Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Esklüzivlər

[13 May 2010] Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

Gürcüstan Parlamentinin üzvü, cənab Ramin Bayramovun ünvanına 11.12.2008-ci ildə internet saytlarının birinə daxil olan suallardan sonra, bir il ərzində hansı dəyişikliklər olmuşdur? Əvvəlcə millət vəkili Ramin Bayramovun Qardabani rayonunun Muğanlı kənd sakinlərinə söz verdiyi qısa siyahəsını xatırlayaq.

1. Söz verə bilərəm ki, 2009-cu ildə Muğanlı kəndi içməli su ilə təmin olunacaq.
2. Qəbirstanlığa aid, dəfn üçün yerlər hələlik var, mən rayon rəhbərliyi ilə birlikdə yeni sahənin ayrılmasına çalışıram. Bu sual artıq həll olunub. Qəbirstanlığa yaxın ərazidə 3 hektar yerin ayrılmasına dair məsələyə baxılır.
3. Muğanlı kəndindəki iri kənd təsərrüfatı icradarından məktəbə yaxın ərazidən hektar yarım sahəni, stadion tikintisi üçün kənd munisipolitetinə verilməsinə razılıq almağa çalışırıq. Bu işdə Gürcüstanın İqtisadiyyət Nazirliyi bizi dəstəkləyir.
4. Mən munisipolitet rəhbərliyi ilə birgə, kənd toponimləri, bilavasitə kəndlərin adlarını göstərən yol trafaretleri haqqında problemleri həll edirəm. Yol departamenti bütün kəndlərin adlarını göstərən trafaretləri hazırlayır. Həmçinin Muğanlı kəndinə aid trafaret fevral ayının ortalarında hazır olacaq.
5. Əlavə olaraq çalışırıq ki, Sakrebulonun 2009-cu il büdccəsinə Muğanlı kəndinin mərkəzi yolunun asfaltla döşənməsi üçün 300 000 lari daxil olsun.
6. «Muğanlı kəndi yaşayıb, yaşayır və yaşayacaq!»

Həqiqətdə isə hər şey belədir:

1. Muğanlı kəndinə içməli su çəkilmədi,su necə yox idi, elə də yoxdu. Kənd əhalisi əvvəlki kimi suyu sistern ilə satın alır, bu əhaliyə baha başa gəldiyinə görə , suyu çənlərdə saxlmağa məcbur olurlar, bu isə suda xəstəlik törədən bakteriyaların çoxalmasına səbəb olur və mədə - bağırsaq xəstəlikləri törədir, nəticədə isə ilk növbədə uşaqlar xəstələnir, Qonşu Sartiçalada su boruları bütövlükdə dəyişdirilmiş və kənd əhalisi içməli su ilə təmin olunur. Muğanlı kəndinə isə verilən soz sadəcə deyilmiş oldu. Yəqin Ramin Bayramov düşünüb ki, bu əhaliyə içməli su "lazım deyil". "Bu sahəyə diqqət yetirən insan problemin texniki tərfini asanlıqla görər, diqqət yetirməyən isə etnik gösrəriciləri bəhanə gətirər". Texniki tərfinə aid bir söz deyə bilərəm, hər iki kənd eyni coğrafi səviyədə yerləşir, mənbə quruluşu eynidir və burada heç bir texniki tərəf yoxdur.

2. Qəbirstanlıq üçün yer ayırdılar, biz əmin idik ki, bizə bu yeri ayıracaqdılar, axı biz ŞADLIQ EVİ yox Qəbirstanlıq üçün yer istəmişdik. Qəbirstanlıq elə bir yerdə yerləşir ki, inanmıram kimsə oraya öz əzizini dəfn etməyə cəsarət etsin. Doğmalarını itirənlər və onları belə bir yerə dəfn etmək təklifi alanlar, bunu insanların mənəvi hissləri ilə oynamaq kimi qəbul etdilər.

