Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Esklüzivlər

[17 Avqust 2010] Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV

Son zamanlar rus mediasında fəal olaraq Sameqrelo avtonomiyası haqda söhbət edirlər. Ancaq bu mövzu yenə də aktual olmadı. Təkcə ruslar onlara heç bir kömək göstərə bilmədilər, erməni analitikləri də səslərini çıxarmağa başladılar. Söhbət o analitiklərdən gedir ki, onların analatikası da Gürcüstanın lənəti ilə doludur. Sameqrelonun avtonomiya mövzusunu bu dəfə analitik qruplardan birinin rəhbəri olan Ayqazun Alvartsian səsləndirdi.

təxminən söylədi ki, çox tezliklə ola bilsin meqrellər Tbilisidən avtonomiya tələb etsinlər. Erməni analitik bəzi rus əməkdaşlarının fikrini də səsləndirdi, hansılar ki, "qruzin" termininin "kartveli" terminiylə əvəz edilməsini tələb edirlər ki, yalnız bu  meqrel və svanlara aid deyildir.

Sameqreloya avtonomiya təltif edilməsi istəyi niyə məhz Alvartsianidə yarandı, analitik qrupların arxasında kimlər durur, Abxaziyada yaşayan ermənilər nədən peşmandırlar, bu məsələlərlə bağlı Gürcüstan prezidentinin məsləhətçisi Van Baiburt "Axali taoba"-ya danışdı.

Hansısa erməni analitiki Alvartsian açıqladı ki, ola bilsin meqrellər avtonomiya tələb etsinlər. Necə düşünürsüz, bu ideya haradan və niyə bu analitikin ağlına gəldi?

Məni o təəccübləndirir ki, onun tərəfindən verilən belənçi açıqlamalar sizi niyə təəccübləndirir. Təəccübləndirici o olardı ki, Alvartsian başqa cür açıqlamalar verərdi. Bu insan həmişə antigürcü mövqeyi ilə seçilib. Gürcüstanın əleyhinə o həmişə qeyri korrektiv açıqlamalar verirdi. Onun açıqlamasına görə bu qədər ajiotaj yaratmaq lazım deyil.

Antigürcü açıqlamaları doğrudan da edirdi, amma Sameqrelo avtonomiyası ideyası ilə heç vaxt çıxış etməyib?

Həmişə eyni şeyləri damışmayacaq ki. Onun səfeh ifadələrinə diqqət yetirməyə dəyməz. Onsuzda hamımız bilirik ki, bu açıqlamaların arxasında hansı siyasət durur.

Hansı siyasət durur?

Bunun adı rus siyasətidir.  Alvartsian ilk insan deyil ki, Sameqrelo avtonomiyasından danışır. Ruslar bu mövzu üzərində onillərlə bundan əvvəl işləməyə başlayıblar. Onlar daima onu təsdiq etmək istəyirdilər ki, gürcülərlə meqrellər bir deyillər. Bəzi səbəblərə görə bu mövzunu ictimaiyyətə çıxartmaq istəmirdilər. Avqust müharibəsindən sonra isə bu mövzu aktual oldu. Rus mətbuatında svanlar və meqrellərin gürcü olmamaları haqda açıq söhbətlər başladı. Bunu təsdiqləyən bir meqreldə tapdılar. Rus mətbuatında kimlərsə onu da deyiblər ki,meqrellər və abxazlar bir dövlət yaratmalıdırlar. Sonra bu mövzu biraz ləngidi. İndi bu mövzu ruslara yenə lazım oldu. Sameqrelonun avtonomiyası haqda hansısa analitikləri də danışdırıblar. Mən Alvartsianın müdafiəçisi deyiləm. Onu bilirəm ki,bu ideya ona məxsus deyil.

Bəs kimə məxsusdur?

Gürcülərə zidd siyasətlə məşğul olanlara. Onların kimliyini və planlarını siz məndən yaxşı bilirsiz.

Mən hardan bilim cənab Van. Hansı antigürcü siyasətilə məşğul olanların dostuyam.

Mən demirəm ki, onların dostusuz. Deyirəm ki, onlar haqda çox şey bilirsiz. O haqda sizin qəzet dəfələrlə məqalələr yazıb.Sizin qəzetdə  bu haqda şəxsən məndə bir neçə dəfə demişəm. Bu insanların planları və kimliyini bütün Gürcüstan bilir. Həmdə xeyli vaxtdı ki, bu davam edir. Ruslar hələ Nikolozun dövründən meqrellərin Gürcüstandan ayrılmasına təkan verirlər. Xoşbəxtlikdən heçnə alınmır. Rus siyasətindən hər şey gözləməliyik. İstisna deyil ki, sabah hansısa başqa bölgənin avtonomiyasından danışmağa başlasınlar.

