə təhsilini Bakı Dövlət
Universitetində davam etdirmişdir.
O, 1987-ci ildə Azərbaycan Respublikası
Maarif Nazirliyinin əmrilə Antropologiya ve Etnoqrafiya ixtisasına yiyələnmək
üçün Leninqrad (indiki Sankt Peterburq) Dövlət Universitetinin
Tarix fakultəsinə
göndərilmişdir.
1990-cı ildə Leninqrad Dövlət Universitetini fərqlənmə diplomu
ilə bitirmiş, 1991-1994-cü illərdə təhsilini əyani aspiranturada
davam etdirmiş, "İslamaqədərki Azerbaycanda əski dini inanclar" mövzusunda
namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci ildən Bakı Dövlət
Universititinin Tarix fakultəsində çalışan K. Məmmədov
"Azerbaycan və Rus
bölmələrində Antropologiya", "Qafqaz xalqlarının antropologiyası",
"Qafqaz
xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi",
"Gürcüstan tarixi"
fənlərini tədris edir.
K. Məmmədov 2004-cü ilin iyulunda Bakı Dövlət
Universitetinin "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə
seçilmişdir. Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü
dillərini isə orta səviyyədə bilir.
Evlidir, 3 övladı var.
<<< əvvələ qayıt
|