3. Muğanlı kəndi üçün stadion köhnə bir Qaradaban nağılıdır, İdmanın normal inkişaf üçün stadion olmadığına görə bizdə neçə-neçə futbol istedadı məhv olur. Sartıcala və Muğanlı arasında birincilik üzrə yarışda , Muğanlı gəncləri həmişə qalib gəlir. Satidion üçün torpaq sahəsinin ayrılması haqqında yerli hakimiyyət 2010 - cu ildə qərar verməli idi, yəni seçki qabağı. Axı bizdə əhali ancaq seçkilərdən - seçkilərə yada düşür, ancaq yenə də heç nə etmirlər və növbəti seçkilərə qədər bu haqqda danışmırlar. Şeverdnadzenin dövründə də stadion tikməyə söz vremişdilər, hətta, bizə hazırlanmış sənəd də göstərdilər, guya, stadion üçün sahə artıq ayrılıb, ancaq sonra məlum oldu ki, bu sanəd də özləri kimi saxta imiş.

4. Səs verdiyimiz deputat söz vermişdi ki, 2009 - cu ilin fevarl ayının ortasında Muğanlı kəndinin adının dəyişdirilməsi məsələsi müsbət həll olunacaq, ancaq bu, gözlədiyimiz kimi həll olunmadı. Yəqin ki cənab deputat əhaliyə verdiyi sözü yenə də yaddan çıxarıb. Kəndə trafaret qoyulmayıb və çox güman ki, qoyulmayacaq. Seçki qabağı depuatat Ramin Bayramovun əhaliyə nə söz verdiyi kimi maraqlandırır ki? Heç olmasa " Qızıl dağlarla"özünü qabağa atmasın. Yenə də başa düşərik.

5. Muğanlı kəndinin mərkəzi yoluna döşənilən asfalt haqqında ancaq 2009 - cu ilin noyabrında çəkiln şəkillər danışır. Bir cüt yalağın təmiri belə baha başa gəlməsinə inanmaq çətindir, görəsən layihəni icra edən nəzarət komissiyası hara baxır? Belə bir sul ortaya çıxır, bəs yol örtüyünə ayrılan 300 000 lari necə oldu? Kəndin əhalisinin marağına cavab olaraq yerli özünüidarəetmənin nümayəndələri əhaliyə 19 000 lari rəqəmini göstərdilər, 11 000 lari fərq gərək ki, hökumət nümayəndələrini və antikorrupsiya məmurlarını təəcübləndirsin.

6. Peyğəmbəryana kəlamlarına "Muğanlı kəndi yaşayıb, yaşayır və daim yaşayacaq", ancaq bunu əlavə edə bilərik, Allah dualarınızı qəbul etsin!

 



Yazı "Gənc Jurnalistlər Şəbəkəsi" tərəfindən eksklüziv olaraq Borchali.net saytı üçün hazırlanmışdır.
Yazıdan istifadə edərkən Borchali.net saytının istinad mənbəyi olaraq göstərilməsi zəruridir.


Son yazılar
[17.08.2010] Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
[29.06.2010] Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
[22.05.2010] Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
[13.05.2010] Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV
[11.05.2010] Tbilisidə veteranlarla görüş keçirildi EKSKLUZİV
[27.04.2010] Ermənistan Gürcüstan azərbaycanlılarının hüquqlarını pozur EKSKLUZİV
[24.03.2010] Gürcüstanda Novruz bayramı. Muğanlı kəndi FOTO
[27.01.2010] Kvemo Kartlidə həll ediləsi problemlər çoxdur MÜSAHİBƏ
[15.01.2010] Gürcüstanda məhərrəmlik ayı FOTOREPORTAJ
[19.12.2009] Qoridə yaşayan azərbaycanlılar unudulduqlarından şikayətlənirlər
[16.12.2009] Qardabanidə boks inkişaf edir FOTO
[13.12.2009] Yeni məscid tikildi FOTOREPORTAJ
[01.12.2009] Gürcüstanda azərbaycanlılar vahid milli imtahanları doğma dillərində verəcəklər
[01.12.2009] Saakaşvili azərbaycanlıları bayram münasibətilə təbrik etdi FOTO
[01.12.2009] Erkən evliliyin nəticələri - Marneulidə boşanma hallarının sayı artmaqdadır
Ən çox oxunanlar