Aydındır ki, Rusiyanın bu siyasəti var. Təəccüblü bilirsiz nədir,onların planlarını niyə məhz erməni analitikləri səsləndirirlər?

Mən bir şeyi xahiş edirəm, həmdə çox xahiş edirəm. Erməni analitikosları terminindən istifadə etməyin.

Necə yəni istifadə etməyim, əgər erməni analitikosu deyibsə kimi günahlandırım?

Heç kimi günahlandırmalı deyilsiz. Sadəcə olaraq "erməni analitikosu" deməyin.

Bəs nə deyim?

Sadəcə ad və soyadı səsləndirin.Onun çalışdığı analitik mərkəzin adını qeyd edin və hər şey aydın olacaq. Yoxsa belə tez-tez erməni analitiki dedi, deyə yazırsız. Kimsə elə düşünər ki, bütün ermənilər deyir. Gürcüstan haqda bu cür açıqlamaları  müxtəlif millətlərin analitikləri də edirlər. Rusiya öz agentlərini demək olar ki, bütün millətlər arasında təlqin etmişdir. Ermənistan niyə  istisna olmalı idi. Burada antigürcü açıqlamalrını gürcülər özləridə edirlər. Söhbət agent gürcülərdən gedir.

Yenə də təəccüblüdür,erməni agentləri niyə belə aktivdirlər?

Sizinlə razılaşıram ki, çox fəaldırlar və bununla onlar antierməni işləri də görürlər.Bu arada antigürcü açıqlamalarını vermək azərbaycanlı analitiklərə də aiddir. Mən onlar haqda nəisə tələb etdiklərini eşitmişəm.

Cənab Van hansı tələblərdən danışırsız?

Bu tələblər Borçalıyla əlaqədardır.

Borçalının avtonomiya tələbini nəzərdə tutursuz?

Bunu nəzərdə tuturam.

Bu ki, çoxdan baş vermişdir?

Bu elədə çoxdan baş verməmişdir.Əsas odur ki, olmuşdur. Siz isə yalnız erməniləri görürsüz. Onlar hansısa açıqlamalar edirlər, ancaq başqaları isə Gürcüstanın ortasında avtonomiya tələb edirlər.

Söhbət avtonomiya tələbindən düşmüşkən, erməni siyasətçilərinin bir hissəsi Cavaxetiyanın avtonomiyasını da tələb edirlər. Bu haqda nə deyərdiniz?

Kimlərinsə belə bir şey tələb etməsini inkar etmirəm. Bu şəxsən məndə böyük etiraz yaratdı. Erməni əhalisində də çox böyük etiraz yarandı.Əminəm ki, Alvartsianinin son açıqlaması mənfi qiymətləndiriləcək.

Niyə mənfi qiymətləndiriləcək?

Onlar da yaxşı bilirlər ki, bu rus planıdır. Bu plan uzun zamandır qüvvəyə minib. Ruslar uzun zamandır çalışırlar Gürcüstanda yaşayan müxtəlif millətləri üzləşdirsinlər. Kimlərdəsə bu alınır, kimlərdəsə yox. Bu yetmirmiş kimi indi Gürcüstanın güşələrinə qiyam daxil etmək istəyirlər. Moskvanın bu cür planları çox yüksək səviyyədə yazılıb. Belənçi şeyləri adətən Qenştabda uydururlar. Bir neçə həftə bundan əvvəl Qenştabın bir planını Rusiyanın xarici içlər naziri Sergey Lavrov da səsləndirdi.

Hansı plandan danışırsız?

Lavrov açıq çıxışlarından biri zamanı bildirdi ki, tezliklə Gürcüstanın ermənilər və azərbaycanlılarla problemi yaranacaq. O Gürcüstanda yaşayan erməni və azərbaycanlılar haqda danışırdı. İndi gözləyək ki, belə açıqlamaları erməni və azəri analitikləri də edəcəklər. Kim antigürcü açıqlamaları etsə o özünü ifşa edəcək. Onlar bir daha sübut edəcəklər ki, rus planını yerinə yetirənlərdilər.

Analitiklərə kimi Rusiya erməni əhalisini də öz tərəfinəmi çəkəcək ki, sonra Gürcüstana qarşı ruhlandırsın.

Bu istisnadır.Rusiya çox şey bacarır. Amma erməniləri gürcülərə qarşı mövqeləşdirə biməyəcək.

