Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Esklüzivlər

[22 May 2010] Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV

Çoxəsrlik inkişaf yolu keçmiş Azərbaycan musiqisinin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Qədim zamanlardan başlayaraq melodiya və ritm zənginliyi, rəngarəngliyi ilə fərqlənən çoxlu sayda mahnılar, rəqslər, çobanların tütəkdə çaldığı havalar bu gün də istedadlı musiqiçilərimz tərəfindən məharətlə ifa edilib nəsildən-nəslə ötürülərək yaddaşlarda yaşadılır.Musiqimizin muğam, klassik musiqi, xor musiqisi, operetta və ifaçılıq sahələrində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Şövkət Məmmədova, Bülbül, Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslim Maqomayev, Rübabə Muradova və digər istedadlı musiqiçilərimiz yetişmişlər və yenə də yetişməkdədirlər desək heç də yanılmarıq. Günü-gündən yeni nəslin nümayəndələri arasındn çıxan istedadlı ifaçıların olması bunu bir daha sübut edir. Televiziya vasitəsi ilə görüb tanıdığımız bu istedadlar onların az qismidir. Elələri də var ki, bu imkanlardan kənarda qalır, onların istedadlarından yalnız ailələrinin, dast-tanışlarının, elinin-obasının xəbəri olur.

Yazımızın qəhrəmanları olan Hacı və Fikrət Hacıyev qardaşları da məhz bu cür istedadlardandır. Sazlı-sözlü Qarayazıda, Hüseyin Hacıyevin ailəsində dünyaya göz açan bu iki qardaş atalarının musiqiyə olan böyük həvəsi nəticəsində milli musiqimizi fortepiano, qarmon, skripka və zərb alətlərində məharətlə ifa edir, mahnıları gözəl oxuyurlar.

Hər iki qardaş Rustavi şəhəri Zakariya Paliaşvili adına 1 nömrəli incəsənət məktəbinin şagirdləridir. Yorulmadan musiqi ilə məşğul olan qardaşlar dərslərini də yaxşı oxuyurlar.Dərslərini hazırladıqdan sonra qardaşlar ataları ilə birlikdə musiqi məşqlərinə başlayır, yeni mahnıları, bəstələri həvəslə öyrənirlər.

Hacıyev Hacının 13 yaşı var. O, Qardabani şəhər 4 saylı rus orta məktəbinin yeddinci sinif şagirdidir. 1 nömrəli Rustavi incəsənət məktəbində isə 3-cü sinifdə, fortepiano şöbəsində təhsil alır. Hacı fortepiano ilə yanaşı qarmon və zərb alətində də ifa edə bilir. Beş yaşından musiqi ilə məşğul olan Hacı rəsm çəkməklə də məşğul olur. Ən sevdiyi fənn riyaziyyat, musiqidə isə klassika və caza daha çox maraq göstərir. Hacı fortepiano müsabiqəsində etiudu yaxşı ifa etdiyinə görə birinci yerə və 2008-2009-cu təhsil ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə fəal iştirak etdiyi üçün fərmana layiq görülüb.

Hacıyev Fikrətin isə 10 yaşı var. Fikrət Kosalı kənd orta məktəbinin 4-cü sinif şagirdidir. O, Rustavi incəsənət məktəbinin skripka şöbəsində təhsil alır. Skripkada yaxşı ifa etməyi ilə yanaşı Fikrət həm də gözəl səsə malikdir. O, xalq mahnıları ilə bəstəkar mahnılarını, xüsusi ilə də Rəşid Behbudovun repertuarından olan mahnıları sevə-sevə oxuyur.

Qardaşların anası Tamara xanım istəyir ki, övladları xöşbəxt böyüsünlər və gələcəyin məşhur musiqiçiləri olsunlar. Ataları Hüseyin müəllim isə onların musiqini öyrənmələri üçün əlindən gələni əsirgəmir.

“İncəsənət adından göründüyü kimi də çox incə sənətdir. Məsələn, ekanomikada insan hər hansı bir rəqəmə bilməyərək sıfır əlavə etsə, ola bilsin ki, həyatı həqiqətən də sıfıra ensin. Ancaq incəsənətdə hər dəqiqə, hər saat, hər gün insanı daha da yüksəldir. Ona görə də incəsənətdən heç kəs qorxmamalı və öz üzərində hər gün çalışmalıdır. Mən bu fikirlə də övladlarımı incəsənətə yönəltmişəm” — deyir, Hüseyin Hacıyev və o fortepianoda, Hacı qarmonda, Fikrət isə skripkada “Azərbaycan” mahnısını ifa edirlər.

Bu cür istedadlı uşaqların olması bizlərdə ümid yaradır, musiqimizin gələcək nəsillərə ötürülərək daha da inkişaf etməsi, zənginləşməsi və yüzlərlə yeni-yeni əsərlərin yaranacağı ümidini. Biz isə əlimizdən gələni edərək onları sizlərlə tanış etməyə çalışdıq. Konservatoriyaya hazırlaşan Hacı və Fikrət qardaşlarına isə getdikləri bu gözəl yolda ugurlar diləyirik.



Yazı "Gənc Jurnalistlər Şəbəkəsi" tərəfindən eksklüziv olaraq Borchali.net saytı üçün hazırlanmışdır.
Yazıdan istifadə edərkən Borchali.net saytının istinad mənbəyi olaraq göstərilməsi zəruridir.


Son yazılar
[17.08.2010] Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
[29.06.2010] Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
[22.05.2010] Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
[13.05.2010] Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV
[11.05.2010] Tbilisidə veteranlarla görüş keçirildi EKSKLUZİV
[27.04.2010] Ermənistan Gürcüstan azərbaycanlılarının hüquqlarını pozur EKSKLUZİV
[24.03.2010] Gürcüstanda Novruz bayramı. Muğanlı kəndi FOTO
[27.01.2010] Kvemo Kartlidə həll ediləsi problemlər çoxdur MÜSAHİBƏ
[15.01.2010] Gürcüstanda məhərrəmlik ayı FOTOREPORTAJ
[19.12.2009] Qoridə yaşayan azərbaycanlılar unudulduqlarından şikayətlənirlər
[16.12.2009] Qardabanidə boks inkişaf edir FOTO
[13.12.2009] Yeni məscid tikildi FOTOREPORTAJ
[01.12.2009] Gürcüstanda azərbaycanlılar vahid milli imtahanları doğma dillərində verəcəklər
[01.12.2009] Saakaşvili azərbaycanlıları bayram münasibətilə təbrik etdi FOTO
[01.12.2009] Erkən evliliyin nəticələri - Marneulidə boşanma hallarının sayı artmaqdadır
Ən çox oxunanlar