|
Hörmətli həmvətənlər və millətdaşlar, sizlərin
saytımızı müntəzəm izləməyiniz və müxtəlif mövzulara diqqət yetirməyiniz
bizi çox sevindirir. Mövzuların rəngarəng və geniş əhatəli olmasının
vacibliyini dərk edərək Azərbaycan Türklərinin taleyüklü problemlərindən
daha birinə toxunmağı qərara aldıq. Bu gün anamız Azərbaycanın tarixi
ərazilərinin böyük bir hissəsi ondan ayrıdır. Həmin ərazilərin bir çoxunda
indi Türk övladı yaşamır və həmin ərazilər hələ ki kafirlərin əlindədir.
Lakin soydaşlarımızın kompakt şəkildə yaşamaqda olduqları bir sıra
torpaqlar da vardır. Bu torpaqlarda yaşayanlar bizlərin bir parçasıdır. Bu
nöqteyi-nəzərdən hər vasitə ilə onları unutmamalı, onların probləmlərini
öz probləmlərimiz kimi hiss etməli, və nəhayət, zamanı gəldikdə onlara və
onların məskun olduqları tarixi torpaqlara sahib çıxmağa hazır olmalıyıq.
Saytın qonaq dəftərində qədim Oğuz-Türk yurdu Borçalı ilə bağlı
müzakirələr gədərkən ağlımıza saytın Borçalı elinin tarixi ilə bağlı daha
bir guşəsini açmaq fikri gəldi. Beləliklə, bu səhifəmiz vasitəsilə sizlər
Borçalı elinin tarixi barədə faktları, Borçalının bu günü və sabahı ilə
bağlı fikirləri oxuya biləcəksiniz. Bölgənin keçmişi haqqında faktlar
əlbəttə ki, hamımızın yaxşı tanıdığı, saytımızın məsləhətçisi Kərəm
Məmmədov cənabları tərəfindən təqdim olunur. Gəlin birlikdə
Azərbaycanımızın bir parçası saydığımız qədim Borçalının dünəninə və bu
gününə qısamüddətli səyahət edək.
|