Niyə belə əminsiniz, Moskva o böyüklükdə Venesuelanı öz tərəfinə çəkdi.Abxaziya və Cənubi Osetiyanın azadlığını tanıtdı. Yerevanı niyə də öz tərəfinə çəkməsin?

Çünki bu Ermənistandır.Venesuelaya qədər Rusiya Yerevanı özünə tərəf çəkməyə cəhd göstərdi. İstəyirdilər ki, Ermənistan da Suxumini və Tsxinvalini tanısın.lakin onlarda heçnə alınmadı. Indi də heçnə alınmayacaq. Mən erməniləri yaxşı tanıyıram. Onların Gürcüstana baxışını  yaxşı bilirəm. Ermənistanda antigürcü əhval-ruhiyyəsi yarana bilməz. Biz qardaşıq və erməni əhalisinin 99% Gürcüstana valehdir.

Guyaki cənab Van?

Mən buna əminəm. Utanmasam deyərdim 99,99%-dir. O analitiklər və bir neçə siyasətçilər onlarla müqayisədə nə misal gətiriləsidirlər. Həçminin onuda görməlisiz ki,onlar haradan maliyyələşirlər. Gedin baxın və sonra mənə deyin.

Mən haradan aydınlaşdırım kim maliyyələşdirir. Əgər siz bilirsinizsə bizə deyin?

Bu analitiklər və siyasətçilər nə Ermənistandan nə də qərbdən maliyyələşirlər.Gürcüstana qarşı bağıran analitik mərkəzlər Rusiyadan maliyyələşirlər. Onların açıqlamaları antigürcüdən başqa həmdə antiermənidir.Bu o qədər aşkardır ki, o haqda komentar etməyə də dəyməz.Mən biraz bundan əvvəl sizin qəzet vasitəsilə Lavrova sual verdim. Maraqlanırdım ki, Moskvada olan yeganə erməni məktəbini saxlamaq üçün niyə heçnə edilmədi.Bu gün o məktəb dağılmışdır. Bu məsələylə əlaqədar heç bir erməni qəzeti səsini çıxartmayıb.

Ümumiyyətlə heçnə yazmayıblar?

Yerevanda çap olunan qəzetlər əlbəttə yazdılar. Rusiya tərəfindən maliyyələşən guya erməni qəzetləri isə səslərini belə çıxarmadılar.Ancaq ki, bu qəzetlər Gürcüstanda ermənilərin hüququ pozulur deyə həmişə bağırırlar. Əgər ermənilərin hüquqlarını qoruyurlarsa Moskvada erməni məktəbinin məhv edilməsinə niyə etiraz göstərmədilər. Bundan da görünür ki, rus sifarişini yerinə yetirirlər. Biraz əvvəl Rusiyada ermənilərlə əlaqəli vandalizm faktı aşkar oldu. O qəzetlər səslərini çıxartmadılar.Əgər siz yazsanız yaxşı olardı.

Düzdür "yeni nəsil" erməni qəzeti deyil.Lakin nə vandal faktı olduğunu desəniz əlbəttə ki yazarıq.

Bir neçə gün əvvəl Krasnoyarskidə milliyətcə erməni olan adam öldürdülər. Bu haqda heç kim danışmadı. Təəccüblü yenə də Novorasiyskidə baş verən vandal fakta qarşı yaranan baxış idi. Orada təyin olunmamış şəxslər erməni qəbirstanlığını dağıdıblar. Bu haqda o erməni qəzetlərində yalnız bir cümlə yazılmışdı. Başqa dəhşətlər haqda səslərini ümumiyyətlə çıxartmadılar.

Rusiyada ermənilərə qarşı çoxmu pis şeylər baş verir?

Bəli,çox pis şeylər baş verir.

Demək istəyirsiz ki, Rusiyada antierməni əhval-ruhiyyəsi mövcuddur?

Belə əhval-ruhiyyə nə vaxt olmayıb ki. Həmişə antigürcü və antierməni xasiyyətində deyillərmi?Bu təqdirdə mən hakimiyyətdən danışıram.Rus millətinə dəxli yoxdur.

Əgər Rusiyada belə antierməni əhval-ruhiyyə varsa,onda Qiumrda rus hərbi bazasını ermənilər 49 illiyinə niyə saxladılar?

Mən bu haqda danışmıram.bu mənə aid deyil. Rusiyada yaşayan ermənilər çox pis gündədirlər. Bu haqda ruslar tərəfindən maliyyələşən erməni mətbuatı heçnə demir. Əvəzində Gürcüstanda antierməni nəisə baş verərsə qiyamət qopardırlar.

Guya Gürcüstanda erməniləri sıxışdırırlar?

İşdə bundadır ki,buna bənzər heçnə baş vermir. Həmişə yalan uydururlar. Bir deputat Gürcüstan haqda biraz əvvəl tamamilə yalanlar söylədi. Bu  mətbuat ona çox böyük yer ayırdı. Bu deputat təsdiq edir ki,guya Gürcüstanda erməni dili dərslərini on dəfə azaldırlar.

Bu deputat kimdir,adı soyadı yoxdur?

Bu Şiraz Torosiandır.O antigürcü açıqlamaları ilə həmişə seçilirdi.Bu Torosianı əgər ermənilərin taleyi narahat edirsə Moskvada erməni məktəbinin bağlanmasını da söyləməliydi.

Gəlin Torosiyanı kənara qoyaq.Düzdür ki,Acariyaya plan ölçüsündə erməni ailələri köçürülür?

Bu mövzuda danışmaq istəmirəm.

Niyə istəmirsiz, həqiqətdir?

Yox nə həqiqət, bu erməniləri kim görüb. Bu açıqlamanı Elizbar Cavelidze vermişdi və onun nəticəsində bu səs-küy yarandı.

Bu açıqlamanı yalnız Cavelidze verməyib.Dəqiq məlumat mövcuddur ki, ermənilər Acarada evlər alırlar?

Nə olsun ki,bu kriminaldır?Əgər bir erməni əmlak alıbsa,bununla heç bir cinayət törənmir ki.

Deyirlər söhbət bir nəfərdən deyil,yüzlələ insandan gedir?

Yaxşıyın bir, hansı yüzlərlə insan.Bu yalandır.Elə bu haqda Abxaziyada səs-küy yaranmışdır. Yazılır guya ermənilər ora yaşamaq üçün gedirlər. Bu yalandır.Orada məskunlaşan erməni heç kim görməyib.

Onları Abxaz jurnalistləri görüblər və bu mövzuda elə onlar yazıblar?

Yazırlar, amma səhvə yol verirlər.Abxaziyaya ermənilər həqiqətən gedirlər. Amma o ermənilər yox.

O ermənilər yox nə deməkdir?

O deməkdir ki, bu ermənilər həmişə Abxaziyada olublar. Müharibə zamanı Krasnodara və Adlerə köçübər. İndi isə geri dönürlər. Abxaz mətbuatı isə elə hesab edir ki,guya oraya Ermənistandan gedirlər. Antierməni əhavl-ruhiyyəsi orada da hiss olunur.

Bəs Abxazlar utanmırlar?Baqramioninin batalyonu onlar üçün nə qədər müharibə etdi?

O zaman gürcülərə qarşı mübarizə aparanlar çox peşmandırlar.

Buna kim inanar...

Sizə deyirəm ki, belədir və inanmalısız. Bu haqda onlar da açıqlamalar veriblər. Belə açıqlamalar gələcəkdə də veriləcək.

 

 



Yazı "Gənc Jurnalistlər Şəbəkəsi" tərəfindən eksklüziv olaraq Borchali.net saytı üçün hazırlanmışdır.
Yazıdan istifadə edərkən Borchali.net saytının istinad mənbəyi olaraq göstərilməsi zəruridir.


Son yazılar
[17.08.2010] Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
[29.06.2010] Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
[22.05.2010] Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
[13.05.2010] Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV
[11.05.2010] Tbilisidə veteranlarla görüş keçirildi EKSKLUZİV
[27.04.2010] Ermənistan Gürcüstan azərbaycanlılarının hüquqlarını pozur EKSKLUZİV
[24.03.2010] Gürcüstanda Novruz bayramı. Muğanlı kəndi FOTO
[27.01.2010] Kvemo Kartlidə həll ediləsi problemlər çoxdur MÜSAHİBƏ
[15.01.2010] Gürcüstanda məhərrəmlik ayı FOTOREPORTAJ
[19.12.2009] Qoridə yaşayan azərbaycanlılar unudulduqlarından şikayətlənirlər
[16.12.2009] Qardabanidə boks inkişaf edir FOTO
[13.12.2009] Yeni məscid tikildi FOTOREPORTAJ
[01.12.2009] Gürcüstanda azərbaycanlılar vahid milli imtahanları doğma dillərində verəcəklər
[01.12.2009] Saakaşvili azərbaycanlıları bayram münasibətilə təbrik etdi FOTO
[01.12.2009] Erkən evliliyin nəticələri - Marneulidə boşanma hallarının sayı artmaqdadır
Ən çox oxunanlar